Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti (DƏMX) və nazirliyin tabeliyindəki DOST Agentliyinin birgə həyata keçirdiyi “DOST to DOST” layihəsi çərçivəsində “Əmək münasibətləri” adlı təlim proqramının bağlanış mərasiminə həsr olunmuş “Əmək münasibətləri: yeni dövrün tələbləri” adlı tədbir təşkil olunub.
Xeberler.az məlumat verir ki, tədbirdə əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Rəşad Mustafayev aparılan sosial islahatların əmək münasibətləri sahəsini də əhatə etdiyini vurğulayıb. O, əmək qanunvericiliyinin mütərəqqi beynəlxalq təcrübə əsasında təkmilləşdirilməsi, əmək və məşğulluq sahələri üzrə xidmətlərin rəqəmsallaşdırılması istiqamətində son illər atılan addımları qeyd edib.
Nazir müavini “DOST to DOST” layihəsi çərçivəsində təşkil olunmuş təlim proqramının gənclərin əmək münasibətləri ilə bağlı maarifləndirilməsində əhəmiyyətini vurğulayıb, layihənin iştirakçılarına uğurlar arzulayıb.
DƏMX-in rəisi Vəli Quliyev əmək hüquqlarının müdafiəsi, təhlükəsiz və sağlam iş şəraitinin təmin olunması, rəqəmsal islahatların tətbiqi istiqamətində maarifləndirici tədbirlərin əhəmiyyətini diqqətə çatdırıb. O, əmək münasibətləri sahəsində innovativ təşəbbüslərdən biri kimi yaradılan “Əmək və Məşğulluq” alt sisteminin üstünlüklərini qeyd edib. Xidmət rəisi “DOST to DOST” layihəsinin gənclərin əmək münasibətləri sahəsində maariflənməsinə yönəlmiş uğurlu platforma olduğunu vurğulayıb.
DOST Agentliyinin İdarə Heyətinin sədri Fərid Məmmədov DOST könüllüsü olmaq üçün ötən dövrdə 150 mindən çox müraciətin qeydə alındığını, 6 min 500 nəfərin könüllü kimi müxtəlif DOST mərkəzlərində fəaliyyətə cəlb edildiyini bildirib. “DOST to DOST” layihəsinin könüllü gənclərin əmək hüquqları kimi mühüm bir sahə ilə bağlı məlumatlılığının artırılmasına da töhfəsini verdiyini qeyd edib.
Tədbirdə IDEATHON müsabiqəsinin 5 könüllü komandası təqdimatla çıxış edib və qalib komanda seçilib.
Qeyd edək ki, IDEATHON – mövzu ətrafında yaradıcı həll yollarının təqdimat formatında nümayişi olan müsabiqə gənclərin əmək münasibətləri üzrə innovativ düşüncələrini ortaya qoymaq baxımından xüsusi əhəmiyyət daşıyıb.
Tədbirdə DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzinin benefisiarlarının təqdim etdiyi musiqi nömrələrindən sonra könüllü gənc təlim proqramında iştirakı ilə bağlı təəssüratlarını bölüşüb.
Sonda layihə iştirakçılarına sertifikatlar təqdim olunub. Bundan əlavə, birgə əməkdaşlığa görə DOST Agentliyinin nümayəndələrinə, tədbirin təşkilində verdiyi dəstəyə görə DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzinin əməkdaşlarına, təlimlərdə təlimçi qismində fəal iştiraklarına görə isə DƏMX-in əməkdaşlarına təşəkkürnamələr təqdim olunub.
Bildirək ki, proqram çərçivəsində DOST könüllülərinə “Məzuniyyət hüququ və onun təmin edilməsi”, “Əmək münasibətləri sahəsində risklərin idarəedilməsi”, “Uşaqların əmək hüquqları”, “Əməyin mühafizəsi nədir və nə üçün lazımlıdır?” mövzularında interaktiv təlimlər keçirilib.
Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Satışa çıxarılmış Azərbaycan adları