Previous Next
Bağla

Azərbaycanda e- ticarətlə məşğul olan 186 portal qeydə alınıb

05-10-2016 13:15
Azərbaycanda e- ticarətlə məşğul olan 186 portal qeydə alınıb

 Vergilər Nazirliyi elektron ticarətin vergiyə cəlb edilməsi ilə bağlı Qərbi Avropanın bir neçə ölkəsinin, o cümlədən İspaniyanın qabaqcıl təcrübəsini araşdırır və həmin təcrübələrin tətbiqi mexanizmi üzərində müvafiq işlər aparır.

Xeberler.az məlumat verir ki, bu barədə Vergilər Nazirliyi Vergi risklərinin təhlili və nəzarəti Baş İdarəsinin rəisi Əflatun Məmmədov deyib.

Ə.Məmmədovun sözlərinə görə, təkcə İspaniyada il ərzində idman-mərc oyunlarından orta hesabla 533 mln. avro gəlir qeydə alınıb:

“İspaniyada xarici internet portalları vasitəsilə mərc oyunlarına görə ölkə rezidentləri tərəfindən həmin portallara ödənilən və geri alınan məbləğlərin fərqindən yaranan xalis gəlirdən 30% vergi ödənilir. Bu mexanizm İspaniya ilə internet portalı arasında bağlanılmış qarşılıqlı müqavilə ilə tənzimlənir”.

Nazirlik əməkdaşı deyib ki, hazırda Azərbaycanda 186 internet portalı elektron ticarətlə məşğuldur: 

“Vergilər Nazirliyi tərəfindən elektron ticarətin vergiyə cəlb olunması haqqında qanun layihəsi hazırlanır və hazırda aidiyyəti qurumlarla müzakirə olunur. Bununla yanaşı, Baş İdarə tərəfindən qabaqlayıcı tədbirlər görülərək araşdırmalar aparılıb, internet portallarının yaradılmasına nəzarət edən müvafiq qurumla birgə virtual məkanda e-ticarətlə məşğul olan hüquqi və fiziki şəxslərin müəyyənləşdirilməsi və bu sahədə ümumi vergi nəzarətinin qurulması istiqamətində işlərə başlanılıb. Ümumi nəzarətin qurulmasının mərhələlərlə həyata keçiriləcəyi nəzərə alınaraq, ilk mərhələdə Baş İdarə tərəfindən cari ilin I rübündə 186 internet portalı və ya sosial şəbəkələr vasitəsilə elektron mal alğı-satqısı həyata keçirən istifadəçilər müəyyən edilib. Onlardan 54-nün vergi orqanında qeydiyyatda olmadığı, 47-sinin isə qeydiyyatda olduğu halda dövriyyəsinin olmadığı və ya məhsulların satış qiymətləri ilə müqayisədə minimum olduğu müəyyənləşdirilib. Bununla bağlı vergi orqanında qeydiyyatı olmayan şəxslərin uçota alınması barədə müvafiq bildirişlər göndərilib, qeydiyyatı olan, lakin dövriyyəsi olmayan şəxslərin bank hesablarına müvafiq sorğular verilib və yaranmış kənarlaşmalar barədə vergi ödəyicilərinə məktub ünvanlanıb". 

"Bu istiqamətdə görülmüş tədbirlər nəticəsində 2016-cı ilin I rübü ilə müqayisədə II rübdə elektron ticarət fəaliyyəti göstərən vergi ödəyicilərinin dövriyyəsində 54,1%, hesablamalarda 53,8%, daxilolmada isə 69,1% artım müşahidə olunub. Hazırda elektron ticarətlə məşğul olan internet portallarının birbaşa hansı vergi ödəyicisinə aid olduğunun dəqiqləşdirilməsi, vergi qeydiyyatı olmayanların uçota alınması, nağd və ya nağdsız ödəniş qaydasında fəaliyyət göstərilməsinin, bank hesablarının, portallarda yerləşdirilən reklam və ya elanların, onların sifarişçisinin və ya tərtibatçısının müəyyən edilməsi, nağd və bank hesabları üzrə əməliyyatların əldə olunması və ümumilikdə bütün gəlirləri ilə bəyannamə göstəricilərinin müqayisəli araşdırılması istiqamətində işlər aparılır”.

 

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR
“Elektron ticarətin dövlət uçotu təşkil olunmaldır”- Müsahibə

“Elektron ticarətin dövlət uçotu təşkil olunmaldır”- Müsahibə

05-10-2016
E- ticarətin vergiyə cəlb olunmasının səmərəli mexanizmi yaradılır

E- ticarətin vergiyə cəlb olunmasının səmərəli mexanizmi yaradılır

02-09-2016
Azərbaycanda vergi ödəyiciləri fəaliyyətini İnternetlə dayandıracaqlar

Azərbaycanda vergi ödəyiciləri fəaliyyətini İnternetlə dayandıracaqlar

07-01-2011
İnternet ticarətdə vergi nəzarətini gücləndirir

İnternet ticarətdə vergi nəzarətini gücləndirir

29-12-2010
Nazirliyə elektron müraciətlərin sayı artıb

Nazirliyə elektron müraciətlərin sayı artıb

07-02-2015
Elektron ticarətdən vergi tutulacaq

Elektron ticarətdən vergi tutulacaq

10-08-2016
Azərbaycanda elektron vergi hesab-fakturalarının tətbiqinə başlanılacaq

Azərbaycanda elektron vergi hesab-fakturalarının tətbiqinə başlanılacaq

03-09-2009
Elektron ticarət vergiyə cəlb edilir

Elektron ticarət vergiyə cəlb edilir

14-12-2016
Elektron ticarəti həyata keçirən qeyri-rezidentlərin uçota alınması

Elektron ticarəti həyata keçirən qeyri-rezidentlərin uçota alınması

02-07-2024
Vergi ödəyicilərinə 270 mindən çox ASAN imza verilib

Vergi ödəyicilərinə 270 mindən çox ASAN imza verilib

26-04-2017
Vergilər Nazirliyində struktur dəyişiklikləri aparılıb

Vergilər Nazirliyində struktur dəyişiklikləri aparılıb

21-12-2016
Vergi sahəsində aparılan islahatlarla bağlı görüş keçirilib

Vergi sahəsində aparılan islahatlarla bağlı görüş keçirilib

05-09-2016
Nazirlik vergi ödəyicilərinə 188 min 256 SMS göndərib

Nazirlik vergi ödəyicilərinə 188 min 256 SMS göndərib

21-12-2016
ADB ilə elektron ticarətin vergiyə cəlb edilməsi müzakirə edilib

ADB ilə elektron ticarətin vergiyə cəlb edilməsi müzakirə edilib

18-02-2026
Blokçeyn texnologiyalarının rəqəmsal iqtisadiyyatda rolu artır

Blokçeyn texnologiyalarının rəqəmsal iqtisadiyyatda rolu artır

11-12-2018
İşğaldan azad edilmiş ərazinin rezidentləri hansı vergilərdən azaddır?

İşğaldan azad edilmiş ərazinin rezidentləri hansı vergilərdən azaddır?

01-05-2023
Nazirliyin rəsmi internet səhifələrinə daxil olanların sayı artıb

Nazirliyin rəsmi internet səhifələrinə daxil olanların sayı artıb

21-10-2015
Vergilər Nazirliyi: Fiziki şəxslərin elektron qeydiyyatına başlanılacaq

Vergilər Nazirliyi: Fiziki şəxslərin elektron qeydiyyatına başlanılacaq

29-03-2019
Kriptovalyutadan gəlir əldə edənlər vergi ödəməli olacaq

Kriptovalyutadan gəlir əldə edənlər vergi ödəməli olacaq

19-08-2025
Böyük Britaniya şirkəti elektron qaydada vergi uçotuna alınıb

Böyük Britaniya şirkəti elektron qaydada vergi uçotuna alınıb

22-04-2025
Artıq ödənilmiş vergilərin qaytarılması üzrə müraciətlər elektronlaşdırılıb

Artıq ödənilmiş vergilərin qaytarılması üzrə müraciətlər elektronlaşdırılıb

11-01-2019
Çağrı Mərkəzindən 17 mindən çox müraciət cavablandırılıb

Çağrı Mərkəzindən 17 mindən çox müraciət cavablandırılıb

11-03-2015
Əlilliyi olan şəxslər üçün xüsusi elektron portal yaradılacaq

Əlilliyi olan şəxslər üçün xüsusi elektron portal yaradılacaq

21-01-2025
Vergi inzibatçılığı təkmilləşdirilir-Sərəncam

Vergi inzibatçılığı təkmilləşdirilir-Sərəncam

05-08-2016





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə