E-ticarətə başlayanda nələrə diqqət etmək lazımdır?

06-05-2016 / 17:04

2015-ci ildə illik 1 trilyon həcminə yaxınlaşmış elektron ticarət sahəsində Azərbaycanda necədir ? Bu istiqamətdə hansı ortaq səhvlər var?

Bu vaxta qədər bir çox elektron ticarət şirkətlərində söhbətlərdə oldum, öz fikirlərimi bölüşdüm. Bir çoxu nəticələr çıxartdı.  Ancaq böyük əksəriyyəti öz biliklərini dəyişmək istəmədi və nəticədə mağazaları bağlandı. Böyük məbləğdə ziyana getdilər.

Bu təcrübələrimə dayanaraq yazıda ortaq səhvləri paylaşmağa çalışacam:

Biznes növü: Müəyyən olunmamış biznes növü (B2C, B2C Bazar yeri, C2C, Elanlar və s.) bir çox e-ticarət şirkətlərinin ortaq problemidir.

Soruşanda ki, nə etmək istəyirsiniz? Bu zaman bütün növ elektron ticarətin funksiyalarını sayırlar ki, həm məhsul yükləmə olacaq, həm açıq artırma olacaq, həm elanlar olacaq, həm də  iş axtarmaq olacaq.

Qeyd etmək istəyirəm ki, belə biznes olmur. Ən sadə halından başlayıb yavaş-yavaş böyümək əvəzinə, “ hər şeydən olsun” məntiqi işlərin dolaşmasına və içindən çıxılmaz bir hala gətirib çıxaracaq.

Bunun əsas səbəbi də elektron sözünə aldanmaqdır. Əslində isə ticarət elektron platformada olsa da, elə ənənəvi ticarətdir.

Texnologiya seçimi: Bəzən e-ticarətə yeni başlayanlar investisiyanın böyük hissəsini platformanın texniki tərəfinin hazırlanmasına xərcləyir. İş üçün illik 50 min AZN-lik büdcə nəzərdə tutulur. Belə ki, 30 min AZN-i də proqramçıya verirlər ki, 0-dan elektron ticarət platforması hazırlasın.

Soruşanda ki, Opencart, Magento, Prestashop, Shopify, Eticaretqur kimi platformaları niyə seçmədin ?

Cavab: Bizə yaramadı.

Əslində ənənəvi elektron ticarət platformaların bütün ehtiyaclarını bu sistemlər qarşılayır. Hər birində minlərcə bir-birindən gözəl dizaynlar var. Müştəri üçün e-ticarət platformasının 0-dan hazırlanması və ya hazır platformadan istifadə olununmasının fərqi yoxdur. Əsas olan uyğun qiymətə, keyfiyyətli məhsulun vaxtında çatdırılmasıdır. Məhz bu səbəbdən texnologiya seçiminə az pul xərcləyib, əsas resursu marketinqə və satışa saxlamaq lazımdır.

Vergi: Ölkəmizdə elektron ticarətlərin çoxu Sədərək və Binədən uyğun qiymətli məhsulları alıb, alıcılara çatdıraraq biznes edir. Amma Sədərəkdə bir çox satıcıdan məhsul alarkən faktura almaq çətin məsələdir. Əgər siz və satıcı arasında VÖEN əsasında müqavilə bağlanmayıbsa, fakturasız məhsulların satışlarından çıxacaq cərimələr məhz e-ticarət şirkətinin üstündə qalacaq. Vergi müfəttişləri audit zamanı satılan məhsulların fakturasız olduğunu aşkarlasa , böyük cərimələr sizi gözləyir. Hazır olun. Hətta həbs-qətimkan tədbiri də seçilə bilər. Məhsulun əsas sahibini bəhanə edərək də vəziyyətdən çıxa bilməyəcəksiniz. Çünki məhsulu alıcıya siz satırsınız.

Konsultasiya: Elektron Ticarət mağazası açmamışdan qabaq mütləq bu sahənin peşəkarları ilə məsləhətləşib, konsultasiya xidməti almaq vacibdir. Əsla Webmaster-lərdən bu məsləhətləri sizə verəcəyini gözləməyin. Webmaster-in işi ödəməni alıb texniki tərəfini sizə təhvil verməkdən ibarətdir. Ağlınızda olan elektron ticarət məntiqini büdcə planlamasını, texnologiya seçimini, marketinq strategiyasını, biznes növü, işçilərin təlimi kimi bir çox başlıqlarda dəyərləndirmək lazımdır. Konsultant sizlərə bu mövzularda kömək edəcək.

Biznesin inkişafı üzrə mütəxəssis

Nicat Manafov


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə