“Communication for future” mükafatının laureatları açıqlanıb

09-09-2015 / 14:47

Kiyevdə keçirilən “World Communication Forum Davos” (“WCF Davos/Kyiv”) beynəlxalq kommunikasiyalar forumu çərçivəsində nüfuzlu beynəlxalq “Communication for Future” (C4F) mükafatının qalibləri müəyyənləşib.

Xeberler.az bildirir ki, bunlar Çasopis kreativ agentliyinin təsisçisi Maksim Yakover (Idea of the Future nominasiyası), Tabletoçki xeyriyyə layihəsinin müəllifi Olqa Kudinenko (Relations of the Future nominasiyası) və Delo.ua portalının baş redaktoru Katerina Venjikdir (Trust of the Future nominasiyası).

Ənənəvi olaraq münsiflər qismində yalnız tanınmış ekspertlər çıxış edib və namizədlərin irəli sürülməsi hüququna peşəkarlardan təşkil olunmuş Nominasiya Komitəsi sahib olub. İstisna olaraq unikal Trust of the Future nominasiyası ilk dəfə Ukraynada verilib.

Idea of the Future nominasiyası üzrə qalib olmuş Çasopis kreativ agentliyinin təsisçisi Maksim Yakover Kiyevdə anti-kafenin açılması layihəsi, həmçinin yeni kreativ layihələrin yaradılması üçün bazanın təşkilinə görə mükafata layiq görülüb.

 

Xeberler.az


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə