Previous Next
Bağla

Daha iki internet provayderi “SmartPay”ə qoşuldu

11-08-2021 15:31
Daha iki internet provayderi “SmartPay”ə qoşuldu

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Məlumat Hesablama Mərkəzinə məxsus “SmartPay” ödəmə sisteminə daha iki xidmət əlavə olundu.

Bir çox xidmətləri vahid platformada toplayan “SmartPay” ödəmə sisteminə “Star Telecom” və “BeeOnline” internet provayderi də qoşuldu.

Xeberler.az bildirir ki, artıq bu internet provayderlərinin abonentləri “smartpay.az” saytından “internetprovayderlər” bölməsini, daha sonra “Star Telecom” və ya “BeeOnline”u seçib, abunə kodlarını qeyd etməklə heç bir komissiya haqqı olmadan aylıq ödənişlərini rahat şəkildə həyata keçirə biləcəklər.

Məlumat üçün bildirək ki, “SmartPay” 400-ə qədər ödəniş təminatçısını özündə birləşdirir. Bu xidmət vasitəsilə “SmartPay” terminallarından və 1425 poçt filialından ödəniş etmək mümkündür. İstifadəçilərin fərdi məlumatlarının təhlükəsizliyinə və mühafizəsinə yüksək şəkildə təminat verən “SmartPay” ödəmə sistemi Azərbaycanın bütün ərazisini əhatə edir.

Elektron ödənişlər üçün isə “ smartpay.az ” saytından istifadə etmək olar. Bundan əlavə, “Android” əməliyyat sistemində çalışan mobil cihaz istifadəçiləri “Play Store”da “ SmartPay Wallet ” yazıb, axtarış etməklə tətbiqi mobil qurğularına yükləyib ödənişlərini edə bilərlər.

“SmartPay” vasitəsilə istifadəçilər kommunal ödənişlər, bank xidmətləri, sığorta ödənişləri, mobil cihazların qeydiyyatdan keçirilməsi üçün dövlət rüsumlarının ödənilməsi, mobil nömrələrdə balansın artırılması və s. kimi xidmətlərdən yararlana bilərlər.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

“Bline” internet provayderi “SmartPay”ə qoşuldu

16-09-2021

“SmartPay” ödəmə sisteminə 2 yeni xidmət əlavə olunub

01-06-2021

SmartPay ödəniş sistemi yeni imkanlar təqdim edir

02-04-2019

SmartPay” ödəmə sisteminin onlayn platformasına tələbat artıb

05-05-2020

Smartpay üzərindən Koronavirusla Mübarizəyə Dəstək Fonduna 21 min manatdan çox vəsait köçürülüb

27-03-2020

NRYTN Koronavirusla Mübarizəyə Dəstək Fonduna ianələrin köçürülməsini asanlaşdırıb

23-03-2020

“AzDataCom” internet provayderi ön ödəmə sisteminə keçir

24-12-2020

www.rabita.az saytı yenilənib

29-01-2020

“Məlumat Hesablama Mərkəzində ağıllı layihələr” adlı onlayn tədbir təşkil edilib

16-12-2020

Azərbaycan poçtu PostPay ödəniş sistemini inkişaf etdirəcək

28-10-2019

Sumqayıtda ilk Şəbəkə xidmət mərkəzi istifadəyə verildi

26-07-2018

E-Manat terminalları ASAN Ödəniş sisteminə qoşuldu

22-06-2018

Qeydiyyat rüsumu üzrə informasiya sistemi istifadəyə veriIib

24-08-2018

Şəxsiyyət vəsiqələrində e-imzanın aktivləşdirilməsi üçün qanun layihəsi hazırlanır

10-11-2021

Şəbəkə xidmət mərkəzlərinin fəaliyyətə başlamasından 3 il ötür

10-02-2020

Bakı Beynəlxalq Avtovağzal Kompleksində Şəbəkə xidmət mərkəzi istifadəyə verildi

06-12-2018

Azərpoçt 2 poçt şöbəsini yenidənqurmadan sonra istifadəyə verdi

06-02-2019

TuranBank ödəniş terminalları vasitəsilə kreditlərin ödənişinə start verdi

30-06-2015

Banklar da eGovPay-ə qoşulur

20-05-2017

Şəbəkə xidmət mərkəzlərinin fəaliyyətə başlamasından 2 il keçir

08-02-2019

Azəristiliktəchizat ASC ASAN ödəniş sisteminə uğurla inteqrasiya edilib

30-01-2019

Hesab.az-dan çoxdan gözlənilən yenilik

29-04-2019

IMEI kodların klonlaşdırılması ilə bağlı mübarizə aparılır

29-10-2019

“Azərpoçt”un kart sahibləri artıq “Google Pay”lə ödəniş edə bilərlər!

10-06-2024





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə