Previous Next
Bağla

Elektron çıxarışların tətbiqinə başlanıldı-Yenilik

31-05-2017 11:41
Elektron çıxarışların tətbiqinə başlanıldı-Yenilik

Əmlak Məsələləri Dövlət Komitəsinin daşınmaz əmlakın qeydiyyatı sahəsində yeni innovativ layihəsi olan elektron çıxarışların tətbiqinə başlanıb.

Komitədən Xeberler.az-a verilən məlumata görə, bununla bağlı məsələ artıq hüquqi təsdiqini tapıb.

Beləki “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanununda dəyişikliklər edilməsi barədə qanununun tətbiqi haqqında Azərbaycan Respublikası Prezidentinin 24 may 2017-ci il tarixli Fərmanı imzalanıb.

Bu dəyişikliyə əsasən daşınmaz əmlakın dövlət reyestrindən çıxarışların əhaliyə elektron formatda təqdim edilməsi imkanı yaradılıb. Bununla vətəndaşlar daşınmaz əmlaklarına dair sənədi öz arzusuna görə elektron və ya kağız formada əldə edə bilir.

Belə ki, əmlak sahibi müvafiq idarəyə gəlmədən, Elektron Hökumət Portalında yaradılacaq şəxsi kabinetindən elektron formada çıxarışını ala bilir. Odur ki, müasir yanaşmaların tətbiq edildiyi bu sistem vasitəsilə vətəndaş daha operativ şəkildə çıxarışına sahib olur.

Yeniliyə əsasən qeydiyyat haqında daşınmaz əmlakın dövlət reyestrindən elektron imza ilə təsdiqlənən çıxarış Elektron Hökumət Portalında yerləşdirilir və portal vasitəsilə hüquq sahibi tərəfindən elektron üsulla əldə edilir. Həmçinin daşınmaz əmlakın dövlət reyestrindən kağız formada təqdim olunan çıxarışda göstərilən bütün məlumatlar elektron çıxarışda da əks olunur.

Elektron qaydada əmlaka dair çıxarış əldə etmiş şəxs öz elektron çıxarışını bütün dövlət orqanlarında, o cümlədən notariat kontorlarında tam istifadə edə bilir. Bununla da vətəndaşda, aidiyyəti dövlət qurumları, notariuslar və banklar da bu portal vasitəsi ilə həmin çıxarışla bağlı əməliyyatı daha optimal qaydada aparmaq imkanı yaranır. Elektron imza ilə təsdiqləndiyi üçün çıxarışın elektron variantı bütün əməliyyatlarda tam hüquqlu sənəd kimi istifadə olunur. Bu da çap edilən sənədlərin etibarlılığını təsdiq edir.

Ən maraqlı və mühüm yenilik odur ki, artıq çıxarışlar, eləcədə digər arayışlar hətta xarici ölkələrdə olduqda da almaq mümkün olacaq. Bu rahatlıqla yanaşı, vətəndaşın vaxtını daha səmərəli planlaşdırmağa imkan verir.

Həmçinin çıxarışların elektron müstəviyə keçməsi ayrı-ayrı dövlət qurumları tərəfindən verilən aidiyyəti sorğuların cavablandırılması, əhalinin əmlakları üzərində iqtisadi əməliyyatların aparılması işini daha da yüngülləşdirir və optimallaşdırır.

“Elektron çıxarış sistemi“ inkişaf etmiş və modern üsullar tətbiq olunan ölkələrdə də geniş istifadə edilir. Məsələn Hollandiya, Almaniya, Latviya və s. dövlətlərdə çıxarışlar xüsusi blanklarda verilmir, yalnız elektron şəkildə təqdim olunur. Məlumata görə, ölkəmizdə də bu sistemin hazırlanmasında və tətbiqində beynəlxalq təcrübə öyrənilib, qurulan ən optimal model əsasında isə sistem tətbiq edilir.

Qeyd edək ki, daşınmaz əmlakın qeydiyyatı prosesi vətəndaşdan hüquq müəyyən edici sənədlərin və ərizənin qəbul edilməsi, qeydiyyatın icrası və sənədlərin emalı, nəhayət hazır sənədlərin vətəndaşlara verilməsi kimi üç mərhələdən ibarətdir.

Çıxarışların elektronlaşması ilə artıq bu mərhələlərdən əvvəllər yaranmış hüquqlar, habelə təkrar bazarda hüquqların qeydiyyatında sənədlərin qəbulu, elanı və icrası prosesi tam olaraq elektron qaydada həyata keçirilir. Çıxarışın elektron verilməsi isə bu proseslərin sona qədər elektronlaşmasını təmin edir.

Bildirilib ki, elektron çıxarış sisteminin tətbiqi, daşınmaz əmlakın qeydiyyatı sahəsində ölkəmizin Doing Business və digər bu kimi beynəlxalq hesabatlarda reytinq göstəricilərinin artmasına səbəb olur.

Günel

         

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Daşınmaz əmlaka dair çıxarışlar yalnız elektron qaydada veriləcək

10-04-2019

Ekspert daşınmaz əmlakla bağlı elektron çıxarışlardan danışdı

12-04-2019

Daşınmaz əmlakın qeydiyyatı sahəsində yeni innovativ xidmətin tətbiqinə başlanılıb

13-02-2024

Əmlakların təkrar qeydiyyatında mühüm yenilik

16-11-2018

Azərbaycanda ipotekanın dövlət qeydiyyatına alınması və ləğvi proseduru elektronlaşdırılıb

26-04-2019

Daşınmaz əmlakın dövlət reyestrindən elektron çıxarışın məzmunu təsdiq edilib

20-08-2020

Sənədlərinizi onlayn yoxlayın

10-05-2018

Telejurnalist 50 mininci elektron çıxarış sahibi oldu

24-07-2019

Daşınmaz əmlakla bağlı qaydalar ləğv edildi

03-10-2015

Daşınmaz əmlakın lizinqinin qeydiyyatı - belə həyata keçirilir

03-04-2019

Təkrar qeydiyyat onlayn rejimdə necə aparılır?

28-02-2018

“Daşınmaz əmlakın qeydiyyatı ilə bağlı 21 elektron, 3 onlayn xidmət istifadəyə verilib”

23-09-2015

Əmlakın qeydiyyatı ilə bağlı xidmət haqqı və dövlət rüsumu nə qədərdir?

23-01-2019

Daşınmaz əmlak çıxarışları elektron qaydada veriləcək

16-04-2019

Daşınmaz əmlakın elektron qeydiyyat sisteminin təqdimatı olacaq

22-09-2015

Daşınmaz əmlakın onlayn rəsmiləşdirilməsinə başlanıb

17-11-2015

Daşınmaz əmlak obyektlərinə ünvan verilməsi necə aparılır?

11-04-2019

Yeni binada mənzil alanlar çıxarışın mövcudluğunu onlayn öyrənə bilərlər

08-02-2019

Uzufruktun dövlət qeydiyyatına alınması və ləğvi necə aparılır?

01-04-2019

Komitə 500 mindən çox e-xidmət göstərib

09-08-2017

Nazirlər Kabinetinin bəzi qərarlarında dəyişiklik edilib.

03-02-2024

Azərbaycan Doing Business 2020-də ən islahatçı ölkələr sırasında yer alıb

30-09-2019

Daşınmaz əmlak inventarlaşdırılması xidməti elektron formada göstərilir

20-06-2019

Elektron hərracda bütün növ əmlaklar özəlləşdiriləcək

20-06-2017





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə