Previous Next
Bağla

E- ticarətin vergiyə cəlb olunmasının səmərəli mexanizmi yaradılır

02-09-2016 12:00
E- ticarətin vergiyə cəlb olunmasının səmərəli mexanizmi yaradılır

Vergilər Nazirliyi elektron ticarətin vergiyə cəlb olunmasının daha səmərəli mexanizminin yaradılması üçün qanunvericiliyin və informasiya texnologiyalarının təkmilləşdirilməsi sahəsində ciddi işlər görür.

Nazirlikdən Xeberler.az-a  verilən məlumata görə, elektron ticarət üzrə vergi nəzarətinin təşkil edilməsi məqsədi ilə, ilk növbədə, ölkədə kommersiya məqsədləri ilə yaradılan bütün internet resursları vergi uçotuna alınmalı və onların gəlirlərinin vergi qanunvericiliyinə uyğun bəyan edilməsi təmin olunmalıdır. Eyni zamanda, bu növ fəaliyyəti həyata keçirən şəxslərin istifadə etdiyi veb səhifələrin müəyyən edilməsi ilə vergi orqanında uçotunun yoxlanılması həyata keçiriləcək.

 Nazirlikdən bildirilib ki, Azərbaycan prezidentinin “2016-cı ildə vergi sahəsində aparılacaq islahatların istiqamətləri”nin təsdiqi və vergi inzibatçılığının təkmilləşdirilməsi haqqında” 4 avqust 2016-cı il tarixli Sərəncamı bu il vergi sahəsində əsaslı islahatlara yol açıb. Həyata keçirilməsi nəzərdə tutulan tədbirlər sırasında rəqəmsal iqtisadiyyatın vergiyə cəlb edilməsi xüsusi əhəmiyyət kəsb edir: “Elektron ticarət - texnologiyalardan istifadə ilə malların alqı-satqısı, xidmətlərin görülməsi üzrə həyata keçirilən fəaliyyət növüdür. Ölkəmizdə “Elektron ticarət haqqında” qanun 2005-ci ildə qəbul edilib. 2008-ci il dekabrın 2-də "SilverKey Azərbaycan" şirkəti ilk dəfə olaraq VISA və "MasterCard" vasitəsilə xüsusi lisenziya alıb və bundan sonra Azərbaycanda e-ticarət formalaşmağa başlayıb. Ölkəmizdə biznesin elektron qaydada aparılması zamanı meydana çıxan hüquqi və iqtisadi münasibətləri tənzimləyən bir sıra qanunvericilik aktları  mövcuddur. Bunlara “Elektron sənəd, elektron imza haqqında”, “Elektron ticarət haqqında” qanunlar, Mülki Məcəlləyə və İnzibati Xətalar Məcəlləsinə elektron ticarətlə bağlı müddəaların daxil edilməsini göstərmək olar. Hazırda elektron ticarətə vergi nəzarəti Vergi Məcəlləsi ilə müəyyən olunmuş ümumi qaydada aparılır. Qeyd edək ki, elektron ticarətdə "elektron pulların" tətbiqi bu sahəyə vergi nəzarətinin həyata keçirilməsini çətinləşdirir. Bundan başqa, belə əməliyyatların transmilli olması vergi nəzarəti üçün əlavə problemlər yaradır. Təcrübə göstərir ki, bir çox hallarda e-ticarət əməliyyatları həyata keçirən şəxsin, yəni satıcının bir dövlətin, alıcının isə digər dövlətin rezidenti olması, serverin isə tamamilə başqa dövlətdə yerləşməsi vergi orqanlarının üzləşdiyi əsas problemlərdəndir”.

Nazirlikdən əlavə ediblər ki, Azərbaycanda internet istifadəçilərinin sayının artması, nağdsız hesablaşmaların stimullaşdırılması ilə bağlı nəzərdə tutulan tədbirlər, internet vasitəsilə  alış-veriş edən əhalinin sayının gündən-günə çoxalması ölkəmizdə elektron ticarətin vergiyə cəlb olunması üçün böyük potensial olduğunu göstərir: “Son illər ölkə daxilində internet saytlarında və ya sosial şəbəkələrdə reklam yerləşdirməklə, habelə internet üzərindən elektron ticarət həyata keçirməklə bağlı iqtisadi fəaliyyətin miqyasının artması müşahidə edilir. Məlum olduğu kimi, xərclər aşağı olduğundan elektron ticarət məhsulların daha ucuz qiymətə təklif olunması ilə səciyyələnir”, - deyə məlumatda vurğulanıb.

Nazirlikdə hesab edirlər ki, elektron ticarət fəaliyyəti ilə məşğul olan vergi ödəyicilərinin uçotu istehlakçıların hüquqlarının qorunmasına da müsbət təsirini göstərəcək: “Bəzi hallarda istehlakçıların elektron ticarət şəbəkələrindən mal alarkən hüquqları pozulur. Bu vergi ödəyicilərinin uçota alınması elektron ticarət sahəsində satıcı və alıcı arasındakı münasibətlərin tənzimlənməsinə şərait yaradacaq”.

 

Məltəm Talıbzadə

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Elektron ticarətdən vergi tutulacaq

10-08-2016

Elektron ticarət vergiyə cəlb edilir

14-12-2016

Vergi sahəsində aparılan islahatlarla bağlı görüş keçirilib

05-09-2016

Azərbaycanda elektron vergi hesab-fakturalarının tətbiqinə başlanılacaq

03-09-2009

Azərbaycanda e- ticarətlə məşğul olan 186 portal qeydə alınıb

05-10-2016

Elektron ticarəti həyata keçirən qeyri-rezidentlərin uçota alınması

02-07-2024

Elektron ticarət qaydasında alınan mallara görə vergi tutulurmu?

21-06-2022

ADB ilə elektron ticarətin vergiyə cəlb edilməsi müzakirə edilib

18-02-2026

Blokçeyn texnologiyalarının rəqəmsal iqtisadiyyatda rolu artır

11-12-2018

İnternet ticarətdə vergi nəzarətini gücləndirir

29-12-2010

Böyük Britaniya şirkəti elektron qaydada vergi uçotuna alınıb

22-04-2025

Bəzi vergi ödəyiciləri elektron kabinetə kod-parolla daxil ola biləcək

16-12-2024

Dövlət Vergi Xidməti kod-paroldan istifadəni məhdudlaşdıracaq

29-03-2023

Vergi inzibatçılığında tətbiq edilən ən son yeniliklər

16-06-2017

Nazirliyin daha bir xidməti elektronlaşdırıldı

07-09-2015

Xarici saytlardan mal alanlar vergi ödəyəcək

13-09-2018

“Kontragentləri araşdır” elektron xidməti istifadəyə verilib

06-05-2025

Bəzi vergi ödəyiciləri elektron kabinetə kod-parolla daxil ola biləcək

27-12-2024

Mühasibat uçotunu məcburi qaydada elektron formada aparacaq subyektlərin dairəsi müəyyənləşir

17-10-2023

Vergi inzibatçılığı təkmilləşdirilir-Sərəncam

05-08-2016

E-ticarət üzrə qeyri-rezidentlərin vergi uçotu yeni qaydada tənzimlənəcək

23-02-2026

Dövlət Vergi Xidməti sahibkarlara xəbərdarlıq edib

28-10-2024

Nazirlikdən elektron qaimə-faktura ilə bağlı xəbərdarlıq

11-12-2017

"Mobil tətbiqlər üzərindən göstərilən verg xidmətlərinin sayı artırılacaq"

19-02-2025





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə