Previous Next
Bağla

"Məhkumlarla görüşlərin onlayn qeydiyyatı" xidməti istifadəyə verilib

30-04-2026 10:04
"Məhkumlarla görüşlərin onlayn qeydiyyatı" xidməti istifadəyə verilib

Ədliyyə Nazirliyi məhkumlarla görüşlərin daha çevik təşkil edilməsi məqsədilə “Məhkumlarla görüşlərin onlayn qeydiyyatı” xidmətini istifadəyə verib.

Xeberler.az bildirir ki, bu barədə Ədliyyə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, yeni xidmət ziyarətçilərə məhkumlarla görüşlər üçün onlayn qaydada müraciət etməyə, görüşün vaxtını və növünü seçməyə, görüş zamanı gətirilməsi nəzərdə tutulan sovqatın öncədən qeydiyyata alınmasına, həmçinin müraciətin icra statusunu real vaxt rejimində izləməyə imkan yaradır.

Xidmətin əsas məqsədi məhkumlarla görüşlərin qeydiyyatı prosesinin rəqəmsallaşdırılması, vətəndaş məmnuniyyətinin artırılması, habelə penitensiar müəssisələrdə sənəd dövriyyəsinin minimuma endirilməsidir.

Məhkumlarla görüşlərin onlayn qeydiyyatı” xidməti Ədliyyə Nazirliyinin rəsmi veb-saytında “Elektron xidmətlər” bölməsində təqdim edilir. Ziyarətçilər xidmətə daxil olaraq və tələb olunan məlumatları dolduraraq müraciət edə bilərlər.

İlk növbədə “myGov ID” və ya şəxsiyyət vəsiqəsinin seriya və nömrəsi ilə identifikasiya həyata keçirilir. Daha sonra görüş üçün onlayn forma (görüşün növü, müəssisə, tarix, iştirakçılar və s.) doldurulur və gətiriləcək sovqatla bağlı məlumat əlavə edilir, müraciət Ədliyyə Nazirliyinin aidiyyəti penitensiar müəssisəsinə göndərilir. Müəssisə tərəfindən müraciət yoxlanılır və təsdiqləndikdə vətəndaşa SMS bildiriş göndərilir. Görüşlər yalnız əvvəlcədən müəyyən edilmiş tarix və saatda keçirilir.

Hazırda elektron xidmətin pilot qaydada 4 saylı cəzaçəkmə müəssisəsində tətbiqinə başlanılıb. Mərhələli şəkildə Ədliyyə Nazirliyinin bütün penitensiar müəssisələrində xidmətin tətbiqi həyata keçiriləcək.

Qeyd edək ki, yeni elektron xidmət vətəndaşlarla penitensiar müəssisələr arasında qarşılıqlı əlaqəni rəqəmsal mühitə daşıyır və görüş müraciətlərinin şəffaf, sürətli və izlənilə bilən şəkildə idarə olunmasını təmin edir.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Ədliyyə Nazirliyinin bir sıra xidmətləri “mygov”a inteqrasiya edilib

15-05-2026

“Daşınmaz əmlakın qeydiyyatı ilə bağlı 21 elektron, 3 onlayn xidmət istifadəyə verilib”

23-09-2015

Nikah qeydiyyatı elektronlaşdırıldı

29-07-2013

"Daşınmaz əmlakın mövcudluğu barədə arayışın alınması" elektron xidməti istifadəyə verilib

02-06-2021

Ad və soyadın dəyişdirilməsi asanlaşdı

06-09-2016

Daha bir elektron xidmət “mygov”a inteqrasiya edilib

03-04-2025

Nazirlikdən yenilik-“ƏN TEZ” innovativ xidmət

11-06-2023

Azərbaycanda on-line evlilik reallaşdı

06-03-2012

Cəzaçəkmə müəssisəsindəki qadınlara İKT üzrə təlimlər keçirilib

20-12-2024

Vətəndaşlara şad xəbər: bütün notariuslarla onlayn əlaqə yaradılıb

28-09-2015

“881” Çağrı Mərkəzi aprel ayında 20 minə yaxın zəngi cavablandırıb

05-05-2026

Ailə üzvləri haqqında arayışı “mygov”dan əldə etmək mümkündür

21-04-2025

Bu e- xidmətdən 45 mindən çox istifadə edilib

16-03-2018

Əmlakın qeydiyyatı ilə bağlı xidmət haqqı və dövlət rüsumu nə qədərdir?

23-01-2019

Hazır çıxarışların siyahısını internetdən öyrənmək mümkündür

11-09-2019

Etibarnamələrin elektron qaydada verilməsinə başlanılıb

02-12-2019

"mygov"da daha iki yeni xidmət istifadəyə verilib

12-01-2026

Elektron hərrac portalı istifadəyə verilib

03-12-2024

Nazirliyin rəsmi internet səhifəsində onlayn əlaqə xidməti istifadəyə verildi

11-02-2020

Ədliyyə Nazirliyindən daha 2 yeni e-xidmət

03-07-2017

Daşınmaz əmlakın qeydiyyatı sahəsində yeni innovativ xidmətin tətbiqinə başlanılıb

13-02-2024

Ədliyyə Nazirliyi elektron zəng xidmət konsepsiyası hazırlayıb

21-11-2022

Ədliyyə Nazirliyi “Mobil icra” tətbiqini istifadəyə verib

18-06-2025

“1542” Çağrı mərkəzinin “Onlayn çat” xidməti istifadəyə verilib

19-12-2024





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə