Previous Next
Bağla

Sentyabrdan holoqramların tətbiqi planlaşdırılır

31-07-2015 16:00
Sentyabrdan holoqramların tətbiqi planlaşdırılır

Azərbaycanın Müəllif Hüquqları Agentliyi təhsil müəssisələri və dövlət strukturlarının lisenziyalı proqram təminatı ilə təmin edilməsi üzrə tədbirlərin tezləşdirilməsi ilə bağlı Təhsil, eləcə də Rabitə və Yüksək Texnologiyalar nazirliklərinə müraciət edib.

Xəbərlər-in Müəllif Hüquqları Agentliyinə istinadən verdiyi məlumata görə, agentlik Microsoft şirkətinin rəsmi nümayəndələri ilə keçirdiyi görüşlərdə isə dövlət strukturlarının və təhsil müəssisələrinin lisenziyalı proqram məhsulları ilə təminatı məsələlərini müzakirə edib.

Agentlikdən qeyd ediblər ki, piratçılığın səviyyəsinin aşağı salınmasına istiqamətlənmiş tədbirlər çərçivəsində sentyabrdan nəzarət markalarının (holoqram) tətbiqi planlaşdırılır: “Markalar əqli mülkiyyət obyektlərinə, proqram təminatı məhsullarına yapışdırılacaq”. Agentliyin digər dövlət qurumları ilə birgə ölkədə piratçılığın səviyyəsinin aşağı salınmasına qarşı gördüyü tədbirlər nəticəsində piratçılığın səviyyəsi 90-dan 85 faizədək azalıb.

Müəllif Hüquqları Agentliyindən bildiriblər ki, piratçılıqla mübarizə üzrə tədbirlərin sərtləşdirilməsi çərçivəsində daha əvvəl İnzibati Xətalar Məcəlləsinə və Azərbaycan Cinayət Məcəlləsinə dəyişikliklər edilib. Dəyişikliklərə əsasən, nəzarət markası yapışdırılmadan müəlliflik hüququ və əlaqəli hüquqlar obyektlərinin (audiovizual əsər, fonoqram, kompüter proqramı, kitab) nüsxələrinin kommersiya məqsədilə satışı və ya yayılma məqsədilə saxlanması, istehsal binasının hüdudlarından kənara çıxarılması, satılması və ya digər üsullarla yayılması hallarına görə hər bir belə nüsxəyə görə fiziki şəxslərə 50 manat, vəzifəli şəxslərə 100 manat, hüquqi şəxslərə 150 manat miqdarında cərimə tətbiq edilir.

Eyni əməllər təkrar törədildikdə, qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən törədildikdə, yaxud külli miqdarda ziyan vurmaqla törədildikdə 7 000 manat miqdarında cərimə və ya 2 ildən 4 ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulur.

Piratçılığın səviyyəsinin azaldılması istiqamətində ölkədə işlər davam edir.

Microsoft Azerbaijan şirkətinin nümayəndəliyinin rəhbəri Rüfət Hacıəlibəyov isə bildirib ki, şirkət müəllif hüquqlarının qorunması sahəsində Müəllif Hüquqları Agentliyi ilə fəal əməkdaşlıq edir: “Əməkdaşlığın istiqamətlərindən biri ölkənin ali məktəblərində istifadə edilən proqram təminatının leqallaşdırılması məsələsində Agentliyə kömək etməkdir. Bundan başqa, Agentlik, Business Software Alliance təşkilatı və Azərbaycan Daxili İşlər Nazirliyinin iştirakı ilə saxta məhsulların satışı faktlarının aşkarlanması üçün mağazalarda reydlər keçirilib, hüquqi tənzimlənmə sahəsində maarifləndirici işlər görülüb”.

 

Xeberler.az

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR
Ölkədə proqram təminatı sahəsində piratçılıq azalıb

Ölkədə proqram təminatı sahəsində piratçılıq azalıb

15-01-2016
CD-DVD bazarının pirat problemi

CD-DVD bazarının pirat problemi

21-10-2009
Bakının kompüter dükanlarında növbəti reyd keçirilib

Bakının kompüter dükanlarında növbəti reyd keçirilib

07-05-2015
Azərbaycanda 84 faiz proqram təminatı lisenziyasızdır

Azərbaycanda 84 faiz proqram təminatı lisenziyasızdır

30-10-2017
"Microsoft": Azərbaycanda piratçılıq səviyyəsi əhəmiyyətli dərəcədə azalıb

"Microsoft": Azərbaycanda piratçılıq səviyyəsi əhəmiyyətli dərəcədə azalıb

10-06-2020
Dövlət Təhlükəsizliyi Xidmətinə yeni səlahiyyət verilib

Dövlət Təhlükəsizliyi Xidmətinə yeni səlahiyyət verilib

18-04-2019
Simboks ilə qanunsuz beynəlxalq telekommunikasiya xidmətlərinin təşkili halları artıb

Simboks ilə qanunsuz beynəlxalq telekommunikasiya xidmətlərinin təşkili halları artıb

20-02-2019
Azərbaycanda pirat proqram təminatının göstəricisi açıqlanıb

Azərbaycanda pirat proqram təminatının göstəricisi açıqlanıb

20-05-2012
Ölkəmizdə bu şirkət proqram təminatı sata bilməyəcək-Qərar

Ölkəmizdə bu şirkət proqram təminatı sata bilməyəcək-Qərar

30-05-2017
DİN “Microsoft” pirat proqram təminatının aşkarlanması istiqamətində Bakının kompüter dükanlarında reydlər keçirib

DİN “Microsoft” pirat proqram təminatının aşkarlanması istiqamətində Bakının kompüter dükanlarında reydlər keçirib

23-04-2014
Ölkəmizdə proqram təminatına lisenziya nəzarəti tətbiq ediləcək

Ölkəmizdə proqram təminatına lisenziya nəzarəti tətbiq ediləcək

29-09-2015
Şəxsin görüntüsündən süni intellektdə icazəsiz istifadəsi həbsə səbəb olacaq

Şəxsin görüntüsündən süni intellektdə icazəsiz istifadəsi həbsə səbəb olacaq

12-03-2026
Rusiya pirat proqram təminatlarından istifadə edəcək

Rusiya pirat proqram təminatlarından istifadə edəcək

05-03-2022
Müəllif hüquqlarını qoruyan sayt istifadəyə verilib

Müəllif hüquqlarını qoruyan sayt istifadəyə verilib

25-04-2017
“Apple” süni intellekti pirat kitablardan öyrətməkdə ittiham olunur

“Apple” süni intellekti pirat kitablardan öyrətməkdə ittiham olunur

08-09-2025
Gürcüstan Microsoft-a 100 min dollar ödəyəcək

Gürcüstan Microsoft-a 100 min dollar ödəyəcək

28-11-2016
Azərbaycanda mobil operatorlarla bağlı yeni tələblər

Azərbaycanda mobil operatorlarla bağlı yeni tələblər

15-11-2016
Azərbaycanda piratçılığın səviyyəsi yüksəkdir-Problem

Azərbaycanda piratçılığın səviyyəsi yüksəkdir-Problem

26-05-2016
Lisenziyalı proqramların alınması üçün saziş imzalandı

Lisenziyalı proqramların alınması üçün saziş imzalandı

12-07-2018
Bakıda Ali təhsilin rəqəmsal transformasiyası seminarı keçirilib

Bakıda Ali təhsilin rəqəmsal transformasiyası seminarı keçirilib

04-01-2019
Pilotsuz uçan aparatla şəxsi məlumatların əldə edilməsi qadağan olunub

Pilotsuz uçan aparatla şəxsi məlumatların əldə edilməsi qadağan olunub

17-05-2016
İnternetdə piratçılıqla mübarizə istifadəçiləri təhlükə qarşısında qoyur

İnternetdə piratçılıqla mübarizə istifadəçiləri təhlükə qarşısında qoyur

06-05-2015
“İnformasiya kommunikasiya texnologiyaları və əqli mülkiyyət” mövzusunda seminar keçirilib

“İnformasiya kommunikasiya texnologiyaları və əqli mülkiyyət” mövzusunda seminar keçirilib

27-04-2009
Süni intellektlə bağlı qadağalar ilk oxunuşda qəbul edilib

Süni intellektlə bağlı qadağalar ilk oxunuşda qəbul edilib

17-03-2026





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə