Cənubi Koreyanın Samsung Electronics şirkəti maye kristallar əsasında işləyən ən nazik displeyin yaradılması barədə elan edib. Yeni qurğunun qalınlığı cəmi 7,9 millimetr təşkil edir.
Qeyd edək ki, bundan əvvəl 8 mm rekord göstərici Philips şirkətinə məxsus idi. Belə ki, Philips cari ilin avqust ayında Berlində keçirilən İFA sərgisində 32-düymlü 8 mm qalınlıqlı maye kristal displey təqdim etmişdir.
Samsung-un 40 düym diaqonallı yeni televizoru isə bir qədər qeyri-adi sxem üzrə işləyir. Məsələ burasındadır ki, konstruksiyanın rekord nazikliyinə görə, televizorun işi üçün lazım olan elektronikanın bir hissəsi ayrı blokda yerləşdirilib. Şirkət bu cür televizorların satışa çıxarılması barədə açıqlama vermir.
Bundan əlavə şirkət həmçinin 52-düymlü, 9,9 mm qalınlıqlı maye kristal televizor təqdim edib.
xeberler.az/Nurane
Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Azərbaycanda e-hökumətin inkişafinda yeni sosial tələbləri nəzərə alan xidmətlərin genişləndirilməsi perspektivləri