ATƏT Parlament Assambleyasının Payız Sessiyası Andorrada öz işinə başlayıb. Sessiyanın əsas mövzusu isə “ATƏT regionunda təhlükəsizlik: yeni çağırışlar, yeni hədəflər”dir.
Xeberler.az-ın məlumatına görə, bu gün “Kibertəhlükəsizlik problemləri” mövzusunda ilk sessiya keçirilib.
Sessiyada çıxış edən Azərbaycan nümayəndə heyətinin rəhbərini müavini deputat Tahir Mirkişili sessiya iştirakçılarının əsas diqqətini texnologiyaların inkişafının dünyaya həm müsbət, həm də mənfi təsir göstərdiyinə yönəldib.
Deputat hazırda dünyada əhalinin 46%-nin internetə qoşulduğunu qeyd edib. Onun sözlərinə görə, hər dəqiqə kiber məkanda 500 milyon hücumun təşkil edilir, 95% belə hücumun səbəbi isə qazanc olur.
Tahir Mirkişili 2035-ci ilədək dünyada 1 triliyon cihazın internətə qoşulacağını vurğulayıb.
O, cəmiyyətin artıq texnologiyalardan asılı olduğunu bildirib:
“Bu faktdır ki, bizim iqtisadi rifahımız, milli təhlükəsizliyimiz və cəmiyyətin inkişafı hazırda texnologiyalardan asılıdır. Ölkələrin hava, su, quru məkanları anlayışına “kiber məkan” anlayışı da daxil olub. Əksər müasir ölkələr kiber diversiyalar ilə üzləşləşirlər. Uğurlu təşkil olunmuş kiberhücum 3 gün ərzində dünyada kritik infrastrukturun və insan cəmiyyətini məhvinə səbəb ola bilər”.
Tahir Mirkişili kiber məkanın qorunmasının həyati əhəmiyyət kəsb etdiyini xüsusi qeyd edib.
Deputat bunun üçün isə ölkələrin biri-biri ilə daha çox əməkdaşlağına, təhsilin və ilkin xəbərdaedici sistemlərin səviyyəsinin daha da yüksəldilməsinə və özəl həyatla təhlükəsizlik arasında balansın taplmasına gərək olduğunu sessiya iştirakçılarının diqqətinə çatdırıb.
Məltəm Talıbzadə
Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Azərbaycanda e-hökumətin inkişafinda yeni sosial tələbləri nəzərə alan xidmətlərin genişləndirilməsi perspektivləri