Previous Next
Bağla

Dünya elektron ticarət dönəmi: Biz bu prosesə niyə gecikirik?

13-02-2019 10:15
Dünya elektron ticarət dönəmi: Biz bu prosesə niyə gecikirik?

Bu gün rəqəmsallaşan  dünyanın gündəmində olan əsas məsələlərdən biri də nağdsız hesablaşmalar və elektron  ticarətdir. İnkişaf etmiş ölkələrdə nağdsız hesablaşmalar ümumi ticarət dövriyyəsində böyük yer tutur. Azərbaycanda isə əhalinin əksəriyyəti maaş və pensiyaları plastik kartlarla alsalar da, nağd şəkildə xərcləmək vərdişindən imtina etmək istəmirlər. Bu səbəbdən ölkəmizdə elektron ticarətin inkişafı da gecikir.

Bəs əhalinin elektron ticarətə, nağdsız ödənişlərə cəlb edilməsi üçün nə etmək lazımdır?

Xeberler.az  məlumat verir ki, mövzu ilə bağlı Yeni Müsavat-a danışan danışan iqtisadçı-ekspert Vüsalə Əhmədovanın sözlərinə görə, dünyada elektron ticarətin həcmi böyük sürətlə artmaqdadır: 

“Elektron ticarət internet vasitəsilə onlayn və ya offlayn icra edilən əməliyyatlar sayılır. Termin məhz keçən əsrin sonlarında İBM şirkəti tərəfindən yaradılmış, 1980-ci ildən etibarən ”Ford”, “Peugeot”, “General Motors” və “Nissan” kimi iri miqyaslı avtomobil istehsalçıları internet-mağazalardan istifadə etməyə başlayınca geniş vüsət almışdı. 2000-ci ildən başlayaraq isə əsasən Amerika və Avropa şirkətləri öz məhsul və xidmətlərini internet vasitəsilə təqdim etməyə başladılar. 2012-ci ildə qlobal miqyasda 25 faiz olan e-ticarət, son üç ildə 60 faizə yüksəlib. E-ticarət həcminə görə ilk beşlikdəki ölkələr ABŞ, Çin, İngiltərə, Yaponiya və Almaniyadır. Onlayn  ticarət dövriyyəsi 2016-cı ildə 2 trilyon dollar olduğu halda, 2018-ci ildə qlobal e-ticarət həcmi 2,5 trilyon dollar səviyyəsinə çatıb, 2020-ci ildə isə bu rəqəmin 4 trilyon dollar olacağı gözlənilir”.

Ölkəmizdə e-ticarət dövriyyəsinin  pərakəndə ticarət dövriyyəsindən dəfələrlə aşağı olduğunu deyən ekspert bu sahədə qonşu Türkiyədən geridə olduğumuzu vurğuladı: “Ölkəmizdə hazırda istifadədə olan cəmi bank kartlarının sayı 5 milyon 558 min ədəd təşkil edir ki, onların da 2 milyon 545 min ədədi sosial, 1 milyon 702 min ədədi əmək haqqı, 745 min ədədi isə digər kartlardır. İnsanlarımızın böyük əksəriyyəti əmək haqqı və təqaüd kartlarından yalnız nağd pulun çıxarılması üçün istifadə edirlər. Müqayisə üçün bildirmək istərdim ki, Türkiyədə istifadədə olan bank kartlarının sayı 131 milyon 600 min ədəddən çoxdur. Burada hər 5 kredit kartından 2-si internet alış-verişində istifadə olunur. Rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadənin sözlərinə görə, Azərbaycanda elektron kommersiya dövriyyəsi 2017-ci ildə 46 milyon 227 min manata yüksəlib. Göründüyü kimi, hər nə qədər yüksəlmə qeydə alınsa da, ölkəmizdə e-ticarət dövriyyəsi pərakəndə ticarət dövriyyəsindən dəfələrlə aşağıdır. Bundan əlavə, hazırda BMT-nin Ticarət və İnkişaf Konfransının (UNCTAD) B2C elektron kommersiya indeksində Azərbaycan 144 ölkə arasında 68-ci yerdədir”.

V.Əhmədova hesab edir ki, ölkəmizdə elektron ticarətin genişlənməsi üçün hökumət müəyyən güzəştlər təklif etməlidir: 

“Xatırladım ki, 2016-cı ildə hökumətimiz internet saytlarından ediləcək onlayn alış-verişlər üçün 18 faizlik ƏDV tətbiq etdi. Bildiyiniz kimi, Azərbaycanda ”Elektron ticarət haqqında” Qanun qəbul edilib. Qanun elektron ticarət qaydalarından tutmuş, işlərin və xidmətlərin təqdim edilməsi, elektron ticarətin iştirakçısı olan satıcı və alıcıya dair tələbləri müəyyən edən normalaradək özündə ehtiva edir. Vergi Məcəlləsinə də rəqəmsal iqtisadiyyat çərçivəsində aparılan əməliyyatların vergiyə cəlb edilməsinin işlək mexanizmini müəyyən edən müddəalar əlavə edilib. Qeyri-rezidentlər tərəfindən Azərbaycan rezidentlərinə elektron ticarət qaydasında göstərilən xidmətlərdən, ödəməni həyata keçirən bank tərəfindən ƏDV hesablanır və alıcının vəsaiti hesabına tutulmaqla dövlət büdcəsinə ödənilir. İnternet şəbəkəsi vasitəsilə elektron kitabların, audio-vizual materialların, qrafik təsvirlərin, virtual oyunların, proqram təminatlarının yüklənməsi də qeyri-rezidentin göstərdiyi iş və xidmət hesab edilməklə ƏDV-yə cəlb edilir. Hazırda demək olar ki, elektron ticarət xüsusən sahibkarlar üçün sərfəlidir. Elektron ticarətin ölkəmizdə geniş vüsət alması üçün müəyyən vergi güzəştlərinin tətbiq edilməsi vacibdir. E-ticarəti ƏDV-dən azad etməklə istehlakçılar üçün daha sərfəli hala gətirmək olar. Bundan əlavə, ölkəmizdə bir çox onlayn market saytları özlərinin fiziki ünvanlarını göstərmirlər, bu isə alıcıların internet mağazalara inamını azaldır. Digər bir səbəb kimi, e-ticarət saytlarında və hətta böyük şirkətlərin saytlarında belə axtarış motoru optimallaşdırması aşağı səviyyədədir, onlayn marketlərin bloqunun mövcud olmadığını da qeyd etmək istərdim. Amazon, E-bay, Aliexpress kimi dünyanın nəhəng elektron ticarət platformalarının Azərbaycana çatdırılma xidməti yoxdur. Ümumiyyətlə, vətəndaşların plastik kartla ödəniş etməkdə maraqlı olmaları üçün il ərzində həyata keçirdikləri ödənişlərin 5-7 faizinin bonus şəklində vətəndaşın hesabına yüklənməsini tövsiyə edərdim. Nağdsız ödənişlərin payının artırılması bizə “kölgə iqtisadiyyatından” müəyyən qədər qurtulmağa imkan verə bilər. Kağız pulların az istifadəsi ölkədə cinayətkarlığın sayının azalmasında da mühüm rol oynayır”.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Elektron ticarət vergiyə cəlb edilir

14-12-2016

Elektron ticarət qaydasında alınan mallara görə vergi tutulurmu?

21-06-2022

Elektron pərakəndə ticarət dövriyyəsinin həcmi 6,4 milyon manat olub

15-01-2015

Azərbaycanda ölkədaxili elektron ticarətin həcmi 80 faiz artıb

24-11-2025

Türkiyədə elektron ticarət necə inkişaf edir? –Hesabat

26-04-2017

Xarici saytlardan mal alanlar vergi ödəyəcək

13-09-2018

Elektron ticarətin həcmi artıb

15-10-2015

Elektron ticarət qaydasında xaricə ödənilən məbləğlərə ƏDV-nin tətbiqi barədə

16-04-2021

Ölkə əhalisi elektron qaydada daha çox qeyri-ərzaq məhsulları satın alır

13-01-2016

E- ticarətin vergiyə cəlb olunmasının səmərəli mexanizmi yaradılır

02-09-2016

Azərbaycanda elektron ticarətin həcmi 2 dəfə artıb

16-12-2015

Azərbaycanda elektron ticarətin həcmi 1,7 dəfə artıb

14-04-2015

Azərbaycanda Visa Cashless Forum-u keçirilib

12-02-2020

Elektron ticarətə “ƏDV yükü” – yeni qanun niyə gecikir?

19-03-2021

Son 5 ildə elektron ticarətin dövriyyəsi 20 dəfə artıb

01-03-2024

İyunda elektron ticarət üzrə 2 min 867 milyon manat nağdsız ödəniş edilib

27-07-2023

Böhran şəraitində elektron ticarətin taleyi necə olacaq?- Şərh

23-12-2015

Elektron ticarətin zəif inkişafının səbəbi nədir?

07-03-2013

Ölkədə e-ticarət dövriyyəsinin həcmi artıb

16-09-2015

Onlayn ticarətin həcmi 1 trilyon dollara çatdı

17-02-2015

Bakıda Beynəlxalq Elektron Ticarət Forumu keçiriləcək

06-09-2018

Azərbaycanda elektron ticarətin həcmi artıb

19-04-2017

Azərbaycanda e-ticarətin inkişafında əsas maneələr nədir?

16-12-2022

Azərbaycanda dövriyyədə olan bankomat və POS-terminalların sayı açıqlanıb

10-03-2025





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə