Previous Next
Bağla

EHİM-in layihələri 40 milyon AZN-dən çox dövlət vəsaitinə qənaət edib

11-01-2022 21:46
EHİM-in layihələri 40 milyon AZN-dən çox dövlət vəsaitinə qənaət edib

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin Elektron Hökumətin İnkişafı Mərkəzi (EHİM) Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin “Elektron hökumətin inkişafı və rəqəmsal hökumətə keçid ilə bağlı tədbirlər haqqında” Fərmanına əsasən 2018-ci il 14 mart tarixində yaradılıb. Fəaliyyət göstərdiyi dövr ərzində EHİM strateji əhəmiyyət kəsb edən bir çox rəqəmsal hökumət həllərinin ərsəyə gətirilməsini təmin edib. “ASAN Login” Vahid Giriş Sistemi, “myGov” şəxsi kabinet əsaslı elektron hökumət portalı, “ASAN Bridge” Milli Məlumat Mübadiləsi Sistemi, COVID-19 pasportunun operativ yoxlanılmasını təmin edən “CheckApp” mobil tətbiqi, “Rəqəmsal icra hakimiyyəti” portalı, “ASAN Viza”, “ASAN ödəniş”, “ASAN Finans”, “İcazələrin alınması və monitorinqi sistemi” və digər layihələr EHİM tərəfindən yaradılıb və hazırda uğurla idarə olunur.

Xeberler.az bildirir ki, EHİM öz fəaliyyəti haqqında ictimaiyyətə mütəmadi olaraq hesabatlar, o cümlədən maliyyə hesabatları təqdim edir. Mühasibat uçotu haqqında Azərbaycan Respublikasının qanununa əsasən (Maddə12-1.1) publik hüquqi şəxs olaraq EHİM-in maliyyə hesabatları Maliyyə Hesabatlarının Beynəlxalq Standartlarına (IFRS) uyğun şəkildə tərtib edilir və mühasibat uçotu müvafiq icra hakimiyyəti orqanının təsdiq etdiyi uçot qaydalarına uyğun aparılır. Eyni zamanda illik maliyyə hesabatları auditor rəyi ilə birlikdə rəsmi internet səhifələrində və ya mətbu orqanında dərc edilir.

Strateji dövlət əhəmiyyəti kəsb edən layihələrin icrasını həyata keçirmək üçün hər il dövlət büdcəsindən EHİM-ə büdcə vəsaiti ayrılır. Qeyd olunan büdcə vəsaiti mühasibat uçotu haqqında qanunun tələbinə uyğun olaraq Mərkəzin qəbul etdiyi və tərtib etdiyi IFRS-ə əsasən gəlir kimi tanınmır, dövlət büdcəsi tərəfindən kapital qoyuluşu kimi uçota alınır. Bununla yanaşı, EHİM öz fəaliyyəti nəticəsində əldə etdiyi gəlirdən hər ay ƏDV (Əlavə Dəyər Vergisi) və illik mənfəət vergisi ödəyir.

Qeyd edək ki, EHİM tərəfindən yaradılan milli resurslar, mərkəzləşdirilmiş və depozitar həllər, aparılan texniki optimallaşdırma işləri, habelə dövlət-özəl tərəfdaşlığı layihələri sayəsində 40 milyon AZN-dən çox dövlət vəsaitinə qənaət edilib.

EHİM tərəfindən cari ildə, habelə növbəti illərdə yeni rəqəmsal hökumət həllərinin yaradılması və bununla da əlavə olaraq 50 milyon AZN-dən çox dövlət vəsaitinə qənaət edilməsi nəzərdə tutulub.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Rəqəmsal Hökumət təşviqat proqramının növbəti mərhələsinə start verilir

11-07-2019

VFS Global, EHİM və İnnovasiyalar Mərkəzi Memorandum imzalayıblar

19-09-2019

Dövlət maliyyəsi üzrə sənəd dövriyyəsi elektronlaşdırılacaq

02-03-2026

Elektron hökumət sahəsində səlahiyyətlər yenidən bu nazirliyə qaytarıldı

24-11-2022

“Rəqəmsal dövlət maliyyəsi” ilə bağlı qanunlara dəyişikliklər təsdiqlənib

20-02-2026

EHİM yerli icra hakimiyyətləri ilə keçirilən təlimləri başa çatdırıb

24-02-2022

EHİM yerli icra hakimiyyətləri ilə rih.gov.az portalı haqqında müzakirələr aparıb

12-05-2022

“Rəqəmsal dövlət maliyyəsi” ilə bağlı qanunlara dəyişikliklər təsdiqlənib

02-02-2026

Ekspert: "EHİM-in hazırladığı məlumat eGov sahəsində çalışan İT şirkətinin illik press relizini xatırladır"

11-01-2022

Dövlət maliyyəsi üzrə sənəd dövriyyəsi elektronlaşdırılır

23-01-2026

EHİM: Kəndlərdə rəqəmsal mühitə çıxışı məhduddur

21-11-2022

Dövlət Agentliyi Dünya İqtisadi Forumunda təmsil olunub

24-01-2020

Beynəlxalq Astronavtika Federasiyasının nümayəndələri EHİM-də

23-07-2019

KOICA Azərbaycan nümayəndəliyinin direktoru “ASAN xidmət” və EHİM-də olublar

14-04-2021

EHİM-dən daha bir yenilik: “ASAN Login”də videoqeydiyyat imkanı yaradılıb

12-03-2021

Dövlət Agentliyi Süni intellekt üzrə Komitənin Bürosunda təmsil olunacaq

22-11-2019

“Mühasibat uçotu haqqında” Qanuna dəyişiklik edilir

03-03-2025

Azərbaycanda 4SİM-in direktoruna müavin təyin edilib

14-04-2023

"e-mühasibat" informasiya sistemi haqqında Əsasnamə" təsdiqlənib

12-09-2025

Ekspert: EHİM vaxtını müxtəlif qurumlar üçün saytlar hazırlamağa sərf edir

22-01-2022

“ASAN ödəniş”də şəxsi kabinetlərin sayı - 500 000-İ KEÇDİ

08-04-2021

“ASAN Bridge” layihəsi beynəlxalq nominasiya üzrə qalib seçilib

02-06-2022

“Rəqəmsal dövlət maliyyəsi” informasiya sisteminin yaradılması yekunlaşır

06-11-2025

96 məhkəmə orqanı ASAN ödəniş sisteminə inteqrasiya edilib

12-04-2019





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə