Previous Next
Bağla

Dünya İqtisadi Forumunun hesabatında “ASAN xidmət” barədə məlumat verilib

13-01-2025 18:27
Dünya İqtisadi Forumunun hesabatında “ASAN xidmət” barədə məlumat verilib

2025-ci ilin yanvar ayında Dünya İqtisadi Forumunun “Hökumət Texnologiyalarının Qlobal İctimai Təsiri: 9,8 trilyon dollarlıq bir fürsət” adlı hesabatı dərc olunub.

Xeberler.az məlumat verir ki, müvafiq hesabatda dövlət sektorunda şəffaflığın, səmərəliliyin və hesabatlılığın artırılması sahəsində hökumət texnologiyaları (GovTech), süni intellekt, data analitika və innovativ platformaların rolu müzakirə olunur.

Bununla bağlı hesabatda Azərbaycan daxil olmaqla 7 ölkənin təcrübəsinə yer verilir (Bəhreyn, Braziliya, Almaniya, Malayziya, Ruanda və Ukrayna).

Sözügedən hesabatda “ASAN xidmət” modeli, eləcə də Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi tərəfindən tətbiq olunan innovativ həllər barədə məlumat dərc olunub. Həmçinin “ASAN müraciət” informasiya sisteminin vətəndaş müraciətlərinin cavablandırılması və həllində, habelə müasir texnologiyalar vasitəsilə şəffaflığın təşviq edilməsində mühüm rol oynadığı qeyd edilir.

Bundan əlavə, “ASAN Viza” sistemi vasitəsilə qısa müddət ərzində Azərbaycana viza əldə etməyin mümkünlüyü barədə məlumat verilir.

Azərbaycanın startap və innovasiya ekosisteminin inkişafı sahəsində müxtəlif layihələrin həyata keçirilməsində INNOLAND İnkubasiya və Akselerasiya Mərkəzinin fəaliyyətinə də yer verilir.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

ASAN Viza-ya Radiant Launch mükafatı təqdim olunub

22-02-2019

Əcnəbilərin e-viza müraciətinə 3 saat ərzində baxılacaq

22-06-2017

Azərbaycan GovTech həllərini effektiv tətbiq edən ölkələrdən biridir

16-01-2025

Avqust ayında ASAN Viza-nın verilməsi rekord həddə çatıb

10-09-2019

"ASAN AI Hub" beynəlxalq analitik mərkəzin diqqətində

18-02-2026

İtaliyanın “RAI 1” kanalı “ASAN xidmət”in fəaliyyətini işıqlandırıb

14-07-2025

“ASAN xidmət” BMT nəşrində diqqət mərkəzində

07-07-2025

Azərbaycanda “ASAN Viza” sistemi yaradılır-Fərman

01-06-2016

Dövlət Agentliyi Dünya İqtisadi Forumunda təmsil olunub

24-01-2020

Bu elektron xidmət dövlət büdcəsinə 4,2 milyard qazandırıb

15-11-2022

Ruandanın və Zimbabvenin rəsmiləri "ASAN xidmət"də olublar

21-11-2025

ASAN Viza-ya ən çox hansı ölkələrdən müraciət olur?

19-06-2017

ASAN xidmət səfirliklərə və konsulluqlara notanın verilməsi xidmətlərinə başlayıb

01-03-2019

Keniyalı qonaq “ASAN xidmət” barədə məlumatlandırılıb

30-04-2025

“ASAN xidmət” modeli Malayziyada tanıdılıb

05-12-2024

Nepalın nümayəndə heyəti “ASAN xidmət”də olublar

28-02-2020

Oksford Universitetinin tələbəsi ASAN təcrübəsindən yazıb

03-10-2025

Efiopiyanın Baş naziri “ASAN xidmət”də olub

27-02-2026

“Amazon”un sabiq vitse-prezidenti “ASAN xidmət”də

04-12-2023

Seneqallı nazir “ASAN xidmət”də olub

28-11-2025

“ASAN xidmət”in innovasiyaları Azərbaycanın reytinqinə töhfə verir

24-09-2024

ASAN Viza vasitəsi ilə 1 milyonuncu viza verilib

11-02-2019

“ASAN xidmət” təcrübəsi Qazaxıstanla paylaşılır

26-02-2025

3 saat ərzində e-viza almaq imkanı-Yenilik

30-08-2017





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə