Bu barədə məlumat verən «Catel» şirkətinin prezidenti Toğrul Hacızadə bildirib ki:"Bu texnologiya CDMA 2000 1x baza həllinin üstqurumudur. Onun tətbiqi mövcud olan avadanlığın və PDSN sisteminin təkmilləşdirilməsini, transmissiya linklərinin tamamlanmasını tələb edir. Bütün bu proses texniki cəhətdən asan olsa da xeyli vəsait tələb edir. Bir halda ki, simsiz İnternet, kontent xidmətlərinə, MMS və digər servislərə tələbat sürətlə artır, bu texnologiya aktualdır və bunları tətbiq edəcəyik.
Bununla yanaşı qeyd etmək lazımdır ki, EV-DO xidmətlərindən istifadə etmək üçün bu texnologiyanı dəstəkləyən mobil aparatın olması lazımdır. Bununla əlaqədar, Bakı şəhərində fiksə edilmiş simsiz telefon rabitəsi şəbəkəsinin genişləndirməsi və texniki modernləşmə üzrə planların hazırlanması üzərində işlər aparılır."
Qeyd edək ki, 1997-ci ildə yaradılan “CATEL” şirkəti WLL abonentlərinə FH-CDMA standartında simsiz rabitə xidmətləri, eləcə də mobil rabitə abonentlərinə 3G CDMA standartında rabitə xidmətləri göstərir. “CATEL” Azərbaycanda müştərilərə dayanıqlı və yüksək keyfiyyətli telefon, faksimil, İSDN, İnternet və Data xidmətləri göstərən ilk stasionar simsiz rəqəmsal telefon şəbəkəsi qurub.
Xatırladaq ki, 2007-ci ilin aprel ayında şirkət CDMA2000 standartında mobil xidmətlər göstərmək məqsədilə telekommunikasiya bazarına “FONEX” ticarət nişanını çıxarıb.
Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Azərbaycanda e-hökumətin inkişafinda yeni sosial tələbləri nəzərə alan xidmətlərin genişləndirilməsi perspektivləri