“Mühasibat uçotu haqqında” Qanuna dəyişiklik edilir.
Xeberler.az məlumat verir ki, bu məsələ Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasının gündəliyinə daxil edilib.
“Mühasibat uçotu haqqında” Qanunda dəyişiklik edilməsi barədə 2023-cü il 22 dekabr tarixli Qanunla mühasibat uçotunu elektron formada aparmalı olan mühasibat uçotu subyektlərinin dairəsi müəyyənləşdirilib. Buraya dövriyyəsi yüksək olan iri və orta sahibkarlıq subyektləri, ümumdövlət və (və ya) ictimai əhəmiyyət daşıyan fəaliyyətlə məşğul olan publik hüquqi şəxslər, eləcə də fəaliyyəti xüsusi qanunlar əsasında tənzimlənən vergiödəyiciləri aid edilib.
Qanun layihəsinə əsasən, büdcə təşkilatlarında da mühasibat uçotunun elektron formada aparılması, mühasibat uçotunun elektron formada aparılmasının təmin olunması üçün “e-mühasibat” informasiya sisteminin tətbiqi təklif edilir.
Qanun layihəsi “e-mühasibat” informasiya sisteminin təmin etməli olduğu məqsədləri müəyyən edir. Belə ki, “e-mühasibat” informasiya sistemi mühasibat uçotunu elektron formada aparacaq mühasibat uçotu subyektləri üçün maliyyə hesabatlarının elektron qaydada təqdim edilməsi imkanını yaradır, həmçinin onların mühasibat uçotuna dair zəruri resurslara (beynəlxalq standartların Azərbaycan dilində dərc olunan rəsmi mətnləri, mühasibat uçotunu tənzimləyən hüquqi aktların rəsmi dərc edilmiş elektron mətnlərinə keçidlər, mühasibat uçotunun aparılmasını təmin edən proqram təminatları və maarifləndirici məlumatlar) çıxışını təmin edir.
Qanun layihəsi mühasibat uçotunu elektron formada aparmalı olan subyektlər, o cümlədən büdcə təşkilatları tərəfindən müvafiq məlumatların aidiyyəti üzrə təqdim edilməsi sahəsində operativliyin artırılmasına, uçotun şəffaflaşdırılmasına, nəzarət tədbirlərinin optimallaşdırılmasına, daha operativ və az resurslar cəlb edilməklə həyata keçirilməsinə şərait yaradacaq.
Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Azərbaycanda e-hökumətin inkişafinda yeni sosial tələbləri nəzərə alan xidmətlərin genişləndirilməsi perspektivləri