Doxel startapı tikintilərə müstəqil nəzarət etmək imkanına malik robot hazırlayıb. Robot çertyojlarla uyğunsuzluqlar aşkar etdikdə səhv haqqında mühəndisə dərhal məlumat verəcək.
Xeberler.az xarici mediaya istinadən məlumat verir ki, robotun yaradıcıları artıq 4,5 milyon dollar investisiya toplaya biliblər. Son sınaqlar nəticəsində aydın olub ki, bu robot çatışmazlıqlar haqqında insanları vaxtında məlumatlandıraraq tikinti işlərini demək olar ki, 40 faiz sürətləndirəcək.
Bu robot bənnalar tərəfindən buraxılmış səhvlərin düzəlişindən əlavə, tikintinin tamamlanma müddətindən kənaraçıxmaların qarşısını almaqda kömək edə bilər. Startapın hazırladığı süni intellekt yerinə yetirilmiş işləri, büdcəni və qoyulmuş son müddəti müqayisəli təhlil edir, bundan sonra isə işin optimal tempini təyin etməyə kömək edir.
Doxel robotu qabaqcadan müəyyən olunmuş marşrut üzrə getmək və nərdivanları qalxa bilmək imkanına malikdir. Buna görə də, bu robotlar nahar zamanı və ya gecə inşaat obyektlərini müstəqil olaraq gəzəcək və əldə olunmuş məlumatlar əsasında tam hesabat təşkil edəcəklər.
Xeberler.az
Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Azərbaycanda e-hökumətin inkişafinda yeni sosial tələbləri nəzərə alan xidmətlərin genişləndirilməsi perspektivləri