Previous Next
Bağla

İngilis dilini hansı saytlardan öyrənək?

19-10-2017 17:14
İngilis dilini hansı saytlardan öyrənək?

Bu gün İnformasiya Texnologiyaları İnstitutunda “English websites for learners” (“İngilis dilini öyrənmək istəyənlər üçün veb-saytlar”) mövzusunda elmi seminar keçirilib.

Xeberler.az-ın məlumatına görə, məruzəni təqdim edən Mərkəzin əməkdaşı İlahə İsmayılzadə bildirib ki, ingilis dilinin tədrisini həyata keçirən, müxtəlif xüsusiyyətlərə malik çoxsaylı İnternet resursları mövcuddur.

O, nümunə olaraq LinguaLeo və Puzzle English saytları haqqında məlumat verib.

Onun sözlərinə görə,  bu kimi saytlarda tədris prosesini effektiv etmək məqsədilə gündəlik olaraq istifadəçinin e-poçt ünvanına fərdi tapşırıqlar göndərilir. Bu resurslarda söz və söz birləşmələrini, qrammatikanı öyrənmək, ingilis dilində məqalələr oxumaq, mahnılar dinləmək, paralel olaraq mətnlə birgə təqdim olunan videolara baxmaq mümkündür.

DuoLingo saytı haqqında məlumat verən İ.İsmayılzadə qeyd edib ki, bu İnternet resursu dünyada dilin tədris kateqoriyasında yer alan ən populyar saytlardan biridir və öyrənməyə yeni başlayanlar üçün universal bir saytdır. Burada tədrisin oyunlar formasında aparılması daha səmərəli nəticələr əldə etməyə və tapşırıqları sürətli qavramağa imkan verir. 

O, həmçinin ingilisdilli saytlara nümunə olaraq, EngVid, BBC Learning English, British Council, MyEnglishTeacher və digərləri haqqında məlumat verib.

Bildirib ki, bu saytlar əsas etibarilə müəyyən dil biliklərinə malik olanlar üçün məqsədəuyğundur.

Məsələn, EngVid-də peşəkar müəllimlər tərəfindən ingilis dilində videodərslər təqdim edilir.

İ.İsmayilzadə BBC Learning English və British Council saytları haqqında da məlumat verərək burada istifadəçilərə Britaniya ləhcəsində çoxsaylı material, interaktiv dərslər, məqalələr, sual-cavab rubrikasının təqdim olunduğunu diqqətə çatdırıb.

 Günel

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

İngilis dilini öyrədən mobil tətbiqlər

19-11-2015

Dillər Universiteti “British Council”la müqavilə imzaladı

24-10-2009

“Nar Mobile”dan abunəçilərə mobil ingilis dili

11-09-2013

Dubayda Azərbaycan təhsilində İKT-nin tətbiqi və distant təhsil müzakirə olunub

06-03-2013

DİM British Council ilə əməkdaşlığa başladı

23-09-2016

İnformasiya Texnologiyaları İnstitutunun saytı yenilənib

20-04-2016

“Nar”dan ingilis dilini öyrənmək istəyənlər üçün əla fürsət!

13-10-2022

KATV1-də müxtəlif dillərdə yayımlanacaq kanallar-Siyahı

05-05-2016

“Vikipediya”nın ingilis dili bölməsində Qarabağla bağlı məlumatlar zənginləşdirilir

21-11-2020

İNTERNETDƏ QAZANC

14-12-2008

Magistraturaya hazırlaşanlara yeni xəbər

06-01-2015

Jurnalistlər üçün pulsuz ingilis dili kurslarına qəbul başlayır

28-09-2018

MilliNet-də Nominant statusu alan növbəti saytlar

09-12-2017

Azercell-in jurnalistlər üçün təşkil etdiyi növbəti ingilis dili kursları sona çatdı

14-11-2023

Tibbi veb-saytların problemləri araşdırılıb

19-05-2016

Dövlət Dəniz Akademiyasının yeni veb-saytı təqdim olundu

10-05-2016

“Bu kitabla proqramlaşdırmanı daha asan öyrənə bilərsiniz”

27-05-2016

Elmi jurnalın saytı necə işlənilməlidir?

29-09-2017

Azercell yenidən jurnalistlər üçün ingilis dili kursları elan edir

26-12-2019

Azercell yenidən jurnalistlər üçün ingilis dili kursları elan edir

03-09-2021

Azercell tələbə jurnalistləri Londona göndərir

23-08-2016

Milli Ensiklopediya ilə bağlı 2 yeni sayt təqdim edildi

30-05-2017

Milli Təhsil Portalında elektron resursların sayı artırılır

08-04-2013

AMEA-nın elmi bölmələrinin veb-saytları təqdim olunub

10-04-2016





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə