İnteraktiv qəbir daşı hazırlanıb

10-04-2017 / 16:58

Sloveniyanın Bioenergija  şirkəti dünyada ilk 48 düymlük ekrana malik qəbir daşı hazırlayıb.

Məqsəd insanların dünyasını dəyişmiş şəxs haqqında anlayışı olması üçün onun şəkil və ya videolarının ekranda əks olunmasıdır.

Xeberler.az xarici  mediaya istinadən məlumat verir ki, ekrana quraşdırılmış sensor insanın qəbirə yaxınlaşmasına reaksiya verir. Bundan sonra mərhumun son illərini əks etdirən şəkil və ya videoları ekrana çıxarır.

Şirkət nümayəndələri yaxın gələcəkdə bu kimi ekranların qərb ölkələrinin qəbristanlıqlarında meydana çıxacağını iddia edirlər.

İnteraktiv ekranın dəyəri hələ dəqiqləşdirilməsə də, artıq istehsala buraxıldığı məlumdur.

Xeberler.az


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə