“E- imza” ilə işlərinizi evdən idarə edə bilərsiniz

06-06-2015 / 10:26

İstirahət mövsümü artıq açılıb, hər birimiz regionlara, eləcə də xarici ölkələrə səyahəti səbirsizliklə gözləyirik.

Artıq "Bəs işlər necə olacaq?!" qayğısı e-imza istifadəçilərini narahat etmir. Qurumdan Xəbərlər-ə verilən məlumata görə, hər bir istifadəçi təkcə e-imza kartına sahib olmaqla istədiyi yerdən istədiyi sənədi formalaşdırıb imzalamaqla məsafə-zaman problemini həll etmək imkanına sahibdir.

Bildiyiniz kimi, əl ilə imza sənəddə əks olunan informasiyanın doğruluğunun imzalayan tərəfindən təsdiq edildiyini göstərdiyi kimi e-imza da hər hansı bir sənədin kimə aid olduğunu rəsmiləşdirir. E-imza imzalayanın şəxsiyyətinin təsdiqləməklə yanaşı, imzalanan sənədin tərkibinin başqa şəxs tərəfindən dəyişdirilməməsini (məlumatların tamlığını) təmin edir. Elektron imza informasiyanın bütövlüyünü, dəyişməzliyini, inkar edilməzliyini və saxtalaşdırılmadığını təsdiq edən vasitədir. Belə ki, hər bir vətəndaş e-imzadan inamla istifadə edərək, e-imza vasitəsilə təqdim olunan üstünlüklərdən rahtlıqla faydalana bilər.

Elektron imza "Elektron Hökumət” portalının autentifikasiya vasitələrindən biridir. Siz bir çox işlərinizi internet və e-imza ilə portal üzərindən icra edə bilərsiniz.

Şəhərdə olmayacağınıza görə aylıq kommunal xərclərini əvvəlcədən ödəməyə və ya unutduğunuza görə heyfislənməyə ehtiyac yoxdur. "Elektron hökumət" portalına e-imza və ya digər mövcud vasitələrlə daxil olaraq, istədiyiniz yerdən istənilən vaxt ödənişlərinizi, vergi ödənişləri, yol hərəkətı qaydalarının pozuntusu ilə əlaqədar cərimələrin, gömrük ödənişlərinin və digər e-xidmətlərlə bağlı rüsumların ödənişini həyata keçirə bilərsiniz.

Portal üzərindən olduğunuz yerdən itirilmiş bəzi sənədlərin əvəzinə yenisinin verilməsi üçün müraciət etmək, müqavilə imzalamaq və s. mümkündür.

Portal üzərindən təqdim olunan elektron xidmətlər sizə hətta, istirahət etdiyiniz yerdən yeni iş qurmaq üçün lazımi sənədləşmənin icrasını mümkün edir.

Hazırda e-imza kartlarından istifadə edən vətəndaşların sayı 7534, dövlət qurumlarının sayı 20845, hüquqi şəxslərin 6099-dur. Deməli, bu gün ümumilikdə 34 478 e-imza sertifikatları öz texniki imkanları və üstünlükləri ilə vətəndaşlara xidmət edir.

Xeberler.az


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə