Previous Next
Bağla

DOST mərkəzlərində vətəndaşların qəbulu məhdudlaşdırılacaq

14-03-2020 22:10
DOST mərkəzlərində vətəndaşların qəbulu məhdudlaşdırılacaq

Koronavirus infeksiyasının (COVİD-19) dünya ölkələri arasında sürətlə yayılmaqda davam etdiyini, Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən koronavirus infeksiyasının qlobal pandemiya elan olunduğunu, habelə Nazirlər Kabinetinin 13 mart 2020-ci il tarixli iclasında COVİD-19 virusu pandemiyasının ölkəmizdə yayılmasının qarşısının alınması məqsədilə qəbul edilmiş təcili, təxirəsalınmaz və icrası məcburi olan qərarlarların icrası olaraq, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dayanıqlı və Operativ Sosial Təminat (DOST) Agentliyinin DOST mərkəzlərində vətəndaşların qəbulu cari ilin martın 15-dən 20-dək xüsusi iş rejimi tətbiq olunmaqla məhdudlaşdırılacaq.

Xeberler.az bildirir ki, əmək, məşğulluq, sosial müdafiə və sosial təminat sahələrində əksər xidmətlər artıq tam elektronlaşdırılmışdır. Belə ki, hazırda Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin (MEİS) “Əmək müqaviləsi bildirişi”, “Ünvanlı yardım” (VEMTAS), “Əlillik” (TSERAS), “Sığorta”, “Pensiya”, “Məşğulluq”, “E-Arayış” altsistemləri vasitəsilə qeyd olunan istiqamətlərdə xidmətlər əhaliyə elektron şəkildə göstərilir. Həmçinin əhalinin
məlumatlandırılması məqsədi ilə 142 - Çağrı mərkəzi fəaliyyət göstərir. Cari ildə Nazirliyin elektron xidmətlərindən istifadə sayı 2 774 891 təşkil etmiş, o cümlədən 17 853 yaşa görə pensiya, 1 377 əlilliyə görə pensiya, 35 506 müavinət, 3 141 təqaüd təyinatı proaktiv qaydada həyata keçirilmiş, 165 000 elektron arayış verilmişdir.

Vətəndaşlar e-sosial.az portalında e-Xidmətlər (https://e-sosial.az/#/eServices) bölməsinə və ya e-gov.az portalının “Bütün xidmətlər” (https://www.e-gov.az/az/services) bölməsindən Nazirliyin adını seçməklə göstərilən e-xidmətlərdən istifadə edə bilərlər.

DOST mərkəzlərinin xüsusi rejimdə fəaliyyət göstərdiyi müddətdə əhalinin yuxarıda qeyd olunan elektron xidmətlərdən istifadə etmə imkanı saxlanılacaq, habelə 142 - Çağrı mərkəzi vasitəsi ilə vətəndaşların müraciətləri qəbul olunacaq.

Həmçinin mərkəzlərin xidmətlərindən istifadə etmək üçün vətəndaşlara alternativ üsul olaraq aşağıda qeyd edilən e-maillər müəyyən edilmişdir:
1 saylı Bakı DOST Mərkəzi:
[email protected]
[email protected]
[email protected]
[email protected]

2 saylı Bakı DOST Mərkəzi:
[email protected]
[email protected]
[email protected]
[email protected]

Bundan başqa, 16 mart 2020-ci il tarixindən etibarən vətəndaşların rahatlığı üçün Nazirlik tərəfindən göstərilən bütün sorğu və xidmətlərlə bağlı e-sosial.az portalına daxil olmaqla elektron qaydada müraciət etmək imkanı olacaq. Elektron müraciətlər zamanı vətəndaşın identifikləşdirilməsi şəxsiyyəti təsdiq edən sənədin nömrəsi və fərdi identifikasiya nömrəsi əsasında həyata keçiriləcək. Vətəndaşın kimliyi müəyyənləşdirildikdən sonra istifadə etmək istədiyi xidməti seçməklə zəruri sənədlərin elektron variantını qoşmaya əlavə edəcək və xidmətin nəticəsi barədə məlumat almaq üçün əlaqə məlumatlarını daxil edəcək.

Qanunverciliyə uyğun olaraq müraciətlərə baxıldıqdan sonra müraciətdə göstərilmiş əlaqə vasitəsinə müraciətin nəticəsi barədə məlumat göndəriləcək.

Hazır sənədlərin DOST mərkəzlərindən götürülməsi 142 - Çağrı mərkəzinə öncədən məlumat verilməklə həyata keçiriləcək.

Həmçinin bildiririk ki, martın 20-dən 29-dək Novruz bayramı ilə əlaqədar DOST mərkəzlərində qeyri-iş günüdür.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR
DOST Məsləhəti proqramı fəaliyyət göstərəcək

DOST Məsləhəti proqramı fəaliyyət göstərəcək

27-02-2019
DOST mərkəzlərində əhaliyə proaktiv xidmətlər də göstəriləcək

DOST mərkəzlərində əhaliyə proaktiv xidmətlər də göstəriləcək

03-12-2018
e-sosial.az portalına 17,5 milyon, baxış olub

e-sosial.az portalına 17,5 milyon, baxış olub

11-04-2020
ASAN xidmət mərkəzləri xüsusi iş rejimində fəaliyyət göstərəcək

ASAN xidmət mərkəzləri xüsusi iş rejimində fəaliyyət göstərəcək

14-03-2020
DOST rəsmi internet saytını təqdim edib

DOST rəsmi internet saytını təqdim edib

21-05-2020
Son üç ayda ƏƏSMN fəsliyyət sahələri üzrə 186 min şəxsə e-arayış verilib

Son üç ayda ƏƏSMN fəsliyyət sahələri üzrə 186 min şəxsə e-arayış verilib

13-04-2020
Nazirliyin Çağrı mərkəzləri 16 mindən çox müraciəti cavablandırıb

Nazirliyin Çağrı mərkəzləri 16 mindən çox müraciəti cavablandırıb

06-03-2018
DOST Rəqəmsal İnnovasiyalar Mərkəzinin yaradılmasından 1 il ötür

DOST Rəqəmsal İnnovasiyalar Mərkəzinin yaradılmasından 1 il ötür

17-12-2022
Bakutel sərgisində DOST Mərkəzi xidmət göstərir

Bakutel sərgisində DOST Mərkəzi xidmət göstərir

03-12-2019
Nazirliyin elektron xidmətindən istifadə edənlər artıb

Nazirliyin elektron xidmətindən istifadə edənlər artıb

01-09-2015
Nazirliyin Çağrı mərkəzləri-nə daxil olan müraciət sayı açıqlanıb

Nazirliyin Çağrı mərkəzləri-nə daxil olan müraciət sayı açıqlanıb

01-06-2017
DOST mərkəzlərində pensiyaçılar üçün “mygov” qeydiyyatına dəstək göstərilir

DOST mərkəzlərində pensiyaçılar üçün “mygov” qeydiyyatına dəstək göstərilir

22-06-2026
DOST Agentliyi Ən yaxşı debüt sertifikatına layiq görülüb

DOST Agentliyi Ən yaxşı debüt sertifikatına layiq görülüb

07-12-2019
Nazirlik: Ötən il sosial sahə üzrə 400 min elektron arayış verilib

Nazirlik: Ötən il sosial sahə üzrə 400 min elektron arayış verilib

30-01-2025
Nazirliyin Çağrı mərkəzi 14 mindən çox müraciət cavablandırıb

Nazirliyin Çağrı mərkəzi 14 mindən çox müraciət cavablandırıb

07-05-2018
193 mindən çox e-arayış verilib

193 mindən çox e-arayış verilib

13-04-2022
DOST mərkəzlərində hazırda 160-dan çox xidmət göstərilir

DOST mərkəzlərində hazırda 160-dan çox xidmət göstərilir

26-03-2025
DOST Çağrı Mərkəzi 142-nin fəaliyyətinin 2 ili tamam olur

DOST Çağrı Mərkəzi 142-nin fəaliyyətinin 2 ili tamam olur

01-08-2025
Nazirliyin Çağrı mərkəzləri-nə daxil olan müraciətlərin sayı azalıb

Nazirliyin Çağrı mərkəzləri-nə daxil olan müraciətlərin sayı azalıb

02-09-2016
Çağrı mərkəzləri-nə ən çox nə ilə bağlı müraciət edilir?

Çağrı mərkəzləri-nə ən çox nə ilə bağlı müraciət edilir?

06-09-2017
Bu sahələri üzrə 502,6 min e-arayış verilib

Bu sahələri üzrə 502,6 min e-arayış verilib

19-12-2022
Nazir: İndiyədək DOST mərkəzlərində 2 milyon 400 min vətəndaşa xidmət göstərilib

Nazir: İndiyədək DOST mərkəzlərində 2 milyon 400 min vətəndaşa xidmət göstərilib

02-10-2024
DOST mərkəzi 1 milyonuncu vətəndaşa xidmət göstərdi   

DOST mərkəzi 1 milyonuncu vətəndaşa xidmət göstərdi  

21-07-2022
Nazirliyin rəsmi internet səhifəsində onlayn əlaqə xidməti istifadəyə verildi

Nazirliyin rəsmi internet səhifəsində onlayn əlaqə xidməti istifadəyə verildi

11-02-2020





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə