Pokemon GO oyunu istifadəçilərin şəxsi məlumatlarını toplayır?

13-07-2016 / 14:12

Son günlərdir dünyada məşhurlaşan və istifadəçilərin böyük marağına səbəb olan Pokémon GO mobil oyun sevənlər qədər hakerlər üçün də maraqlı ola bilər.

Xeberler.az xarici mediadakı iddialara istinadən məlumat verir ki, hazırda gündə ortalama 1.6 milyon dollar gəlir gətirdiyi iddia edilən Pokemon GOistifadəçilərin fərdi məlumatlarını toplayır.

Belə ki, oyunu oynayanların elektron poçt ünvanlarından tutmuş olduqları yerə  qədər bütün məlumatlarını toplayan oyuna çıxış  Google tərəfindən kəsiləcək.

Çox qısa müddətdə başda ABŞ olmaqla, Tinder və Twitter kimi tətbiqləri geridə qoyan Pokemon GO məşhurluğuna görə bu günə qədər yaradılmış ən detallı yer bildirmə cədvəlini qurmaq potensialına sahibdir.

Bu oyunda yalnız yerini bildirməklə  şəxsi məlumatlarınızı paylaşmış olmursuz. Belə ki,  Pokemon GO  oyunu pokemon.com-da yeni bir hesap açaraq və yaxud da mövcud olan  Google hesabınızla daxil ola biləcəyiniz bir oyundur.

Oyuna bir iOS cihazından Google hesabınızla  daxil olduğunuz vaxt Pokemon GO-ya  Google hesabınızdakı hardasa bütün məlumatları əldə etmə imkanı verirsiniz.

Bunun sayəsində oyunun yaradıcısı  Niantic  sizin e-poçt ünvanlarınıza  Google Drive-dakı məlumatılarınızı əldə edə bilir.

Maraqlıdır ki, bu hesablarınızla  Pokemon GO-da qeydiyyatdan keçəndə  gizlillik və təhlükəsizliklə bağlı sizə bildiriş gəlmir.

Bu məlumatları təkzib edən oyunun yaradıcısı  Niantic Labs  bu günə qədər oyunçuların fərdi məlumatlarına müdaxilə edilmədiyini deyib.

O, istifadəçilərin sadəcə Google profil məlumatlarının (istifadəçinin kimliyi  və e-poçt ünvanı)  istifadə edildiyini deyib.

Onun sözlərinə görə, Google da bu məlumatları təsdiq edir.

Qeyd edilib ki, yaxın zamanda  problemin həlli üçün Niantic Labs -in bu məlumatlara əlçatımlığı  Google tərəfindən məhdudlaşırılacaq.

Qeyd edək ki, Pokemon  oyunu ağıllı telefonun kamerasını və GPS funksiyaları istifadə edərək, gerçək həyatla da əlaqəli bir halda  oynanılır. Belə ki, xəritə sistemini istifadə edən  Pokemon GO oyununda məsələn, su Pokemon-larını tutmaq üçün su ərazilərə yaxın olmaq lazımdır. Ətrafınızda gəzdikcə fərqli Pokemon növləri kəşf edə biləcəyiniz bir oyundur.  Bu oyunu oturduğunuz yerdən oynaya bilmirsiz, mütləq ətrafı gəzib pokemonlar-ı tapmalısınız.

Günel

 


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə