Məlumat verdiyimiz kimi, Milli Məclisə seçkilərdə deputatlığı qeydə alınan namizədlər təbliğat və təşviqat işlərinə başlayıb.
Artıq sosial medianın imkanlarından effektiv istifadə etməyə başlayıblar.
Xeberler.az olaraq seçkilərlə hazırlıq prosesində namizədlərlə müsahibələr, təbliğat işləri barədə söhbət edib, bu istiqamətdə yazılar dərc edəcəyik.
İlk olaraq uzun illər İKT sahəsində çalışan, 42 saylı Sumqayıt ikinci seçki dairəsindən namizədliyi qeydə alınan Tahir Mirkişili ilə təbliğat-təşviqat fəaliyyəti ilə maraqlandıq.
Tahir Mirkişili Xeberler.az-a bildirib ki, namizəd olduğu 42 saylı Sumqayıt ikinci seçki dairəsindən 9 namizəd qeydə alınıb.
Tahir Mirkişili bildirib ki, seçkilərdə Yeni Azərbaycan Partiyasının (YAP)namizədi kimi iştirak edir və Partiya tərəfindən seçkilərə hazırlıq işləri yüksək səviyyədə aparılır:
“Seçkilərdə mənim səlahiyyətli nümayəndələrim və vəkillərim artıq müəyyən olunub. Bu nümayəndələr və vəkillər seçicilər arasında kifayət qədər nüfuza və hörmətə malikdirlər. Bundan əlavə təbliğat-təşviqat məqsədləri üçün də komanda artıq formalaşıb. Bu gündən etibarən təbliğat və təşviqat kampaniyasına start verilib”.
O, İKT-nin imkanlarından yetərincə istifadə etdiyini və deputat seçildikdən sonra da İKT ilə bağlı görəcəyi işlərdən danışıb:
“Sumqayıt şəhəri gənclər şəhəridir. Seçicilərin böyük qismini gənclər təşkil edir. Gənclər internetdə və sosial mediada çox aktivdirlər. Yeni Azərbaycan Partiyası bütün seçkilərdə daim yəni texnologiyalardan geniş istifadə edir. Bu dəfə də belə planlaşdırılır. İKT üzrə mütəxəssis kimi biz də həm sosial mediada, həm də internet məkanında seçicilərə platformamızı, inkişafla bağlı ideyalarımızı və innovasiyalarımızı çatdırmaq fikrindəyik. Bu məqsədlə artıq www.tahirmirkishili.az veb səhifəsi yaradılıb. Veb səhifədə namizəd haqqında və onun fəaliyyəti barədə geniş informasiya verilib, seçicilərə müraciət yərləşdirilib, seçicilərlə keçiriləcək görüşlərin təqvimi yerləşdirilib və seçicilər üçün müraciət və əks əlaqə bölməsi yaradılıb. Bundan əlavə https://www.facəbook.com/tahirmirkishili səhifəsi yaradılıb və artıq dərc edilib”.
Tahir Mirkişili vurğulayıb ki, ən vacib planlarından biri Sumqayıt şəhərində əhali üçün elektron xidmətlərin geniş tətbiqi və vətəndaş məmnuniyyətinin yüksəldilməsidir:
“Yerli icra hakimiyyəti orqanlarının vəzifəli şəxslərinin qəbuluna elektron portal vasitəsilə yazılmaq və prosesin onlayn izlənilməsi, yerli icra hakimiyyəti orqanlarına müraciətlərin elektron şəkildə göndərilməsi və prosesin elektron portal vasitəsilə izlənilməsi. (şikayət, ərizə, təklif) kimi məsələləri diqqətdə saxlayacağam”.
Tahir Mirkişili seçkilərdə qalib gəlmək şansını belə qiymətləndirib:
“Bu seçkilərdə də Yeni Azərbaycan Partiyasının qalib gəlmə şansları çox yüksəkdir. Partiyamızın şüarı “Yəni Hədəflərə Doğru!” Ölkə miqyasında görülən quruculuq işləri, müstəqil dövlətçiliyin daha da möhkəmlənməsi, ölkə Prezidənti tərəfindən innovasiyalara və müasir texnologiyalara geniş yer verilməsi, sabitliyin hökm sürməsi bu qələbə üçün möhkəm zəmin yaratmışdır. Mən bir iqtisadçı və İKT üzrə mütəxəssis kimi müasir texnologiyalardan geniş istifadə edərək keçiriləcək azad və demokratik seçkilərdə qələbə üçün mübarizə aparacağam”.
Məltəm Talıbzadə
Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Azərbaycanda e-hökumətin inkişafinda yeni sosial tələbləri nəzərə alan xidmətlərin genişləndirilməsi perspektivləri