Diqqəti yayınan sürücülər üçün yenilik

27-03-2018 / 18:14

Amerikanın Affectiva şirkəti diqqətsiz sürücülərin avtomatik təyin edilməsi sistemini – “Automative AI” adlı yeni layihəsini təqdim edib.

Xeberler.az xarici mediaya istinadən məlumat verir ki, şirkət sürücülərin diqqətsizliyi və yorğunluğuna görə baş verən qəzaların qarşısının alınması üçün “Automative AI” platformasını hazırlayıb.

O, insanın emosiyalarını ayırd edə bilən süni intellektə əsaslanır. Alqoritmlər 6 milyondan çox insanın sifətinin şəklinin köməyilə hazırlanıb.

Sürücünün diqqətsizliyi başın əyilməsi, göz qırpmalarının tezliyi, göz və ağızın açılması və ya bağlanması üzrə təyin edilir. Bununla da “Automative AI” insanın nə zaman yorulduğunu və ya yola baxmadığını müəyyən edə bilir. Platforma məlumatlar əsasında sürücüyə diqqətinə görə bal verir. Onun diqqəti yayındıqda sistem xüsusi siqnal verir. İstehsalçılar sistemin nəqliyyat vasitələrinə tətbiq edilməsi ilə bağlı planları haqqında hələ ki, məlumat vermirlər.

Xeberler.az


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə