Previous Next
Bağla

Ekspert domen almaq qaydalarının dəyişdirilməsindən danışdı

01-03-2019 15:55
Ekspert domen almaq qaydalarının dəyişdirilməsindən danışdı

"Yeni Qaydalar  təminat verirmi ki, istifadəçilər milli internet resursları yaradanda beynəlxalq domenlərə deyil, məhz milli domenlərə üstünlük verəcəklər ? Nazirlər Kabineti .az domen adlarının qeydiyyatı və istifadəsi Qaydalarını təsdiq edib. Milli domenin 25 illik tarixidnə bunun qədər qeyri peşəkar hazırlanan, bunun qədər sərt , beynəlxalq normalara ümumiyyətlə uyğun gəlməyən və mühafizəkar qaydalar olmayıb. Əvvəl Telekommunikasiya haqqında qanunda heç olmasa bəzi mütərəqqi maddələr vardı.  Amma indiki qaydalarda ümumiyyətlə absurd müddəalar yer alıb."

Xeberler.az  məlumat verir ki, bu sözləri Azərbaycan İnternet Forumunun prezidenti, İKT sahəsi üzrə ekspert Osman Gündüz bildirib. Ekspert sözü gedən prosesin milli təhlükəsizlik məsələsinə birbaşa aid olan bir məsələ olduğunu da qeyd edib :

"Domenlərin qeydiyyatına dünyanın bəlli yanaşmalar və prinsipləri var. Burada internet ictimaiyyətinin maraqları təmin olunmalı, maraqlı tərəflərin iştirakı ilə kollegial idarəetmə olmalı, inhisarçılıq aradan qaldırılmalı, rəqabətli, şəffaf və ədalətli qeydiyyat mühiti formalaşdırılmalıdır.  İndiki Qaydalar elə hazırlanıb ki, sanki NRYTN-nin bir şöbəsinin təlimatıdır.  Domen adlarının qeydiyyatından imtina üçün yetrəincə absurd əsaslar müəyyən olunub.  Bəzi domenlərin qeydiyyatına icazə üçün Nazirliyin rolu hədsiz şişirdilib.  Milli inzibatçının kollegiallığı nəzərə alınmayıb. “Stop-list” siyahısından əlavə Nazirliyə hətta özləri üçün “Ehtiyat domen” adları siyahısı müəyyən etmək səlahiyyəti də verilib, hansı ki bu adları heç kim qeydiyyata ala bilməyəcək. NK-nın “”cır meyvə” və “meşələrin çəpərlənməsi” haqqında qərarları, düşünürəm ki, bunun yanında çox liberal idi. Mən bilmirəm bu sənədə kim rəy verib. Haralarda müzakirə olunub. Mövcud normalara görə Prezident Administrasiyası buna rəy verməliydi. Ağlım kəsmir ki, onlar bu tip sənədə rəy verələr. Milli domen Qaydaları ölkədə internetin inkişafına, milli resursların formalaşmasına və yeri gəlmişkən qeyd edim ki, milli təhlükəsizlik məsələsinə birbaşa aid olan bir məsələdir.

Osman Gündüz sonda qaydaların vətəndaşları məhz milli domen altında milli internet resursu yaratmağa sövq etməli olduğunu da vurğuladı :

"Qaydalar vətəndaşları beynəlxalq domenlə deyil, məhz milli domen altında milli internet resursu yaratmağa sövq etməli və stimullaşdırmalıydı. Bu Qaydalar təminat verirmi ki, vətəndaşlarımız sabah beynəlxalq domenlərə deyil məhz milli domenlərə üstünlük verəcəklər ? Eyni zamanda anlaşılmazdır ki, İnternetlə əlaqəli , internet ictimaiyyətinin maraqlarına birbaşa aid olan bir sənəd hazırlanıb, amma qabaqcadan heç bir ictimai müzakirə aparılmayıb.  Heç bir yerdə bu sənədin layihəsi qabaqcadan açıqlanmayıb.  Anlamıram ki, geniş internet ictimaiyyətinin maraqlarına toxunan, milli domen zonasının inkişafına birbaşa aidiyyatı olan sənəd nə üçün görəsən tam məxfi şəraitdə hazırlanıb və təsdiqlənib."

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Milli domenə maraq niyə azdır?

06-08-2013

Bu gün .az milli domeninin 30 yaşı tamam olur

25-08-2023

Hüquqi sənəddə adı olmayan şəxs milli təhlükəsizliklə əlaqəli sahəni necə tənzimləyə bilir?

13-08-2020

Milli domenin milli inzibatçısı kimdir, milli inzibatçı səlahiyyətini ona kim verib?

02-05-2024

Azərbaycanın milli domen adlarının stop-vərəqəsi genişləndirilir

14-03-2013

Azərbaycanda domen adlarının milli inzibatçısı müəyyənləşdirilir

20-06-2020

Onlayn qeydiyyatı Azərbaycanda domen adlarının sayına təsir edəcək

06-03-2013

NRYTN-ə yeni səlahiyyət verilib

26-05-2021

Ekspert: az domeni hələ də Azərbaycan yurisdiksiyasından kənardadır

12-11-2025

Ambisiyalar milli domenin gələcəyini sual altında qoyur-EKSPERT

13-07-2018

.az domeninin monitorinq sistemi hazırlanıb

16-12-2014

Milli domenlərin qeydiyyatında problemlər hələ də qalır

02-02-2016

“.az” domen zonasında 17705 domen adı qeydiyyatdan keçib

01-03-2013

Kiril əlifbalı domen zonasında qeydiyyatdan keçmək üçün ilikin müraciət qəbul olunub

12-11-2009

Onlayn qeydiyyat sistemi yoxsa “Onlayn əzab-əziyyət sistemi”

04-09-2013

İnternetlə bağlı qanuna dəyişikliklər təsdiqlənib

17-03-2017

az. zonasında qeydiyyatdan keçmiş domenlərin sayı artır

22-06-2010

Azərbaycanın milli “*.az” domeninin 20 illik yubileyinə həsr edilmiş konfrans keçiriləcək

22-08-2013

Milli domen qeydiyyatı üzrə 12 qurumu kim yaradıb və haradadır bu qurumlar ?

11-09-2014

“Telekomnukasiya haqqında” qanuna 2 yeni maddə əlavə olunub

11-08-2020

Azərbaycanda 10min 036 milli domen adı qeydiyyatdan keçib

25-05-2010

.ru zonasında 5 milyon domen qeydə alınıb

07-11-2015

Qeydiyyatdan keçən domenlərin ümumi sayı açıqlanıb

21-09-2015

Azərbaycan əlifbasını dəstəkləyən domenlərin qeydiyyat sistemi yaxın bir il ərzində istifadəyə veriləcək.

10-09-2014





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə