Bu gün isə Çində “Google”-a, eyni zamanda e-mail poçtu olan “Gmail”-ə giriş bloka salınıb.
“Google” nümayəndələri də Çin ərazisindəki insanların girişinin bloka salındığını bildirib və qeyd ediblər ki, şirkət hadisə ilə bağlı araşdırmalar aparır. “Biz bu hadisənin səbəblərini araşdıracağıq və ümid edirəm ki, yaxın günlərdə giriş bərpa olunacaq”, - deyə “Google”-un Honkonqdakı nümayəndəsi “Associated Press” agentliyinə bildirib.
Çin hökuməti Google-nin əlaqəli mövzuları seçmək üçün siyahı göstərən xüsusiyyətini ləğv edib. Hökumət qərarı bu funksiyanın istifadəçiləri əlverişsiz saytlara istiqamətləndirə bildiyinə görə verib.
Qeyd edək ki, əlaqədar axtarışlar xüsusiyyəti axtarmaq istədiyiniz sözü yazarkən istifadə edəcəyiniz sözləri göstərərək sizə kömək edir. Keçən həftə Çin dövlət televiziyasında Google-dən porno saytlara çatmaq üçün necə istifadə edildiyi göstərilmişdir. Buna görə də, Google günahlandırılmışdı. Sonra əlaqədar axtarışlar xəbərdarlığının da olması Google-ni bu funksiyanı Çin səhifəsindən götürməyə məcbur etdi.
Google isə Çindəki istifadə nisbətini artırmaq üçün hökumətlə yaxşı dolanır və olduqca itaətli davranır.Google hadisədən sonra porno və uşaqlara zərərli materialları təmizləməyə çalışdığını bildirdi. Buna baxmayaraq, Google-nin Çində istifadə nisbəti hələ 35%, yerli axtarış sistemi olan Baidunun isə 60%-dir.
Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Azərbaycanda e-hökumətin inkişafinda yeni sosial tələbləri nəzərə alan xidmətlərin genişləndirilməsi perspektivləri