Previous Next
Bağla

Namizədlər virtual səsvermə haqqında nə düşünür?

13-10-2015 13:24
Namizədlər virtual səsvermə haqqında nə düşünür?

Məlum olduğu kimi, Milli Məclisə seçkilər 2015-ci il noyabrın 1-nə təyin edilib. Artıq ölkədə seçki prosesi başlayıb.

Hazırda Xeberler.az saytında deputatlığa namizədlərin virtual səsverməsi keçirilir.

Səsvermə namizədlərin Mərkəzi Seçki Komissiyası (MSK) tərəfindən rəsmi qeydiyyatı başa çatdıqdan sonra başlayıb və seçkiqabağı təşviqat üçün nəzərdə tutulan müddətdə aparılacaq. Bu, müstəqil onlayn sorğu sistemidir.

Məlumat üçün qeyd edək ki, hazırda Virtual Səsvermə sistemimizdə səslərin hesablanmasında bəlli bir mövcud hesablama formulasından istifadə edilir. Bu formula ilə səslərin faizlə hesablanmasında bəzən yuvarlaqlaşma ilə bağlı avtomatik rejimdə müəyyən texniki xətalar yaranır. Hazırda bu məsələnin də həlli istiqamətində mütəxəssislərimiz tərəfindən zəruri addımlar atılır.

Sosial mediadan açıq-aydın görünür ki, artıq namizədlər, eləcə də seçicilər virtual səsvermənin gedişini izləyir, səsvermənin nəticələrini daim diqqətdə saxlayır , o cümlədən öz internet səhifələrində bu nəticələrlə bağlı screenshot-lar paylaşırlar.

Xeberler.az olaraq deputatlığa namizədlərdən virtual səsvermənin keçirilməsinin onlar üçün nə dərəcədə əhəmiyyətli olub-olmamasını öyrəndik.

34 saylı Xətai seçki ikinci dairəsindən namizəd Mahir Cəfərov Xeberler.az-a virtual səsverməni yüksək qiymətləndirdiyini bildirib: “Hesab edirəm ki,vətəndaşların iradəsinin ifadəsində mühüm rol oynayacaq. Bu işdə Xeberler.az-a uğurlar arzulayıram”.

94 saylı Bərdə kənd seçki dairəsindən namizəd Zahid Oruc Xeberler.az-a bildirib ki, virtual səsvermənin keçirilməsi ümumi rəyə təsir etmək üçün bir mexanizmdir, siyasi mübarizənin bir formasıdır: “Virtual səsvermə dünyada geniş yayılsa da, son dövrlər mötəbər hadisə kimi dəyərləndirilmir. Virtual səsvermə prosesində komissiya yoxdur. Hansısa bir qrup rəsmi qaydada bu işi üzərinə götürdüyünü bəyan etmir. Və bu mənada onların hamıya eyni dərəcədə yanaşmağı qeyri-mümkün olur. İkincisi, səsverənlərin özü də bir şəxs prinsipindən kənara çıxırlar. Yəni, virtuallıqda real vəziyyəti görmək elə də asan deyil: bir şəxs yüzlərlə hesab yaradıb və o hesab üzərindən öz mövqeyini ifadə etməyə çalışar”.

Zahid Oruc Xeberler.az-a qeyd edib ki, bir namizədin virtual səsvermə məkanında üst rəyi qazanması xalqın iradəsi tərəfindən yüksək qəbul olunduğu anlamına gəlmir: “Baxmayaraq ki, virtual səsvermədə ön nəticələr, ön yerdə duranlar var. Ancaq mən istəmirəm ki, biz o nəticə ilə manipulyasiya edək. Reallıq ondan ibarətdir ki, cəmiyyətin böyük hissəsi virtual məkanda doğru hesab yaradıb fəaliyyət aparmırlar. Nə qədər insan Facebook-da xeyli sayda hesab açır və həmin virtual səsvermədə iştirak edir? Bu sualların hamısını ümumiləşdirsək belə qənaətə gələ bilərik ki, virtual səsvermənin keçirilməsi ümumi rəyə təsir etmək üçün bir mexanizmdir, mübarizənin bir forması, dünyada geniş yayılmış Amerika seçki sisteminin qalığıdır. Yenə də son sözü, son addımı seçicilər atır, konkret olaraq bülletendə münasibətini göstərir. Bunu nəzərə alıb tam əminliklə deyə bilərik ki, 1 noyabrı gözləmək lazımdır, nəinki virtual səsverməni”.

63 saylı Sabirabad birinci seçki dairəsindən Pənah Hüseyn Xeberler.az-a bildirib ki, virtual səsvermənin keçirilməsi ilə sosial şəbəkələrdə aktiv olan insanları səsverməyə cəlb etmək olar: “Bu tendensiya hər yerdə var və ən vacibdi odur ki, bu cür səsverməyə etimad sarsılmasın. Əmin olsaq ki, bu cür səsverməyə heç bir müdaxilə edilmir, informasiya texnologiyalarının inkişafına da müsbət təsir göstərər. Gələcəkdə bu səsvermənin nəticələri ilə strateji məqəsədlərə doğru da irəliləmək olar”.

21 saylı Nəsimi birinci seçki dairəsindən namizəd Günel Səfərova Xeberler.az-a açıqlamasında bu cür səsvermənin keçirilməsini fürsət kimi dəyərləndirib: “Tələbələrimin sayı çoxdur və onlar bu sistemi çox bəyənirlər. Onlar mənə real səs vere bilmədikləri üçün bu yolla səs verəcəklər”.

47 saylı Mingəçevir seçki dairəsindən namizəd Könül Məmmədova Xeberler.az-a bildirib ki, bu səsvermə əhalinin seçicilərə dəstəyini ədalətli şəkildə ifadə edir: “Məlumdur ki, burada hər hansı bir saxtakarlıqdan söhbət gedə bilməz”.

42 saylı Sumqayıt ikinci seçki dairəsindən namizədliyi qeydə alınan Tahir Mirkişili Xeberler.az-a bildirib ki, virtual səsvermənin keçirilməsi insanların seçkiyə marağını artırır: “Elektron həll kimi maraqlı layihədir və insanların seçkiyə marağını artırır”.

89 saylı Göyçay – Ağdaş seçki dairəsindən YAP-dan namizədliyi irəli sürülən Elman Nəsirov Xeberler.az-a virtual səsvermənin keçirilməsinə müsbət yanaşdığını bildirib.

21 saylı Nəsimi birinci seçki dairəsindən namizəd Tural Abbaslı bu cür sorğuların obyektiv keçirilmədiyinin qənaətindədir: “Bilirsiniz normal cəmiyyətlərdə və dövlətlərdə belə sorğular təbiidir, hətta bu sorğuların nəticələri insanların seçiminə belə təsir edə bilir.Ancaq, təəssüf ki, Azərbaycanda digər sahələrdə olduğu kimi bu sahədə də boşluqlar çixdur.İstər texnoloji tərəfdən, istərsə də sorğuların keçirilmə metodu baxımdan çatışmazlıqlar kifayət qədərdir.Üstəlik buraya sorğunu keçirən qurum və ya portalın obyektivliyi və tərəfsizliyini nəzərə alsaq məsələ daha da qəlizləşir.Həm də heç kəsə sirr deyil ki, istənilən siyasi məsələdə bir çox quruluşlar müstəqil mövqe sərgiləyə bilmir.Odur ki, mən Azərbaycanda yerli qurumlar tərəfindən keçirilən heç bur sorğunun obyektivliyinə inanmıram və nəticələrinə də etibar etmirəm”.

34 saylı Xətai ikinci seçki dairəsindən millət vəkilliyinə namizəd Fatma Hacıyeva Xeberler.az-a bildirib ki, virtual səsvermədə qohumu və dostu çox olanlar daha çox səs toplayır: “Virtual səsvermə seçicilərin olduğu ərazilərdə keçirilmir birbaşa. Bu səsvermədə bütün Azərbaycan iştirak edir və hətta xarici ölkələrdən də rahat daxil olub səs verə bilərlər. Buna görə baxırsız bir şəxsə qohumları, dostları ardıcıl səs verilər. Nəticədə əsas seçiciləq qalır kənarda, tam başqa, ərazidə heç kimin tanımadğı şəxs virtual səs vermədə birinci yerdədir. Buna görə də düzü ciddi hesab etmirəm belə səs vermələri”.

85 saylı Şamaxı seçki dairəsinin namizədi Ləman Süleymanova Xeberler.az-a açıqlamasında virtual səsverməni müsbət dəyərləndirdiyini bildirib: “Ona görə ki, indi insanlar daha çox sosial şəbəkələrdə informasiya paylaşırlar və eyni zamanda informasiya qəbul edirlər. Yəni ki, virtual aləm real aləmi getdikcə üstələməkdədir və bu baxımdan virtual səsvermə yaxşı effekt verəcək”.

43 saylı Sumqayıt üçüncü seçki dairəsindən namizəd Eyvaz Qocayev Xeberler.az-a Virtual səsvermələrin keçirilməsinin yaxşı hal olduğunu bildirib: “Virtual səsvermə zamanı müqayisələr aparmaq daha rahat olur. Bu gün demək olar ki, seçicilərin əksəriyyətinin internetə çıxış imkanı var. Sumqayıt şəhərində əksəriyyət internetdən istifadə edir. Sözsüz ki, bu da səsvermənin haradasa reallığa uyğunluğunu əks etdirmiş olur, tam olmasa da. Hər kəsə real seçkilərdə uğurlar arzu edirəm”.

88 Saylı Göyçay seçki dairəsindən namizəd Samirə Mustafayeva Xeberler.az-a bildirib ki, virtual səsvermə seçicilərin aktivliyinə şərait yaradır: “Deputatlığa namizədlərin virtual səsverməsinin keçirilməsini yüksək qiymətləndirirəm. Bu bir növ exit poll kimi insanların istədiyi seçiciyə səsverməsinə, aktivliyə şərait yaradır”.

61 saylı Neftçala seçki dairəsindən namizəd Saday Fərəcov Xeberler.az-a belə bildirib: “Açığı dairə üzrə seçilərin səs verməsi olsa hə bu başqa məsələ. Yenə də exit-pol kimi gözəldir. İnternet üzərindən olduğu üçün. Məsələn siz Neftçaladan olmasaz da, mənə səs verə bilərsiz. Yenə də virtual səsverməni alqışlayıram”.

8 saylı Binəqədi birinci seçki dairəsindən namizəd Aysel Əlizadə Xeberler.az-a bildirib ki, seçki elə bir ciddi prosesdi ki, bütün cəmiyyətin iştirakı, qatqısı, hər hansısa bir təşəbbüsü vacibdir: “Mümkün qədər işıqlandırmaq, insanları prosesə cəlb etmək gərəkdiyini düşünürəm”.

30 saylı Suraxanı birinci seçki dairəsindən namizədliyi irəli sürülən Vurğun Əyyub Xeberler.az-a açıqlamasında virtual səsvermənin keçirilməsinin gərəkli olduğunu bildirib: “Belə səsvermələr texniki baxımdan düzgün təşkil oluna bilərsə, o zaman gərəklidir. İndiki səsvermədə bəlli deyil ki, səs verənlər həmin dairədə səs verəcək adamlardır, ya yox? O baxımdan hesab edirəm ki, belə səsvermənin nəticələri daha çox təbliğati məqsəd daşıyacaq”.

 

Mivari Nəcəf

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

“Virtual səsvermənin real səsverməyə müsbət təsiri olacaq”

12-10-2015

Namizədlərin sosial mediada mübarizəsi başladı

09-10-2015

Virtual və real səsvermənin NƏTİCƏLƏRİ

03-11-2015

Virtual Səsvermə sistemində 82 min istifadəçi səs verib

17-10-2015

Virtual Səsvermə sistemində ən çox səs toplayan namizədlərin - SİYAHISI

30-10-2015

Deputatlığa namizədlərin virtual səsverməsi başlandı

09-10-2015

“Bütün tərəfdarlarımı namized.com-da səsverməni dayandırmağa çağırıram”

01-11-2010

Parlament seçkilərinin səsverməsi başa çatıb

01-11-2015

Secki2010.info-da səsvermə başa çatdı

04-11-2010

Deputatlığa namizədlərin virtual səsverməsi keçiriləcək

02-09-2015

Namizədlərin Facebook təşviqatının son günü: nə yazırlar?

30-10-2015

Veb-kamera quraşdırılan seçki məntəqələri - SİYAHI

08-11-2010

MSK seçkilərdə veb-kamera quraşdırılacaq məntəqələrin sayını açıqladı (siyahı)

01-11-2010

Razi Nurullayev: “Seçicilərlə görüşlərimi həm bloqumda, həm də facebookda yerləşdirəcəm”.

29-09-2010

Nəsiman Yaqublu: “Mən internetin imkanlarından o qədər də istifadə etmirəm”.

26-10-2010

Samir Əsədli: “Mənim namizəd olduğum dairədə heç 1% insan da internetdən istifadə etmir.”

28-09-2010

Elektron səsvermənin hüquqi qüvvəsi yoxdur

05-11-2010

Qubad İbadoğlu: “Seçkilər ən az 10 il sonra virtual yolla keçirilə bilər”.

03-11-2010

Taryel Vəliyev: “Seçkilərin virtual keçirilməsi obyektivliyin qarşısını alar”.

01-11-2010

Virtual səsvermə və… Namized.com haramzadalığı

31-10-2010

DEPUTATLIĞA NAMİZƏDƏ QARŞI FACEBOOK TƏXRİBATI

26-09-2010

“Deputat seçilsəm, vətəndaşların elektron xidmət və innovasiyalardan geniş istifadəsini təmin etməyə çalışacam”

12-10-2015

MSK: Saat 12.00-a qədər respublika üzrə seçici fəallığı 38,57 faiz olub

07-02-2024

UNEC-də virtual dekanlıq yaradılıb

04-11-2020





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə