Kolumbiya Universitetinin tədqiqatçıları lampaların qrafenin tətbiqinə əsaslanan yeni texnologiyasını hazırlayıblar.
Xeberler.az xarici mətbuata istinadən məlumat verir ki, işıq diodlarını əvəz edə bilən karbon lampaları işıqlandırmağa başlaması üçün qrafeni qızdıran xüsusi çipdən istifadə edirlər.
Faktiki olaraq, ənənəvi közərmə lampaları həmin prinsip əsasında işləyir, lakin közərmənin qrafen tellərinin qalınlığı cəmi bir atom təşkil edir. Yeni nəsil lampalar isə mövcud analoqları ilə müqayisədə daha nazik olacaq.
Alimlərin bildirdiyinə görə, hazırladıqları qrafen teli ilə birlikdə işləyən “qızdırıcı” çipi digər sahələrdə də (müxtəlif kimyəvi preparatların qızdırılması, kimyəvi reaksiyaların öyrənilməsi üçün və s.) tətbiq etmək mümkündür.
Tədqiqatçılar iddia edir ki, yeni texnologiya əvvəlki texnologiyalardan fərqlənir və bir sıra üstünlüklərə malikdir.
Xeberler.az
Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Azərbaycanda e-hökumətin inkişafinda yeni sosial tələbləri nəzərə alan xidmətlərin genişləndirilməsi perspektivləri