Delta Telekom “Uninet” şirkətinin məlumatını təkzib edib

18-11-2009 / 17:54

Uninet şirkəti bu gün Delta Telekom şirkətinin xarici internet kanalında problemlər yaşanması ilə əlaqədar göstərdiyi internet xidmətlərində problemlər yarandığını bəyan edib.

Xeberler.az Apa-ya istinadən məlumat verir ki, Delta Telekom şirkətinin texniki direktoru Rahid Ələkpərli Uninet şirkətinin yaydığı məlumatı şərh edərkən bildirib ki, hazırda Delta Telecom-un üç istiqamətdə dörd alternativ çıxış kanalı mövcuddur və bu istiqamətlərin hər hansında problem yarandığı halda, onun trafiki rezerv kanala yönəldilir, nəticədə son istifadəçi təminatlı internet xidmətləri ilə təmin edilir.

Bundan başqa, Delta Telecom şirkəti provayder tərəfindən hər 1 Mbit/s internet tutumu alındıqda, 3 Mbit/s internet tutumu xaricdən alır ki, provayderlərə təminatlı trafik təqdim etsin. Buna görə də R.Ələkbərli Uninet şirkətinin yaydığı məlumatın əsassız olduğunu bildirib.

Xarici çıxış kanallarına gəldikdə, R.Ələkbərli deyib ki, Bakı-Sumqayıt Şimal istiqamətində yol təmiri nəticəsində kanalın işinin dayandırılması ilə bağlı olaraq onun trafiki avtomatik olaraq Bakı-Şamaxı-Quba Şimal istiqamətində rezerv çıxış kanalına yönəldilib.

R.Ələkbərlinin sözlərinə görə, hazırda Bakı-Sumqayıt istiqamətində yaranan problem aradan qaldırılıb və artıq bir saatdan çoxdur ki, bu istiqamət normal rejimdə fəaliyyət göstərir.

Qeyd edək ki, Delta Telecom şirkətinin tətbiq etdiyi avadanlıq magistral xətlərin ötürmə imkanlarını 24Gb/s-dək artırmağa imkan yaradıb. AzNet seqmentinin tutumu 30 Gb/s təşkil edir və bu tutumun cəmi 3 GB/s yüklənilib. Şirkət fəaliyyətini SDH şəbəkəsi üzərində qurduğundan, yüksək dərəcədə şəbəkə rezervləşdirilməsi sistemi ilə təmin edilib.

Ekspertlərin rəyinə görə, provayderlərin yaşadıqları problemlərin əsası internet provayderlə son istifadəçi arasında yaradılan infrastrukturun qüsurlarındadır.

 

Xeberler.az


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə