Previous Next
Bağla

Hakerlər «Catel» şirkətinin veb-saytını dağıdıblar

20-02-2009 16:40
Hakerlər «Catel» şirkətinin veb-saytını dağıdıblar

Azərbaycanın ilk CDMA rabitə operatoru olan «Catel» şirkətinin «Fonex» ticarət nişanına məxsus www.fonex.az adlı veb-saytı hakerlər tərəfindən dağıdılıb.

«APA-ECONOMICS»in məlumatına görə, özlərini «Qara Papaqlılar» (Black Hats) ləqəbli iranlı hakerlər adlandıran qrup saytı dağıdaraq səhifədə ingilis dilində amerikalı və israillilərin iştirak etdiyi şirkətlərin saytlarının dağılacağı barədə məlumat yerləşdirib: «Siz mənim hədəfimdəsiniz. Fələstin uşaqlarının qanı yerdə qalmayacaq. Sizin işğalınıza cavab olaraq xatırladıram ki, bir gün ərəblər zəfər çalacaqlar».

«Catel» şirkətinin Bakıdakı baş ofisindən isə «APA-ECONOMICS»ə veb-saytın dağıdılması barədə məlumatlı olduqlarını bildiriblər. Şirkətdən verilən məlumata görə, sayta hostinq xidmətləri yerli «Digital Stream» şirkəti tərəfindən göstərilir. Ötən il mart ayının 26-da bu şirkətlə hostinq xidmətlərinin göstərilməsinə dair 1 illik müqavilə imzalanıb. Hazırda veb-saytın bərpası istiqamətində iş aparılır.

Qeyd edək ki, 1997-ci ildə yaradılan «Catel» şirkəti WLL abonentlərinə FH-CDMA standartında simsiz rabitə xidmətləri, eləcə də mobil rabitə abonentlərinə 3G CDMA standartında rabitə xidmətləri göstərir. «Catel» Azərbaycanda müştərilərə telefon, faksimil, İSDN, İnternet və Data xidmətləri göstərən ilk stasionar simsiz rəqəmsal telefon şəbəkəsi qurub.

Xatırladaq ki, 2007-ci ilin aprel ayında şirkət CDMA2000 standartında mobil xidmətlər göstərmək məqsədilə telekommunikasiya bazarına «Fonex» ticarət nişanını çıxarıb.

 

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

“CATEL” şirkəti yeni marketinq kampaniyasına başlayıb

10-02-2009

Azərbaycanın aparıcı CDMA operatoru endirim kampaniyasının vaxtını daha bir ay uzadıb

09-01-2009

Nazir “Catel”dən danışdı

03-05-2011

«Catel» EV-DO texnologiyasını tətbiq etməyi planlaşdırır

10-03-2009

CATEL ilin sonuna kimi bütün ölkə ərazisini əhatə edəcək

03-03-2009

«Catel» və «Azercell» abunəçiləri bir-birinə SMS göndərmək imkanı qazanıb

24-02-2009

Catel şirkəti Azərbaycanda 5G şəbəkəsi quracaq

11-10-2019

Catel istifadəçilərinə web SMS xidmətini təqdim edib

09-12-2009

Catel istehlakçıların hüquqlarını pozur

18-04-2011

Azərbaycanın rabitə operatoru CATEL xidmətlərin göstərilməsini bərpa edib

12-04-2011

CATEL İSTEHLAKÇILARIN HÜQUQLARINI POZMAQDA DAVAM EDİR

18-04-2011

"CATEL" iddialara cavab verdi!

26-04-2011

CATEL abonentlərini 150 manat ziyana salıb

01-05-2011

Catel onlayn-ödəmə sistemini tətbiq edir

21-09-2010

“FONEX” güzəşt kampaniyası keçirir

04-12-2008

Catel yeni baza stansiyası quraşdırıb

13-06-2010

"CATEL" ölkə ərazisində niyə işləmir?

01-04-2011

“Catel”in taleyi necə olacaq?

07-05-2011

CATEL Rabitə və İnformasiya nazirliyini məhkəməyə verib?

04-05-2011

«Azerfon» şirkəti ölkə ərazisində 100-dək yeni baza stansiyası quraşdırıb

22-01-2009

Simsiz rabitə xidməti- CDMA

12-10-2017

"Baktelecom" simsiz telefon rabitəsi xidmətinin fəaliyyətini dayandıracaq

19-10-2021

“Bakcell” şirkəti yeni ildən MMS xidmətini istifadəyə verəcək

01-12-2009

«Beeline» şirkəti «Azerfon» şəbəkəsində beynəlxalq rouminq xidmətlərinə başlayıb

16-03-2009





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə