Ekologiya və Təbii Sərvətlər Nazirliyində “Ecotracker” mobil tətbiqinin rəsmi təqdimat mərasimi baş tutub.
Xeberler.az məlumat verir ki, layihə “EkoSfera” Ekoloji-Sosial Mərkəzi İctimai Birliyinin təşəbbüsü və təşkilatçılığı ilə, Ekologiya və Təbii Sərvətlər Nazirliyi və Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin dəstəyi ilə COP29 çərçivəsində QHT-lər üçün elan edilən qrant müsabiqəsinin nəticəsində hazırlanıb.
Təqdimat mərasimində bildirilib ki, “Ecotracker”- “Zero Waste” (Sıfır Tullantı) konsepsiyası ilə yanaşı dayanıqlı həyat tərzini təşviq edən Azərbaycanda ilk milli mobil tətbiqdir.
Tətbiq geniş ictimaiyyət, xüsusilə də gənclər arasında ekoloji savadlılığın artırılması, davamlı davranış vərdişlərinin formalaşdırılması və fərdi ekoloji məsuliyyətin təşviqi məqsədi daşıyır.
Layihə rəhbəri “EkoSfera” Ekoloji-Sosial Mərkəzinin rəhbəri Firuzə Sultan-zadə bildirib ki, tətbiq vasitəsilə istifadəçilər gündəlik qida seçimlərini məhsulların ekoloji dəyəri və karbon izi əsasında qiymətləndirə, nəqliyyat vasitələrinin ekoloji təsirinə uyğun alternativlər seçə, çeşidlənmiş tullantıların təhvilini qeyd edə bilərlər:
“Bu funksiyalar sayəsində istifadəçilər özlərinin iqlimə təsirini və yaratdıqları karbon izini real rəqəmlərlə müşahidə edə bilirlər. Eyni zamanda tətbiq ekoloji maarifləndirməni yalnız məktəblərlə məhdudlaşdırmır, həm də ailələr və cəmiyyətin bütün təbəqələri arasında praktik və ölçülə bilən bir davranış dəyişikliyi yaratmağı hədəfləyir”.
Təqdimat zamanı tətbiqin canlı nümayişi keçirilib, funksiyaları və istifadəsi izah olunub, gələcək inkişaf istiqamətləri və təhsil sisteminə inteqrasiya imkanları müzakirə edilib.
Qeyd edək ki, tətbiq may ayından istifadəyə veriləcək.
Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Satışa çıxarılmış Azərbaycan adları