Dünyanın ən böyük ultramarafonu “Azerspace-1” ilə canlı yayımlanıb

11-06-2025 / 08:52

Dünyanın ən qədim və ən böyük ultramarafonu olan əfsanəvi “Comrades” marafonu uğurla “Azerspace-1” peyki vasitəsilə yayımlandı və bu möhtəşəm tədbir dünya üzrə izləyicilərə təqdim olundu.

Xeberler.az məlumat verir ki, təxminən 88 kilometr (55 mil) məsafəni əhatə edən bu yarış hər il Cənubi Afrikada Durban və Pietermaritzburq şəhərləri arasında keçirilir.

“Azerspace-1” peykinin etibarlı və geniş əhatə dairəsi sayəsində dünyanın istənilən yerindən azarkeşlər bu məşhur marafonu real vaxtda izləyə bildilər.

“Azerspace-1” geniş əraziləri əhatə edən fasiləsiz yayım imkanları ilə əsas idman tədbirlərinin yayımında mühüm rol oynamaqda davam edir.


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə