Şagirdlər üçün “Rəqəmsal etiraf” adlı layihəyə start verilib

22-10-2025 / 15:00

Paytaxtdakı 20 nömrəli məktəb-liseyin psixoloqları tərəfindən şagirdlərin psixoloji rifahının dəstəklənməsinə xidmət edən yeni təşəbbüs reallaşdırılıb.

Xeberler.az bildirir ki, şagirdlərə öz hisslərini, fikir və narahatlıqlarını ifadə etmək imkanı yaradan “Rəqəmsal etiraf” adlı yeni layihəyə start verilib.

Layihə çərçivəsində şagirdlər məktəbin internet resurslarında yerləşdirilən, həmçinin məktəbin girişində və dəhlizlərdə asılan xüsusi QR kodu oxudaraq anonim şəkildə öz hisslərini, duyğu və narahatlıqlarını məktəbin psixoloq komandasına göndərə bilirlər. Bu yanaşma onlara həm rahat ünsiyyət mühiti yaradır, həm də psixoloji yardım almaq üçün müasir və etibarlı platforma təqdim edir. Rəqəmsal imkanlardan istifadə etməklə məktəb psixoloqları daha operativ şəkildə müraciətləri qəbul edir və fərdi, həmçinin qrup şəklində dəstək tədbirləri həyata keçirirlər.

Qeyd edək ki, məktəblilər və təhsil müəssisəsinin müəllim heyəti tərəfindən maraqla qarşılananan layihənin əsas məqsədi şagirdlərdə özünüifadə bacarığını inkişaf etdirmək və məktəbdə psixoloji təhlükəsiz mühiti təmin etməkdən ibarətdir. 


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə