Previous Next
Bağla

Delta Telecom-un interneti yenə yoxa çıxa bilərmi?

25-12-2015 16:10
Delta Telecom-un interneti yenə yoxa çıxa bilərmi?

Məlumat verdiyimiz kimi, hazırda ölkənin əsas backbone provayderi Delta Telecom şirkəti ölkə üzrə istehlak olunan internetin 90 faizini təmin edir.

Bu qurum dünyanın müxtəlif backbone provayderlərindən, beynəlxalq telekommunikasiya operatorlarından internet alaraq ölkəyə gətirir və 30-dək yerli provayderimizə, həm də qonşu ölkələrə  satır.

 Hər bir yerli provayderin aldığı internet tutumu haqqında informasiya Delta Telecom-un internet saytında yerləşdirilir və bu məlumat hər yarım saatdan bir yenilənir.

Son dövlərdə məlum olub bu backbone provayderin maliyyə durumu heç də yaxşı deyilmiş. Belə ki, əldə etdiyimiz məlumata görə,  ölkə provayderlərinin böyük əksəriyyətinin Delta Telecom-a külli miqdarda borcu yaranıb.

 Bunun müqabilində isə Delta Telecom beynəlxalq operatorlar qarşısındakı maliyyə öhdəliklərini yerinə yetirə bilməyib. Beynəlxalq operatorlar isə  Azərbaycana daxil olan internet trafikini məhdudlaşdıracaqlarını bildiriblər.

Provayderlərdən əldə etdiyimiz məlumatlara görə, həqiqətən də onların DeltaTelecom-a uzun müddətdən bəri yığılıb qalan borcu var .

Delta Telecom-dakı mənbədən  Xeberler.az-a bildirilib ki, dəfələrlə provayderlərə xəbərdarlıqlar edilsə də, indiyədək borcların ödənilməsində hər hansı ciddi irəliləyişlər olmayıb.

Xeberler.az-ın əldə etdiyi məlumata görə, məhz bu səbəbdən Delta Telecom şirkəti ölkəyə verdiyi interneti dayandırmaq məcburiyyətində qala bilər.

 Əldə etdiyimiz məlumata görə,  hazırda yerli provayderlərin Delta Telecom-a 20-30 milyon manat borcu var. Və bu rəqəmlər devalvasiyadan əvvəlki rəqəmlərdir. Devalvasiyadan sonra isə bu qurumun maliyyə vəziyyətinin daha da ağırlaşdığı bildirilir.

 Artıq Delta Telecom  xarici partnyorlarının pulunu ödəməkdə çətinlik çəkir. Bu səbəbdən Delta Telecom provayderlərə yenidən xəbərdarlıq edib və bildirib ki, əgər ödənişlər gerçəkləşməsə, onların müqavilə üzrə aldığı internet kəsiləcək.

Xarici partnyorlarla  ödənişləri  xarici valyuta ilə aparmalı olan Delta Telecom şirkətinin devalvasiyadan sonra vəziyyətinin daha da ağırlaşacağı şübhə doğurmur.

Xeberler.az-ın əldə etdiyi məlumata görə, Delta-Telecom şirkətinə ən çox borcu olan qurumlar qəribədir ki , əsasən dövlət provayderləridir- Bakinternet, Aztelecom, AzEuroTel və digər dövlət provayderlərin toplam olaraq 10 milyonadək Delta Telecom-a borcu qalmaqdadır.

Eyni zamanda özəl provayderlərin də bu quruma  15 milyonadək borcları var.

Əldə etdiyimiz məlumatlara görə,  son dövrlərdə bir sıra rabitə müəssisələrində aparılan yoxlamalarda Delta Telecom-un ödənişlərinin əldə edilməsində problemlər yaradıb. Belə ki , yoxlama aparılan müəssisələrdə hər hansı ödənişlərin edilməsi dayandırılıb.

Düşünürük ki, hansısa provayderin internetinin kəsilməsi minlərlə internet istfadəçisinin internetsiz qalmasına səbəb olardı. Bu isə indiki şəraitdə doğru addım olmazdı.

 Odur ki, fikrimizcə,  Delta Telecom-un RYTN-nin yeni rəhbərliyi  ilə birgə problemin həlli istiqamətində addımlar atması daha doğru  olardı.

Xeberler.az olaraq bu məsələni gündəmdə saxlayırıq.

Məsələni araşdırmağa çalışacağıq ki,  görəsən internet istifadəçiləri vaxtı-vaxtında ödənişləri etdiyi halda prorvayderlərdə yaranan borc hansı səbəbdən olub?  Nə üçün müqavilə öhdəliklərini yerinə yetirə bilməyiblər?
Axı uzun illərdir ki, provayderlərin böyük əksəriyyəti Delta Telecom-dan az İnternet tutumu alaraq,  "çəkidə aldatmaqla"  daha çox istifadəçilərə satmaqla məşğuldurlar. 
 Azərbaycanın tələbatı ən azı 500 Gb/s olduğu halda  ölkə üzrə toplam internet istehlakı cəmi 180 Gb/s olaraq qalır.

Xüsusən də, kifayət qədər yüksək tariflərlə, bahalı və keyfiyyətsiz (“çəkidə aldatmaqla” ) göstərilən internet xidməti ilə  hər ay kifayət qədər böyük gəlirlər əldə edən dövlət provayderlərinin, eləcə də özəl provayderlərin nə üçün ödənişləri vaxtında  etməməsi düşündürücü haldır.

Bunun səbəblərini araşdırmağa çalışacağıq.

Sevinc Çəltikova

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Delta Telecom SAZZ provayderini məhkəməyə verdi

23-05-2017

Delta Telecom provayderləri məhkəməyə verəcək

12-01-2016

Delta Telecom-un provayderlərlə borc qalmaqalı nə yerdə qaldı?

29-12-2015

Delta Telecom mobil rabitə xidməti göstərəcək

23-09-2015

Delta Telecom şirkəti Azərbaycanda mobil WiMAX üçün tarifləri müəyyənləşdirib

25-12-2009

Azərtelekom provayderlərin internet trafikini niyə açıqlamır?

07-12-2016

Nazirliyin Delta Telecom-a 8 milyondan çox borcu var- Rəsmi

04-08-2016

“Çəkidə aldadan” provayderlər məlum olacaq –Yeni xidmət

04-03-2016

Azərbaycana daxil olan internet trafikin sürəti artıb

07-02-2012

“10 provayderi məhkəməyə verməyə hazırlaşırıq”

21-02-2017

CityNet artıq Delta Telecom-dan internet almır

07-04-2016

Delta Telecom provayderlərin internetini kəsəcək, yoxsa məhkəməyə müraciət edəcək?

14-01-2016

Delta Telecom provayderlərin həftəlik və aylıq statistikasını təqdim edib

14-03-2016

Delta Telecom 24,6 milyon dollar həcmində LTE avadanlıq alır

26-12-2015

Delta Telecom data-mərkəzin yaradılması işini yekunlaşdırır

09-06-2009

Kiberhücumlardan qorunmaq üçün təhlükəsizlik sistemi hazırlanıb

15-10-2019

Data Plus da Delta Telecom-dan ayrılıb?

01-11-2017

«Delta Telecom» şirkəti DATA mərkəzinin yaradılmasını başa çatdırır

27-02-2009

Delta Telekom “Uninet” şirkətinin məlumatını təkzib edib

18-11-2009

“Doğma provayderlər” interneti kimdən pulsuz alırmış?

28-12-2015

Delta Telecom internetlə bağlı yaranmış problemə aydınlıq gətirib

04-08-2016

Ölkədə internetin keyfiyyəti niyə pisləşib?

20-04-2016

“Delta Telecom” gələn il Azərbaycanda mobile-WIMAX xidmətlərini təqdim edəcək

03-12-2009

Delta Telecom ilin sonundan mobil rabitə xidməti göstərəcək

30-09-2015





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə