Almaniyanın Fraunhofer İnstitutunun alimləri sahibinin mimikasına əsaslanaraq smartfonu idarə edə bilən ağıllı qulaqlıqlar hazırlayıb.
Xeberler.az ict.az-a istinadən məlumat verir ki, “EarFieldSensing” qulaqlıqlarının alətlər panelində hələ ki, 5 əmr yazılıb.
Əmr yol hərəkəti qaydalarının pozulması zamanı insanları avtomobil idarə edərkən telefondan istifadəni dayandırmağa vadar edən texnologiyanı təklif edir.
Belə ki, ağıllı qulaqlıqlar sistemi müqayisə elektrodlarından və 9V batareyaları ilə işləyən, Bluetooth vasitəsilə məlumatları ötürən Arduino mikrosxeminə qoşulan sensorlardan ibarətdir.
“Bu, yalnız tədqiqat layihəsidir, lakin üz ifadəsindən istifadə edərək zəngə cavab vermək artıq mümkündür”, – deyə tədqiqat qrupunun rəhbəri Denis Mattis bildirib.
Hazırda sistem təbəssüm, göz qırpma, başın sağa dönməsi, ağızın açılması kimi müxtəlif ifadələri aşkar edə bilir. Mimik hərəkətlərin tanınmasının dəqiqliyi 90 faizə çatır.
Xeberler.az
Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Azərbaycanda e-hökumətin inkişafinda yeni sosial tələbləri nəzərə alan xidmətlərin genişləndirilməsi perspektivləri