Previous Next
Bağla

Ekspert: Pensiyaçı da, 5-10 min maaş alan da internetə eyni qiyməti ödəyir

25-09-2025 14:51
Ekspert: Pensiyaçı da, 5-10 min maaş alan da internetə eyni qiyməti ödəyir
"2024-cü ilin 15 avqust tarixində dövlət provayderi Aztelekom-un təşəbbüsü ilə ölkədə fəaliyyət göstərən bütün internet provayderləri eyni gündə və eyni qərarla minimal tarifləri 50% artıraraq 25 manat səviyyəsində müəyyən etdilər.
 
Antiinhisar həmin vaxt bu qərarı "kartel sövdələşməsi və seçim hüququnun məhdudlaşdırılması" kimi qiymətləndirərək araşdırma başladığını açıqlamışdı. Amma indiyədək bu araşdırmanın nəticəsi ictimaiyyətə açıqlanmayıb".
 
Xeberler.az bildirir ki, bunu Azərbaycan İnternet Formunun Prezidenti, ekspert Osman Gündüz deyib.
 
Ekspertin sözlərinə görə, istər pensiya alan, istərsə də özəldə və dövlət qurumunda yüksək maaşla çalışanlar – hər kəs eyni tariflə, 25 manatla internetə çıxış əldə edir. Heç bir alternativ seçim imkanı təqdim olunmur:
 
"Təsəvvür edin ki, regionlarda 320-400 manat minimal əməkhaqqı və minimal pensiya alan vətəndaşlar gəlirlərinin 7–8%-ni internetə ödəyirlər. Dünyanın heç yerində belə göstərici yoxdur.
 
Dünyada bu göstərici 1–2% civarında məqbul hesab edilir.
 
Ən paradoksal məqam isə budur: bu qiymət artımına qərar verən şəxslər – 5-10 min manat maaş alanlar – gəlirlərinin cəmi 0.2–0.5%-ni internetə xərcləyirlər".
 
Bu vəziyyəti necə izah etmək olar?
 
Osman Gündüz bildirib ki, BMT-nin yeni tələblərinə əsasən, internetə çıxış insanların fundamental hüququ kimi tanınır. Bu, hansısa bir lüks deyil:
 
"Əgər bölgələrə, sosial təbəqələrə və real tələbatlara uyğun tarif modelləri təqdim olunmazsa, rəqəmsal bərabərlikdən danışmaq mümkün olmayacaq.
 
Rəqəmsal transformasiyanı sürətləndirmək, rəqəmsal xidmətlərə əlçatanlığı artırmaq və xüsusilə regionlarda yaşayan vətəndaşlara yeni imkanlar yaratmaq üçün onlayn çıxışın genişləndirilməsi vacibdir".
 
Ekspert bildirib ki, Aztelekom böyük bir iş görərək ölkə üzrə internetə əlçatanlığı genişləndirib. Amma bu uğurun ardınca, ölkə bazarının 50%-dən çoxuna nəzarət edən nəhəng bir dövlət provayderinə çevrilib:
 
"Əlavə olaraq, dövlətə məxsus magistral xətlərin əksəriyyəti də Aztelekom-un ixtiyarındadır. Son zamanalar isə bir neçə provayder və şirkətləri də özünə birləşdirə bilib.
 
Beləliklə də, bazarda dövlətə məxsus Aztelekom-un hökmran mövqeyi formalaşıb.
Bu gün AZCON Holdinq tərkibində aylıq 100 milyon manatdan çox gəlir əldə edən ən böyük oyunçu da məhz Aztelekom-dur.
 
Ona görə də, ilk addımı dövlət, AZCON tərkibində olan Aztelekom atmalıdır. İlk olaraq Aztelekom minimal tarifləri aşağı salmalı, bölgələr üçün fərqli, daha münasib seçim imkanları təqdim etməlidir".
ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Ekspert: 9 aydır internetin qiymət artımı ilə bağlı araşdırma yekunlaşmayıb

02-06-2025

“15 Avqust Tarif Şoku” qanunvericiliyin hansı tələblərini pozub? - Ekspert

02-10-2025

Ekspert: Təbii inhisarçı "Aztelekom" internetin minimal tariflərini qaldırıb əhaliyə isə seçim yeri qoymayıb

08-10-2024

Seçim olmayan internet bazarı, susan tənzimləyicilər - Təhlil

30-12-2025

140 illik tarix bağlandı: Baktelecom rəsmən tarixə qovuşdu - Ekspert

16-05-2025

Heç olmasa kəndlərdə internet tariflərini qaldırmayaq -Osman Gündüz

10-08-2024

"Onlayn Azərbaycan" layihəsinin başa çatması bir çox sahənin inkişafına ciddi təkan verəcək

10-03-2025

“Aztelekom” İstehsalat Birliyi genişzolaqlı internet xidmətlərinin tariflərini növbəti dəfə endirib

03-06-2010

Ekspert: NRYTN haqsız rəqabət aparır

00-00-0000

Regionlarda, kəndlərdə internet xidmətlərindən imtina edənlərin sayı artacaq

14-08-2024

Azərbaycanda niyə internetin sürəti zəif, qiyməti bahadır?

22-04-2020

"Aztelekom" MMC Xankəndi və Xocalıda genişzolaqlı internet şəbəkəsi qurur

02-10-2023

Ekspert: Hava limanında “Bakı Taksi Xidməti”nin hökmranlığı prosesi başa çatıb

18-09-2025

"Aztelekom-un struktur dəyişikliyi telekom bazarına təsir edəcəkmi"?

30-04-2025

“Aztelekom” onlayn platformalar üzərindən 24000 sorğu emal edib

14-05-2024

"Dövlət provayderləri internet xidmətlərini 4 dəfə baha satıb"

18-01-2024

“Aztelekom” bayrağı Heydər Əliyev zirvəsində dalğalanıb

08-05-2025

Ekspert: İşıq dirəkləri ilə ölkədə daha sürətli və keyfiyyətli internet infrastrukturu qurula bilər

10-01-2022

Aztelekom internet qiymətlərini endirdi!!!

27-12-2008

“Aztelekom” Azərbaycanın ən sürətli sabit şəbəkə internet provayderi seçilib

27-02-2025

İnzibati əmrlə internetin sürətini artırmaq absurddur - Osman Gündüz

16-07-2025

Azərbaycanın dövlət internet-provayderləri internet qiymətlərini endiriblər

02-10-2009

"Aztelekom"da kadr dəyişikliyi olub

19-03-2025

Görəsən “yüksək sürətlər və yüksək qiymətlər” prinsipi doğrumu yanaşmadır?

18-07-2024





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə