Previous Next
Bağla

Ekspert: "EHİM-in hazırladığı məlumat eGov sahəsində çalışan İT şirkətinin illik press relizini xatırladır"

11-01-2022 21:49
Ekspert: "EHİM-in hazırladığı məlumat  eGov sahəsində çalışan İT şirkətinin illik press relizini xatırladır"
Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin Elektron Hökumətin İnkişafı Mərkəzi (EHİM), ötən ilin yekunu ilə bağlı hesabat xarakterli bir məlumat yayıb.
 
Hesabatda əsasən ötən illər ərzində nə qədər rəqəmsal həll yaradıldığına və nə qədər dövlət vəsaitinə qənaət etdilməsinə diqqət yönəldilib.
 
Xeberler.az məlumat verir ki, bu məsələyə Azərbaycan İnternet Formunun Prezidenti, ekspert Osman Gündüz münasibət bildirib.
 
Ekspertin sözlərinə görə, son illərdə ölkədə rəqəmsal hökumətə keçidlə bağlı müəyyən addımlar atılsa da, xüsusilə də son ildə eGov-un xarici resursdan asılılığını aradan qaldıran nəhəng ASAN Bridge sisteminin hazırlanması, regional eGov quruculuğuna start verilməsi və s. bu tip işlərlə yanaşı, uzun müddətdən bəri sektorda bir xeyli problemlər də öz həllini tapa bilmir.
 
"Xüsusilə də, dövlətə məxsus informasiya sistemlərinin inteqrasiyası və effektiv idarəetməsi ilə bağlı Prezidentin 2018-ci il 12 sentyabr taixli fərmanının indiyədək icra olunmaması eGov-un inkişafını hədsiz dərəcədə ləngidib.
 
Hələ də bir çox dövlət qurumları bir-birilərinin elektron sənədlərini tanımaqdan imtina edir. Dövlət qurumlarında elektron formada olan sənədlər digər dövlət qurumu tərəfindən kağız formada, hətta notarial qaydada təsdiqlənməklə yenidən tələb edilir.
 
Dövlət qurumları arasında eGov-la bağlı koordinasiyada ciddi problemlər var. Bəzi dövlət qurumları ümumiyyətlə bu işə sayğısız yanaşırlar və ASAN tərəfindən bu istiqamətdə atılan addımlar ciddi qarşılanmır.
 
Sanki hərə özü üçün bir e-xidmət yaradıb və "oturub" üzərində".
 
Osman Gündüz qeyd edib ki, son zamanlar rəqəmsal hökumət sektorunda vəziyyət ürəkaçan deyil, hətta inteqrasiyanın baş tutmaması ucbatından rəqəmsal hökumətlə bağlı işlər geriyə doğru gedir.
 
"Vətəndaşlar son zamanlar ASAN Xidmət Mərkəzlərində onlayn formada ödənişlərin hansısa dövlət qurumu tərəfindən qəbul edilməməsi səbəbindən geri qaytarılır və birbaşa banka yaxınlaşıb –çek əldə edərək ödəniş edilməsi tələb olunur. Bütün bunlar isə EHİM üçün ciddi siqnal olmalıdır.
 
Təəssüf ki, EHİM-in yuxarıda adı çəkilən məlumatında, yuxarıda sadalananların heç birisi haqqında məlumat əldə etmək mümkün deyil.
 
Düşünürəm ki, EHİM-in hesabat xarakterli məlumatında görülən işlərlə bərabər mövcud ciddi problemlərə də diqqət yetirilməliydi.
 
Hansı dövlət qurumları öz sistemlərini inteqrasiya edib və hansılar edə bilməyib, onların siyahıları nə üçün dərc edilmir, hansılar bilərəkdən bunu etmir, vətəndaşlar və biznes sektoru üçün hansı yeni təkliflər gözlənilir, e-ximətlərin keyfiyyətində hansı dinamika var və s".
 
Ekspert bildirib ki, EHİM ötən dövr ərzində nə qədər xidmətin sadələşdirilməsinin aparıldığına, bununla bağlı nə qədər hüquqi sənədlərə dəyişikliklərin təklif edildiyinə və bunun əsasında hansı normal elektron xidmətlər hazırlandığına dair hesabat verməlidir.
 
“Elektron Hökumət” Portalı və “myGov” Portalı arasındakı paralelçilik nə zaman aradan qaldırılacaq?
 
Osman Gündüz suala cavab olaraq qeyd edib ki, EHİM-in hazırladığı məlumat sanki eGov sahəsində fəaliyyət göstərən bir İT şirkətin illik press relizidir.
 
"Analmıram ki, bu cür strateji əhəmiyyət kəsb edən dövlət qurumunda kim və necə bu formada məlumat hazırlayıb açıqlaya bilər.
 
Bir daha təəssüflə bildirirəm ki, EHİM-in belə bir məlumatının yayılması olduqca qüsurlu və mahiyyətcə onun qarşısına qoyulan vəzifələrə uyğun gəlməyən bir haldır".
ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR
Ekspert: EHİM vaxtını müxtəlif qurumlar üçün saytlar hazırlamağa sərf edir

Ekspert: EHİM vaxtını müxtəlif qurumlar üçün saytlar hazırlamağa sərf edir

22-01-2022
Ekspert: Dövlət qurumları vətəndaşlardan hələ də kağız arayışlar tələb edir

Ekspert: Dövlət qurumları vətəndaşlardan hələ də kağız arayışlar tələb edir

02-04-2021
Ekspert : Vətəndaşlar sənədlərlə bağlı get-gələ salınır

Ekspert : Vətəndaşlar sənədlərlə bağlı get-gələ salınır

06-11-2018
EHİM-in layihələri 40 milyon AZN-dən çox dövlət vəsaitinə qənaət edib

EHİM-in layihələri 40 milyon AZN-dən çox dövlət vəsaitinə qənaət edib

11-01-2022
Osman Gündüz: Bundan sonra eGov sistemində milli məhsul olan ASAN Bridge tətbiq ediləcək

Osman Gündüz: Bundan sonra eGov sistemində milli məhsul olan ASAN Bridge tətbiq ediləcək

24-12-2021
ASAN 2.0 realdırmı ?

ASAN 2.0 realdırmı ?

05-12-2018
Ekspert : "Bütün bunlar eGov sahəsində aparılan işlərə kölgə salır"

Ekspert : "Bütün bunlar eGov sahəsində aparılan işlərə kölgə salır"

20-10-2018
Regionlarda elektron hökumət quruculuğunun vəziyyəti necədir?

Regionlarda elektron hökumət quruculuğunun vəziyyəti necədir?

09-07-2019
Ekspert: TN, DİM və ali təhsil müəssisələri informasiya sistemlərini inteqrasiya etməlidir

Ekspert: TN, DİM və ali təhsil müəssisələri informasiya sistemlərini inteqrasiya etməlidir

19-07-2022
Kağızdan tam imtina 2026-cı ilədək reallaşa bilər

Kağızdan tam imtina 2026-cı ilədək reallaşa bilər

13-04-2022
“Regionlarla Bakı arasında yüksək bərabərsizlik var”

“Regionlarla Bakı arasında yüksək bərabərsizlik var”

25-01-2021
Ekspert: Dövlət qurumlarında formalaşan datanın sahibi kimdir?

Ekspert: Dövlət qurumlarında formalaşan datanın sahibi kimdir?

11-10-2022
“Açıq məlumatlar” portalına neçə qurum inteqrasiya edib? – EKSPERT

“Açıq məlumatlar” portalına neçə qurum inteqrasiya edib? – EKSPERT

22-04-2021
Ekspert: Məmurlar və qurumlar eGov məsələsində öz ampulasındadırlar

Ekspert: Məmurlar və qurumlar eGov məsələsində öz ampulasındadırlar

19-11-2019
Naxçıvanın dövlət qurumları Gov.az domenini niyə tətbiq etmir?

Naxçıvanın dövlət qurumları Gov.az domenini niyə tətbiq etmir?

12-09-2019
Rəqəmsal Hökumət təşviqat proqramının növbəti mərhələsinə start verilir

Rəqəmsal Hökumət təşviqat proqramının növbəti mərhələsinə start verilir

11-07-2019
Ekspert eGov sahəsindəki problemlərdən danışdı

Ekspert eGov sahəsindəki problemlərdən danışdı

08-10-2018
Ekspert: Arayışlarla bağlı problem hələ də öz həllini tapmayıb

Ekspert: Arayışlarla bağlı problem hələ də öz həllini tapmayıb

30-07-2021
DİN-nin hansı xidmətləri elektron formaya keçirilib ?

DİN-nin hansı xidmətləri elektron formaya keçirilib ?

28-08-2019
Ekspert: DİN yeni yaradılan xidmətlərin rəqəmsal versiyasına diqqət yetirmir

Ekspert: DİN yeni yaradılan xidmətlərin rəqəmsal versiyasına diqqət yetirmir

27-07-2021
Elektron ipoteka və kredit zəmanət sistemi çökdü

Elektron ipoteka və kredit zəmanət sistemi çökdü

22-01-2020
Ekspert: “Rəqəmsal icra hakimiyyəti” portalı nə zaman istifadəyə veriləcək?

Ekspert: “Rəqəmsal icra hakimiyyəti” portalı nə zaman istifadəyə veriləcək?

22-11-2021
Ekspert açıq məlumat bazasından danışdı

Ekspert açıq məlumat bazasından danışdı

19-06-2019
"eGov" infrastrukturunun təhvil-təslimi başa çatıb

"eGov" infrastrukturunun təhvil-təslimi başa çatıb

27-01-2023





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə