Azərbaycanın ən böyük provayderi olan Delta Telecom şirkəti ölkədə yeni Tier3 data mərkəzinin yaradılmasının yerli İT bazarının inkişafına müsbət təsir göstərəcəyini hesab edir.
Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən Xeberler.az-a verilən məlumata görə, ölkədə yüksək səviyyəli data mərkəzlərin sayının artmasına ehtiyac var.
"Data mərkəz artıq 8 ildir ki işləyir və xarici serverlərdə saxlanılan Azərbaycanın internet resurslarının güzgü variantları və iri dünya səviyyəli sosial şəbəkələrin, poçt servislərinin, eləcə də, axtarış xidmətlərinin serverləri bu data mərkəzdə yerləşdirilib. Hazırda onların sayı artmaqda davam edir.
Data mərkəzin üstünlüyü geniş tutum imkanlarının mövcud olmasıdır. Lakin yeni yaradılan data mərkəz daha müasir infrastruktura malikdir və ən son beynəlxalq standartlara cavab verir. Gələcəkdə rəqabətin yaranması istisna edilmir. Amma nəticədə bu son istifadəçilərə müsbət təsir edəcək", - deyə şirkətdən bildirilib.
Delta Telekom-da hazırda daxili şəbəkənin optimallaşdırılması istiqamətində də işlər aparılır.
Xeberler.az
Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Azərbaycanda e-hökumətin inkişafinda yeni sosial tələbləri nəzərə alan xidmətlərin genişləndirilməsi perspektivləri