“Delta Telecom” şirkəti yerli provayderlərə “İPv6” protokoluna keçidlə bağlı texniki dəstək təqdim etmək niyyətindədir

10-04-2014 / 12:48
Azərbaycanın aparıcı ilkin provayderi “Delta Telecom” şirkəti yaxın zamanda  “İSP” (İnternet Service provayder) şirkətlərinin, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin rəhbərliyinin iştirakı ilə görüşün keçirilməsi təşəbbüsü ilə çıxış etmək niyyətindədir.
Şirkətin rəhbəri Atəş Rzayevin “ICTnews” xəbər xidmətinə verdiyi məlumata əsasən, görüşün əsas məqsədi DSL provayderlərə “İPv6”-ya keçidlə bağlı istənilən texniki dəstək göstərmək təşəbbüsünün irəli sürülməsidir.
 
“İPv6” protokolunu  “Delta Telecom” şirkəti daxili şəbəkəsində 2011-ci ildən  tətbiq edib. Bu gün artıq Azərbaycanın 4-5 “İSP” şirkəti “İPv6” resurslarını dünyaya “Facebook”da və “Google”da bizim şəbəkəmiz üzərindən anons ediblər.  Çox təəssüf ki, dünyada “İPv6” protokolunda işləyən resursların ümumi sayı 3-5%-dir və bu prosesin sinxron şəkildə bütün dünya üzrə həyata keçməli olduğunu nəzərə alsaq, biz ümumi tendensiyaları gözləməliyik. Lakin buna baxmayaraq “Delta Telecom” qonşu ölkələrin, İranın, İraqın və s. ölkələrin “İPv6” trafikini öz şəbəkəsi üzərindən daşıyır. Yerli DSL provayderləri isə bizim texniki dəstəkdən istifadə edərək,  öz növbələrində müştərilərinə “İPv6” protokolunu dəstəkləyən avadanlıq təqdim etməklə onlarla uzunmüddətli  müqavilələr imzalaya bilərlər, bununla da tədricən yeni protokola keçidi təşviq edərlər”,- deyə o bildirib.
 
Qeyd edək ki, bu gün ölkədə “IPv4” protokolu əsasında işləyən IP ünvanların ehtiyatları,   demək olar ki, tükənib və hazırda bu protokol üzərində işləyən internet provayderlərin IP ünvanlarının sayı istehlakçı tələbindən aşаğıdı. Lakin provayderlər bir anda yeni protokola keçə bilməzlər, çünki bu proses texnoloji inkişafın dünya tendensiyaları ilə sinxron həyata keçirilməlidir. Bu məsələnin vacib aspektlərindən biri də bu protokol əsasında yaradılmış müvafiq kontentin olmasıdır, belə ki, hazırda zəruri məsələlərdən biri “IPv4” protokolu üzərində fəaliyyət göstərən, böyükhəcmli və populyar sosial şəbəkələrin və axtarış sistemlərinin yeni protokola keçirilməsidir.
 
Bu prosesdə provayderlə yanaşı, son istifadəçilərin, kontent sahiblərinin və yaradıcılarının aktiv iştirakına ehtiyac var, həmçinin yeni protokolun mobil qurğuları dəstəkləməsi də vacibdir. 2012-ci ildə “IPv6” protokoluna keçidinin gözlənilən  sürətləndirilməsi  baş vermədi, buna görə də qeyd edilən sahədə gözlənilən proqress müşahidə olunmayıb. (ICTnews)

ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə