Previous Next
Bağla

Azərbaycan GovTech həllərini effektiv tətbiq edən ölkələrdən biridir

16-01-2025 19:46
Azərbaycan GovTech həllərini effektiv tətbiq edən ölkələrdən biridir

Hökumətlər dövlət sektorunun modernləşdirilməsində çətinliklərlə üzləşdikcə, GovTech (hökumət texnologiyası) dövlət xidmətlərinin göstərilməsinin transformasiyası üçün əsas katalizatora çevrilir.

Xeberler.az məlumat verir ki, 2024-cü ildə Qlobal GovTech bazarının həcmi 606 milyard ABŞ dolları olub. Bu rəqəmin 2034-cü ilə kimi 1,4 trilyon dollara kimi yüksələcəyi gözlənilir ki, bu da nəticə etibarilə ictimai dəyərlərin formalaşdırılması üçün məcmu 9,8 trilyon dollarlıq imkan yaradacaq. Bu imkanlar üç əsas amil vasitəsilə reallaşacaq: səmərəliliyin artırılması, şəffaflığın artırılması və davamlı inkişaf.

Açıq məlumat platformaları, e-ödənişlər, elektron satınalmalar və təhlükəsiz rəqəmsal qeydlər kimi rəqəmsal həlləri tətbiq etməklə hökumətlər şəffaflığı artıra, vətəndaşların informasiyaya çıxışını təmin edə və davamlı iqtisadi inkişafın əsas elementi olan dövlət xidmətlərinə inam yarada bilər. Dünya İqtisadi Forumu bu yaxınlarda “GovTech-in Qlobal İctimai Təsiri” adlı hesabat yayımlayıb ki, orada da əsas toxunulan məsələ məhz budur. Forum GovTech həllərinin inkişafında nəzərəçarpacaq nəticələr nümayiş etdirən 7 ölkəni müəyyən edib. Bunlar Azərbaycan, Bəhreyn, Braziliya, Almaniya, Malayziya, Ruanda və Ukraynadır. İqtisadiyyat Nazirliyinin tabeliyində Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzi (4SİM) bu hesabatın Azərbaycanla bağlı hissəsi üçün məlumatların toplanmasına dəstək və yerli ekspertlərin cəlbində əlaqələndirici rol oynayıb. 4SİM həm də Dünya İqtisadi Forumunun qlobal 4-cü Sənaye İnqilabı Şəbəkəsinin 21 affilə edilmiş mərkəzindən biridir.

Dünya İqtisadi Forumu qeyd edir ki, Azərbaycan hökuməti dövlət xidmətlərinin göstərilməsinin transformasiyası üçün özəl sektorla əməkdaşlıq yolu ilə GovTech sahəsində həlləri fəal şəkildə inkişaf etdirir. Strategiyanın həyata keçirilməsi həm iqtisadi gəlirin, həm də ictimai səmərənin artırılmasına yönəlib.

Qeyd edildiyi kimi, Azərbaycanda rəqəmsal transformasiya “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər” gündəliyinə əsaslanır və burada rəqəmsal iqtisadiyyat milli inkişafın əsas hərəkətverici qüvvəsi kimi müəyyən edilir. Əsas prioritetlərə dayanıqlı, rəqabətədavamlı iqtisadiyyatın yaradılması, sosial ədalətə əsaslanan canlı, inklüziv cəmiyyətin qurulması, müasir innovasiyaların və rəqabətqabiliyyətli insan kapitalının təşviqi daxildir.

Hesabat müəllifləri bildirirlər ki, Azərbaycan hökuməti GovTech-i təkcə dövlət xidmətlərinin təkmilləşdirilməsinin mərkəzi elementi kimi deyil, həm də böyük iqtisadi potensiala malik strateji biznes imkanı kimi qiymətləndirir. GovTech hökumətin rəqəmsal innovasiyalar sahəsində katalizator və lider kimi mövqeləndirilməsi üçün biznesin idarə edilməsini dövlət-özəl tərəfdaşlığı ilə birləşdirən fundamental element kimi qəbul edilir.

Dünya İqtisadi Forumu Azərbaycan hökumətinin bu sahədə həyata keçirdiyi bir sıra əsas təşəbbüsləri vurğulayır:

ASAN Xidmət: 15 dövlət və 30 özəl təşkilatın 400-dən çox “bir pəncərə” xidmətini 27 “ASAN xidmət” mərkəzində, veb platforma, mobil proqram və sahə xidmətləri (avtobus və qatarlar) vasitəsilə əlçatan edir.

E-Agro platforması: Kənd təsərrüfatında rəqəmsal savadlılığı təşviq etmək üçün dövlət subsidiyalarına çıxışı olan fermerlər üçün platformadır.

Elektron Satınalma Sistemi: Platforma dövlət satınalmaları proseslərini sadələşdirir və özəl sektorun dövlət tenderlərində onlayn iştirakını asanlaşdırır.

Məlumat Mübadiləsi Platforması: Dövlət qurumları arasında 350 milyon məlumat nöqtəsinin illik mübadiləsinə imkan yaradır, məlumatların səmərəli və təhlükəsiz ötürülməsinə, koordinasiyanın və göstərilən xidmətlərin keyfiyyətinin yaxşılaşdırılmasına imkan verir.

Dünya İqtisadi Forumunun hesabatında o da qeyd edilir ki, son 13 ildə Azərbaycan hökuməti rəqəmsallaşma və xidmət göstərilməsinin sadələşdirilməsi sahələrində lider olub. Maraqlısı budur ki, özəl sektor dövlətin nailiyyətlərindən dərs alır.

Hesabatda Azərbaycanda istifadə olunan digər GovTech sistemləri təqdim olunur. Məsələn, elektron viza sisteminin adı çəkilir ki, bunun sayəsində ərizələrə baxılma müddəti bir neçə gündən üç saata qədər azalıb.

Elektron məhkəmə sistemi məhkəmə şəffaflığının artırılmasına, gecikmələrin azaldılmasına və manipulyasiya imkanlarının məhdudlaşdırılmasına, məhkəmə sisteminə etimadın artırılmasına kömək edir.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Azərbaycan qlobal elektron hökumət indeksində 8 pillə irəliləy

17-04-2023

Dünya İqtisadi Forumunun hesabatında “ASAN xidmət” barədə məlumat verilib

13-01-2025

4SİM Dünya İqtisadi Forumunun 56-cı İllik Toplantısında təmsil olunacaq

16-01-2026

Azərbaycan hökumətin rəqəmsallaşması səviyyəsinə görə dünya ölkələri arasında yüksəkdədir

17-09-2021

4SİM və DİF strateji əməkdaşlıq prioritetlərini müəyyənləşdirir

14-04-2026

Dövlət xidmətlərində süni intellekt və rəqəmsal ticarət həllərinin tətbiqi genişləndirilir

07-05-2026

Azərbaycan “Sənaye Klasterlərinə Keçid” təşəbbüsünə qoşulub

23-01-2026

Azərbaycan dilində süni intellekt platformasının yaradılması ilə bağlı layihələrin icrasına başlanılıb

26-01-2024

İİTKM beynəlxalq müsabiqədə ən yaxşı beyin mərkəzi elan olunub

18-11-2025

4SİM və SOCAR Davos Forumunda birgə sessiya təşkil edib

23-01-2026

4SİM: Azərbaycan rəqəmsal transformasiya layihələrini uğurla icra edir

07-05-2026

Əli Əsədov: Azərbaycan rəqəmsal texnologiyaları fəal tətbiq edir

29-09-2025

“Dördüncü sənaye inqilabında trendlər” mövzusunda tədbir keçirilib

23-02-2022

Azərbaycanda 4Sİ texnologiyalarının tətbiqi müzakirə edilib

13-07-2023

Rəqəmsal iqtisadiyyata həsr olunan III Beynəlxalq elmi konfrans keçiriləcək

19-07-2023

Azərbaycanda kağız daşıyıcılardan imtina olunacaq

16-01-2025

Azərbaycan kontentinə malik süni intellekt platformaları inkişaf etdirilir

27-03-2024

Rəqəmsal ticarət ekosisteminə dair təhlillərin nəticələri təqdim edilib

07-05-2026

Rəqəmsal iqtisadiyyatın inkişafı Strategiyası “Strateji İntellekt” platformasına inteqrasiya olunub

28-04-2026

“Milli Proqram” 2026-cı ilin aprel ayınadək davam edəcək

02-12-2025

4SİM DİF-in platformasında Azərbaycanın “NextGen” modelini təqdim edib

01-05-2026

Mikayıl Cabbarov: “Azərbaycan iqtisadiyyatın rəqəmsal transformasiyasına hazırlaşır”

05-05-2021

Azərbaycanda internetdən istifadə və dünyada III yer

23-01-2018

Nazir Rəşad Nəbiyev Dünya İqtisadi Forumunun prezidenti ilə görüşüb

24-02-2022





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə