Previous Next
Bağla

Dövlət İmtahan Mərkəzinin saytından yükləmələr pullu olacaq

19-12-2016 16:44
Dövlət İmtahan Mərkəzinin saytından yükləmələr pullu olacaq

Dövlət İmtahan Mərkəzi (DİM) hər il imtahan qaydalarına müəyyən dəyişikliklərin edilməsinin səbəblərini açıqlayıb.

Xeberler.az-ın məlumatına görə, DİM Direktorlar Şurasının sədri Məleykə Abbaszadə Bakı şəhəri üzrə 2017-ci ildə ümumi təhsil pilləsində təhsilalanların yekun qiymətləndirilməsinin (attestasiyasının) aparılması qaydalarına həsr olunan konfransda bildirib ki, onlara hər il imtahanların qaydalarının dəyişilməsinin səbəbləri ilə bağlı müxtəlif suallar verilir: “Sual verənlər təhsillə bağlı dövlət tərəfindən qəbul edilən sənədlərlə tanış olsunlar. Bunlar təhsil mühitini formalaşdıran sənədlərdir və biz onları icra edirik. İmtahanlarda dəyişiklərin edilməsi bu səbəblərlə əlaqədardır. Hər bir imtahan layihələşdiriləndə onun məqsədi də müəyyənləşməlidir. Qəbul imtahanları zamanı məzunlar arasından ən yaxşılarını seçməliyik. Buraxılış imtahanları zamanı isə uşaqların bilik və bacarıqlarının müəyyən dövlət standartlarına uyğunluğu yoxlanılır. Həmin məqsədə görə ölçmə materialları-testlər fərqli olur”.

M. Abbaszadə qeyd edib ki, bu gün DİM-in təhsil bazasında IX sinifdə təhsil alan şagirdlərin sayı 113 min nəfərdir. Onlardan 85 mini nəfəri müəyyən imtahanlardan keçib:

“2013-cü ildən ölkədə monitorinq imtahanlarının keçirilməsinə başlanılıb. 2013-2016-cı illərdə 85459 şagird monitorinq imtahanlarında iştirak edib. Onlardan 39575-i Azərbaycan dili, 40234-ü riyaziyyat, 5650-si isə rus dilindən imtahan verib. Bu nəticələr əsasında geniş araşdırmalar aparılıb. 2016-cı ilin əvvəlində monitorinq imtahanlarının nəticələrinin elmi-statistik təhlili jurnal şəklində hazırlanaraq ictimaiyyətə açıqlanıb. Bu jurnalı elektron formada da saytdan yükləmək mümkün olub. Bir ildə yükləmələrin sayı 3400-ə yaxın idi və əsas yükləmələr xaricdən edilib. Son 2 ayda isə müxtəlif bölgələrdə pedaqoji işçilərlə keçirilən görüşlərin nəticəsi olaraq, 500 əlavə yükləmə olub. Yükləmələr hazırda pulsuz olduğundan məsləhət görərdim ki, onları indidən yükləyəsiniz. Çünki yanvarın 1-dən bu yükləmələrin qiyməti heç olmasa 1 manat olacaq”. (APA).

 

 

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Buraxılış və qəbul imtahanları ilə bağlı yenilik

22-09-2017

“İmtahan formalarının təhlükəsizliyi xüsusi barkodla qorunacaq”

04-02-2017

DİM ümumi təhsil müəssisələrinin rəhbərlərinə müraciət edib

20-05-2019

Nazir test imtahanların ləğvinə aydınlıq gətirib

11-09-2017

Magistraturaya qəbul imtahanlarının elektron formata keçirilə bilər

24-04-2025

Buraxılış və qəbul imtahanların tarixi açıqlandı

17-01-2018

“Dövlət qulluğunda İT üzrə savadlı kadrlara ehtiyac var”

19-06-2017

DİM onlayn sınaq imtahanları keçirəcək

30-04-2018

Rezidentura və magistratura imtahanları elektronlaşdırılacaq

16-07-2025

“DİM-in yaradılması qəbul qaydalarına heç bir təsir göstərməyəcək”

12-04-2016

Təhsil Nazirliyindən test üsulunun ləğvinə münasibət

29-08-2017

DİM sədri: Rəqəmsal imtahanlara keçid üzrə işlər görülür

15-01-2025

DİM British Council ilə əməkdaşlığa başladı

23-09-2016

IX sinifin yazılı imtahanları necə yoxlanacaq?

14-12-2016

E-markinq sistemi ilə bağlı tədbir keçirilib

28-09-2017

DİM-in Direktorlar Şurasının növbəti iclası keçirilib

26-05-2016

DİM Şəxsi kabinetə yeni elektron xidmət əlavə edib

20-08-2019

TQDK-nı əvəz edən qurum hazırlıq kursları təşkil edəcək

12-04-2016

Məleykə Abbaszadə DİM-də ixtisarların aparıla biləcəyindən danışıb

25-04-2016

Təhsil Nazirliyi bütün şagirdlərin 2 almasının səbəblərini müzakirə edəcəkmi ?

04-09-2019

DİM-in Direktorlar Şurasının növbəti iclası keçirilib

30-11-2016

DİM imtahanlarda təhlükəsizliyi necə qoruyur?

17-03-2017

“Bu ay TQDK 1 milyon 16 min elektron xidmət göstərib”

01-06-2015

DİM: Elektron xidmətlərdən istifadə sayı 11 milyonu ötüb

19-09-2024





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə