Daha yaxşı görməni təmin edən linza istehsal ediləcək

29-06-2015 / 19:22

 “Ocumetics Technology” şirkəti 8 illik bir araşdırma nəticəsində normal görmə məsafəsindən daha uzaq məsafəni göstərə biləcək linza istehsal edib.

Xəbərlər-in xarici mətbuata istinadən verdiyi məlumata görə, əməliyyat ilə eyni müddətə hazırlanan bu linza 8 dəqiqəyə əmələ gəlir. Linzanı gözə yerləşdirmək üçün insan gözündəki həmin vəzifəni yerinə yetirən hissə kəsib götürülür. Daha sonra 10 saniyə içərisində linza gözə yerləşdirilir və əməliyyatın sonunda görmə məsafəsi 3 dəfəyə qədər artır.

İlk prototipi almaq üçün 3 milyon dollarlıq məbləğ xərclənib. İstifadə sahəsi olaraq qocalara kömək olacaq linzanın 2016-cı ilin sonlarından istehsala və kütləvi satışa çıxarılması gözlənilir.

İsmayıl İsmayılov


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə