“Elektron elm”in formalaşması məqsədilə müəssisə və təşkilatları elektron imza əldə etməlidir

10-05-2013 / 10:25
AMEA Elmi İnnovasiyalar Mərkəzi (EİM) müəssisə və təşkilatları “elektron imza” əldə etməyə çağırıb. Belə ki, Azərbaycanda “Elektron elm”in formalaşması məqsədilə Elmi İnnovasiyalar Mərkəzi sənədlərin elektron mübadiləsinə keçir:
“Bunun üçün “elektron imza”nın əldə edilməsi zəruridir. “Elektron imza”nın əldə edilməsi haqqında ətraflı məlumatı “www.e-imza.az” saytından əldə edə bilərsiniz”.
Qeyd edək ki, elektron imza “Elektron dünya”da şəxsiyyəti müəyyənləşdirmə vasitəsidir.
Elektron imza anlayışı ümumi xarakter daşıyır. İnsanların əl imzalarının rəqəmli çeviricilərdən keçirilmiş, barmaq izləri, səs kimi bioloji əlamətlərinin və s. elektron halda kimliklərinin doğrulanmasını təmin edən vasitədir.
Elektron imza elektron sistemdə imzanın malik olduğu bütün işləri yerinə yetirən, elektron sertifikat vasitəsilə bir elektron məlumata əlavə edilən və məlumatı göndərəni təyin edən bir ədədi koddur.
HƏQİQƏT 

ŞƏRHLƏR





sorğu
Delta Telecom şirkətinin son istifadəçiyə birbaşa internet xidməti göstərməsi internet bazarında vəziyyəti necə dəyişə bilər ?
  • “Çəkidə aldatma” aradan qalxacaq və internetin keyfiyyəti yüksələcək.
  • İnternet bazarında sərbəst və azad rəqabət güclənəcək.
  • Qiymətlər enəcək və daha sürətli internetdən istifadə edənlərin sayı kəskin artacaq
  • İnternet bazarında rəqabət azalacaq.