Previous Next
Bağla

İnsanlar sosial şəbəkələrdə mənəvi terrora məruz qalırlar

14-02-2019 10:43
İnsanlar sosial şəbəkələrdə mənəvi terrora məruz qalırlar
"İnternetin inkişafının müsbət tərəfləri ilə yanaşı mənfi tərəfləri də var. Bu gün insanlar sosial şəbəkələrdə təhqirlərə, mənəvi terrora məruz qalırlar”.
 
Xeberler.az məlumat verir ki, baş nazirin müavini, Yeni Azərbaycan Partiyası sədrinin müavini, icra katibi Əli Əhmədov qeyri-hökumət təşkilatlarının nümayəndələri ilə görüşündə belə deyib.
 
Əli Əhmədov bildirib ki, sosial şəbəkələrdə özünü qanuni yolla müdafiə etmək mümkün deyil:
 
"İstənilən adamı istənilən formada təhqir etmək, mənəvi terrora məruz qoymaq çox asandır, lakin bundan özünümüdafiə mexanizmi yoxdur. Bu bəla bütün dünyada geniş vüsət alıb, cəmiyyətlərdə bir gərginlik yaradır. Ancaq Azərbaycanda bu hal eybəcər formadadır”.
 
İcra katibi qeyd edib ki, ayrı-ayrı ölkələrdə bu problemin qarşısını almaq üçün yollar axtarılır, texniki və hüquqi baxımdan cəhdlər edilir:
 
"Azərbaycanda da bu problemin qarşısını almaq üçün hüquqi normalar var, ancaq bunun tətbiq edilməsi mexanizmi mövcud deyil. Bəzi ölkələr bu problemin qarşısını almaq üçün internetin məhdudlaşdırılmasına da gedirlər. Mən internetin məhdudlaşdırılmasının tamamilə əleyhinəyəm, ancaq biz müzakirələr aparıb texniki və hüquqi tənzimləmə yollarını tapmalıyıq ki, bu eybəcərliklərin qarşısı alınsın”.
 
Cinayət Məcəlləsinin 147-ci maddəsinə görə, internet informasiya ehtiyatında böhtan min manatdan min beş yüz manatadək miqdarda cərimə ilə və ya iki yüz qırx saatdan dörd yüz səksən saatadək müddətə ictimai işlər və ya bir ilədək müddətə islah işləri və ya altı ayadək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır.
 
Ağır və ya xüsusilə ağır cinayətdə ittiham etməklə böhtan atmaya iki ilədək müddətə islah işləri və ya üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrumetmə cəzası düşür.
 
148-ci maddəyə əsasən, internet informasiya ehtiyatında şəxsiyyətin şərəf və ləyaqətini nalayiq formada qəsdən alçaltma (təhqir) min manatdan min beş yüz manatadək miqdarda cərimə və ya iki yüz qırx saatdan dörd yüz səksən saatadək müddətə ictimai işlər və ya bir ilədək müddətə islah işləri və ya altı ayadək müddətə azadlıqdan məhrumetmə cəzası nəzərdə tutur.
 
148-1-ci maddədə qeyd olunur ki, internet informasiya ehtiyatında saxta istifadəçi adlar, profil və ya hesablardan istifadə edərək böhtan atmağa və ya təhqir etməyə min manatdan iki min manatadək miqdarda cərimə və ya üç yüz altmış saatdan dörd yüz səksən saatadək müddətə ictimai işlər və ya iki ilədək müddətə islah işləri və ya bir ilədək müddətə azadlıqdan məhrumetmə cəzası verilir.
 
"Saxta istifadəçi adlar, profil və ya hesablar” dedikdə internet informasiya ehtiyatlarında, o cümlədən sosial şəbəkələrdə istifadəçinin şəxsiyyətini eyniləşdirməyə imkan verməyən, yəni ad, soyad və ya ata adına dair yalan məlumat yerləşdirilmiş və ya belə məlumatlar gizlədilmiş, habelə digər şəxsə aid məlumatlardan onun razılığı olmadan istifadə edilməklə yaradılmış istifadəçi adlar, profil və ya hesablar başa düşülür.
 
"İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” qanuna əsasən, internet informasiya ehtiyatının və onun domen adının sahibi həmin informasiya ehtiyatında yayılması qadağan edilən informasiyanın yerləşdirilməsinə yol verməməlidir. Belə hal olduqda Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi internet informasiya ehtiyatına müraciətin məhdudlaşdırılması üçün məhkəməyə müraciət edir.
ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Saxta profillərlə yalan məlumat yayanlar cinayət məsuliyyətinə cəlb ediləcək

15-11-2016

Dövlət Təhlükəsizliyi Xidmətinə yeni səlahiyyət verilib

18-04-2019

İnternetdə Azərbaycan prezidentini təhqir edənlər cəzalana bilər

15-11-2016

Pilotsuz uçan aparatla şəxsi məlumatların əldə edilməsi qadağan olunub

17-05-2016

Saxta profillər məsələsi gələn həftə plenar iclasda müzakirəyə çıxarılır

22-11-2016

Şəxsin görüntüsündən süni intellektdə icazəsiz istifadəsi həbsə səbəb olacaq

12-03-2026

Süni intellektlə bağlı qadağalar ilk oxunuşda qəbul edilib

17-03-2026

Osman Gündüz : "‘Bu qanunun nəsə bir fayda verəcəyini düşünmürəm’"

30-04-2013

Süni intellektlə bağlı yeni hüquqi tələblər müəyyənləşdirilib

06-05-2026

Simboks ilə qanunsuz beynəlxalq telekommunikasiya xidmətlərinin təşkili halları artıb

20-02-2019

Sosial şəbəkədə cəmiyyətə açıqca hörmətsizlik edənlər cərimə ediləcək

26-01-2026

Sosial şəbəkədə qeyri-etik paylaşım edənlər məsuliyyətə cəlb ediləcək

24-11-2025

Qadağan olunmuş xəbərlərə görə cərimə- Məcəlləyə dəyişiklik

25-11-2017

İnternetdə təhqirə görə cəza…

06-06-2013

Baş Prokurorluq media nümayəndələri və sosial şəbəkə istifadəçilərinə müraciət edib

19-09-2023

Deputat saxta profilin cinayət məsuliyyəti yaratmasına aydınlıq gətirib

16-11-2016

Yayılması qadağan edilən informasiyaların dairəsi genişləndirilir

24-11-2025

“İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” Qanunda dəyişiklik edilir

19-12-2025

Kibercinayətlərə görə cəzalar sərtləşdi

17-07-2012

İnternetdə informasiya yayımına dair tələbi pozan cəzalanacaq

01-12-2017

Səyyar monitorinqlər davam edir

26-10-2017

Mobil cihazın qeydiyyatından yayınanlar cərimə ediləcək-Məbləğlər

28-01-2023

Telekommunikasiya vasitələrinin qanunsuz dövriyyəsinə görə yeni cərimələr məlum olub

04-02-2023

İnternetdə böhtan və təhqirə görə cərimələr artırlır

19-04-2017





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə