Efiopiya Federativ Demokratik Respublikasının Baş naziri ofisinin dövlət naziri Aklilu Tadesenin rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycanda səfərdə olub. Əsas məqsəd Azərbaycanın “ASAN xidmət” modelinin Efiopiyada tətbiqi ilə bağlı layihələrlə yaxından tanış olmaqdır.
Xeberler.az məlumat verir ki, proqram çərçivəsində nümayəndə heyəti ilə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev arasında görüş keçirilib. Görüş zamanı qonaqlara “ASAN xidmət”, o cümlədən Dövlət Agentliyinin digər fəaliyyət istiqamətləri barədə ətraflı məlumat verilib. Diqqətə çatdırılıb ki, Prezident İlham Əliyevin şəxsi təşəbbüsü ilə yaradılan “ASAN xidmət” əhalinin dövlət xidmətlərinə əlçatanlığının təmin edilməsində mühüm rol oynayıb. Hazırda “ASAN xidmət” təcrübəsinin paylaşılması istiqamətində 20-dən çox ölkə və beynəlxalq təşkilatla əməkdaşlıq edildiyi də vurğulanıb.
Dövlət Agentliyinin sədri “ASAN xidmət” konsepsiyasının Efiopiyada tətbiqi istiqamətində hazırda işlərin davam etdiyini və bu istiqamətdə mütəxəssislərin qarşılıqlı səfərlərinin həyata keçirildiyini vurğulayıb.
Dövlət naziri bu il mayın 14-də Dövlət Agentliyi ilə Efiopiya Federativ Demokratik Respublikasının Dövlət Xidməti Komissiyası arasında imzalanmış Anlaşma Memorandumunun əhəmiyyətinə toxunub. O, “ASAN xidmət” təcrübəsinin Efiopiyada tətbiqi çərçivəsində Dövlət Agentliyi tərəfindən göstərilən dəstəyə görə Azərbaycan tərəfinə minnətdarlığını ifadə edib.
Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Azərbaycanda e-hökumətin inkişafinda yeni sosial tələbləri nəzərə alan xidmətlərin genişləndirilməsi perspektivləri