Previous Next
Bağla

Daha bir qurum “Elektron Hökumət” portalına qoşulur

21-10-2015 14:30
Daha bir qurum “Elektron Hökumət” portalına qoşulur

Oktyabrın 20-də “Elektron Hökumət” portalının operatoru – Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Məlumat Hesablama Mərkəzində Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin səlahiyyətli nümayəndələri ilə görüş keçirilib.

Xeberler.az bildirir ki, görüşün keçirilməsində məqsəd Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin İnformasiya Sisteminin "Elektron hökumət" portalına inteqrasiya edilməsi ilə əlaqədar texniki, proqram və prosedur məsələlərin birgə müzakirə edilməsi olub.

Məlum olduğu kimi, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 1 may tarixli 118 nömrəli qərarı ilə "Elektron hökumət" portalına qoşulmalı olan informasiya sistemlərinin və ehtiyatlarının Siyahısı təsdiq edilib  Bu siyahıda Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin aşağıdakı informasiya sistemin portala qoşulması tələb olunur:

- Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Vahid elektron informasiya sistemi

Eyni zamanda, fərdi məlumatlar haqqında qanunun 7.1.3-cü bəndinə əsasən subyektin "informasiya sistemində özü barəsində toplanılmış fərdi məlumatların məzmunu ilə tanış olmaq" hüquqları vardır. Qanunun 12.1 bəndində isə göstərilir: "Mülkiyyətçi və ya operator ödənişsiz olaraq subyektə onun haqqında məlumatları təqdim etməli, eləcə də bu qanunun 7.1-ci maddəsində göstərilmiş hüquqlarını təmin etməlidir."

Görüşdə MHM-in nümayəndələri tərəfindən qeyd olunub ki, qanunun tələblərinə uyğun olaraq, informasiya sistemlərinin portala qoşulmasını sürətləndirmək, informasiya sistemlərində subyektlər haqda toplanmış məlumatların subyektə təqdim edilməsi üçün, fərdi məlumatlar haqda qanunun tələblərinə uyğun olaraq elektron hökumət portalında veb servislər bölməsi yaradılıb. Servislər vasitəsilə subyektlər özləri haqda toplanmış məlumatların səhihliyinə nəzarət etmək imkanı əldə etmiş olacaqlar.

Bu məqsədlə Nazirlər Kabinetinin 2014-cü il 1 may tarixli 118 nömrəli qərarı ilə təsdiq edilmiş Siyahıda Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti üzrə nəzərdə tutulan informasiya sisteminin "Elektron hökumət" portalına qoşulması məqsədilə  veb servisin hazırlanaraq MHM-ə təqdim edilməsi və servisin konkret strukturu müzakirə edilib.

Bundan başqa həmin servisin portal üzərindən hansı qurumlara ötürüləcəyi, hansı xidmətlərin və e-arayışların  hazırlanmasının mümkünlüyü məsələləri müzakirə edilib.

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin nümayəndələri də bir sıra qurumlardan müəyyən servislərin almaq istəyində olduqlarını bildiriblər.

Qeyd edirik ki, hazırda Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin 4 xidməti elektronlaşaraq portal üzərindən vətəndaşların ixtiyarına verilib.

 Ruhi Muradova 

Xeberler.az

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

“Vahid Miqrasiya Məlumat Sistemi” müzakirə edildi

29-10-2015

“Elektron hökumət” portalına yeni xidmətlər əlavə edilib

28-08-2015

Çağırışçılar xidmət edəcəkləri hərbi hissəni elektron qaydada öyrənəcək

30-09-2015

ƏƏSMN-in 66 əməkdaşı səfərbərlik üzrə hərbi xidmətə yola salınıb

30-09-2020

Daha bir xidmət “myGov” portalına inteqrasiya edilib

16-04-2025

Çağırışçılarla bağlı xidmətlər vahid informasiya sistemi ilə həyata keçiriləcək

03-12-2025

Təhsil arayışları elektron formada veriləcək

25-11-2015

İtirilmiş hərbi biletlərin yenisi ilə əvəzlənməsi elektron formada həyata keçiriləcək

15-07-2015

Hərbi xidmətlə bağlı məlumatlar “mygov”a inteqrasiya edilib

02-06-2025

Portala inteqrasiya edilən e-arayışların sayı artdı

15-12-2016

Hərbi xidməti harada keçəcəksiniz? - Elektron formada öyrənin

29-06-2016

Hərbi xidmətin yerini sms-lə öyrənmək mümkünləşdi

31-12-2014

Çağırışçılar hərbi xidmət yerlərini SMS-lə öyrənəcək

01-05-2015

Hərbi xidmətə gedənlər üçün SMS və onlayn bildiriş xidməti aktivləşib

01-07-2015

Daha bir elektron xidmətin adı dəyişdirilib

19-11-2015

Hərbi çağırışçılar və hərbi vəzifəlilər üçün elektron kabinet yaradılacaq

13-12-2024

my.gov.az elektron hökumət portalı fəaliyyətə başlayıb

03-06-2019

Azərbaycanda informasiya sistemlərinin texniki tələblərə uyğunluğu yoxlanılır

21-02-2015

Həqiqi hərbi xidmətə çağırılanlarla bağlı bəzi kateqoriyalar üzrə yekun tibbi müayinə necə aparılır?

01-07-2024

Daha bir Dövlət Agentliyinin xidməti Portala qoşulacaq

14-08-2015

Yeni şəxsiyyət vəsiqələrinin verilməsi müddəti uzadıldı

31-10-2015

Hansı dövlət qurumları “Elektron hökumət” portalına qoşulmayıb?

19-01-2015

Prezident yeni nəsil şəxsiyyət vəsiqəsinin tətbiqi ilə bağlı sərəncam imzalayıb

30-11-2014

“mygov”a hərbi xidmətlə bağlı yeni funksiyalar əlavə olunub

20-08-2025





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə