2024-cü il “Digital Bridge” milli məlumat mübadilə sistemində 1 milyarddan çox tranzaksiya həyata keçirilib.
Xeberler.az məlumat verir ki, bunu İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin (İRİA) sədrinin müavini Rəşad Xalıqov dekabrın 13-də qurumun ilin yekunlarına və innovasiya sahəsində fəallığı ilə seçilən oyunçuların mükafatlandırılmasına həsr olunmuş “Digital.Azerbaijan: Nailiyyətlər və IDDA Awards 2024” mərasimində çıxışı zamanı deyib.
“Hazırda “Digital Bridge” sisteminə 150-dən çox informasiya sistemi inteqrasiya olunub. Bu sistem üzərindən gündəlik 1,5 milyon məlumat tranzaksiyası həyata keçirilir. İndiyə qədər “Digital Bridge”ə 70-dən çox dövlət qurumu qoşulub. Həmçinin “Digital Login”ə 160-dan çox informasiya sistemi inteqrasiya edilib. Bu sistem vasitəsilə 55 milyondan çox təhlükəsiz və uğurlu tranzaksiya həyata keçirilib.
Sistem üzərindən aylıq tranzaksiya sayı 7 milyondan çoxdur, istifadəçi sayı isə 4 min nəfərə çatıb”, - deyə R.Xalıqov əlavə edib.
Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Azərbaycanda e-hökumətin inkişafinda yeni sosial tələbləri nəzərə alan xidmətlərin genişləndirilməsi perspektivləri