Previous Next
Bağla

Telefon idxalı ilə bağlı qadağa nəyi dəyişəcək?

04-08-2016 14:33
Telefon idxalı ilə bağlı qadağa nəyi dəyişəcək?

Təklif qəbul edilsə, hər bir Azərbaycan vətəndaşı şəxsi istifadə üçün 2 ildə cəmi bir telefon ölkəyə gətirə biləcək.

Bu o deməkdir ki, artıq internetdən uyğun qiymətə telefon almaq çətinləşəcək. Bildiyiniz kimi son 2 ildir ölkəyə xaricdən gətirilən telefonlara məcburi IMEI qeydiyyatı istənilirdi. 30 gün içində IMEI qeydiyyatdan keçməyən telefonlar bağlanılırdı. Yeni qadağaya əsasən hər bir vətəndaş ancaq 2 ildə 1 dəfə IMEI qeydiyyatdan keçirə biləcək. Gömrükdən də həmçinin 2 ildə bir dəfə öz adına telefon gətirə biləcək.

Bəs qadağanın səbəbi nədir?

Araşdırmalar göstərir ki, daxili bazarda aktiv satılan telefonların 80%-i xarici elektron ticarət mağazalarından çatdırılma yolu ilə gətirilib. Alıcılarının xarici elektron ticarət mağazalarına üz tutmasının səbəbi yerli bazar qiymətlərindən ən az 30-40% faiz ucuz olmasıdır. Dubay kimi vergi cənnəti ölkələrdə yerləşən elektron ticarət mağazaları Azərbaycanlı alıcılara məhsul satdığında ƏDV, İdxalat vergisi kimi xərclərlə üzləşmədiyi üçün məhsullarını daha ucuz alıcılara çatdıra bilirlər. Bu məsələdən aydın olur ki, qadağanın əsas səbəbi daxili bazarı qorumaq və büdcə gəlirlərini artırmaqdır. Əgər belə davam etsə idi rəsmi distributorlar çox qısa vaxt ərzində ağ bayraq qaldıracaqdı.

Qadağa kimlərə faydalı kimlərə zərər verəcək ?

Fikrimcə bu qadağanın daxili bazara ciddi təsiri olmayacaq. Alıcılar 2 ildə 1-dən çox telefon ölkəyə gətiribsə bu telefonlarını yaxın qohumlarının adına qeydiyyatdan keçirəcək və ya yaxın qohumlarının adına gətirəcək. Alternativ yol kimi köhnə telefonların IMEI-lərini yeni telefonlara “klonlayacaqlar”.

Problem və çıxış yolu nədir ?

Alıcılar tərəfindən rəsmi qarantiya və sığorta məsələlərinə qarşı mənfi rəylər var. Qarantiyaya inam çox azdır. Bir çox alıcı qarantiyada olan telefonu servisə aparsa da onlardan pul istənilir. Məlum məsələdir ki, rəsmi servisin xidmət qiymətləri daxili bazardakı digər rəsmi olmayan servislərdən dəfələrlə yüksək olur. Müştəri təmir üçün rəsmi olmayan servisə telefonu aparacaqsa rəsmi distributorlardan telefon almaq öz mənasını itirir. Xüsusən satış sonrası xidmətə (After Sales) diqqət yetirmək, alıcıların diqqətini bu mövzulara yönəltmək rəsmi distributorların çıxış yolu ola bilər. Alternativ kimi faydalı olacaq əlavə dəyərli servislər (VAS) yaradılmalıdır. Mobil Operatorla daha intensiv əməkdaşlıq edib, telefon alan hər alıcıya hissə-hissə ödəmə yolu və bonus dəqiqələr, internet, endirim kartları kimi imkanlar yaradılmalıdır. Elektron Ticarət-in “dəqiq müştəri hədəfləmə” imkanlarından daha ciddi istifadə olunmalıdır. Gömrükdə qadağalar yaratmaqla bu məsələ həll olunmayacaq.

Qısaca rəsmi distributorlar marketinqin və elektron ticarətin imkanlarından maksimum faydalanmalıdır.

 

 Biznesin İnkişafı üzrə mütəxəssis Nicat Manafov

 

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Azərbaycana mobil telefon idxalı məhdudlaşdırılır

03-08-2016

Azərbaycanda telefon qaçaqmalçılığına qarşı önəmli addım

13-05-2009

Mobil telefonların Azərbaycana qeyri-leqal idxalı artıb

07-08-2009

Mobil telefonlar bahalaşa bilər

20-06-2018

Saxta telefonu necə müəyyən etməli ?

26-03-2012

Ekspert : DGK Azərpoçtu günahlandırmışdı, problem özlərindəymiş

08-01-2019

Xaricdən onlayn alınan məhsullara vergi necə tətbiq ediləcək?

19-12-2016

Xaricdən telefon sifariş etməyə ehtiyac qalmadı

02-10-2018

Şəbəkəyə qoşulan 12,5 mindən çox IMEI koda “klon” statusu verilərək blok edilib

19-09-2023

Mobil telefon gətirənlərə qarşı müharibə

23-01-2019

Mobil telefonların idxalına dair yeni tənzimləmə mexanizmi hazırlanır

19-02-2020

11 mindən çox IMEI ilə 600 mindən çox şəbəkəyə qoşulma cəhdi olub

03-08-2023

iPhone alarkən nələrə diqqət etməli?

08-11-2017

Azərbaycanda IMEI ilə yarım milyondan çox şəbəkəyə qoşulma cəhdi olub

11-07-2023

Ölkəmizdə iPhone-ların rəsmi satışı başladı

21-08-2015

İrşad Electronics sahibinin müəmmalı ölümü yenidən gündəmdə

29-09-2018

2100-dən çox IMEI koda “klon” statusu verilib

29-03-2023

330 IMEI koduna “klon” statusu verilib

27-10-2022

Telefonların qeydiyyat rüsumu ilə bağlı dəyişikliyin icrasına başlanıb

04-12-2023

E-ticarətə başlayanda nələrə diqqət etmək lazımdır?

06-05-2016

Azərbaycana gətirilən telefonların rəsmiləşdirilməsi ilə bağlı qoyulan tələb nələri dəyişəcək?

06-02-2023

Gömrük Komitəsi iPhone gətirənlərdən nə istəyir ?

07-10-2015

Mobil telefonların qeydiyyat müddəti azaldıldı

28-07-2015

Bu günədək şəbəkəyə qoşulan 8574 IMEI koda “klon” statusu verilib

25-05-2023





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə