Previous Next
Bağla

Hüquqi sənəddə adı olmayan şəxs milli təhlükəsizliklə əlaqəli sahəni necə tənzimləyə bilir?

13-08-2020 16:27
Hüquqi sənəddə adı olmayan şəxs milli təhlükəsizliklə əlaqəli sahəni necə tənzimləyə bilir?
"Doğurdanmı nazir Ramin Quluzadənin Faiq Fərmanova və milli domen qeydiyyatında maraqlı olan digərlərinə gücü çatmayıb" ?
 
"Ötən gün Telekommunikasiya haqqında Qanuna milli domenimizlə (.az domeni) bağlı dəyişiklik edilib. Qəribə bir dəyişiklikdir.
 
27 il mövcud olan bir faktın, .az domeninin milli inzibatçısının tərifi verilib. Yəni, qeyd edilib ki, milli inzibatçı milli domenlərin tənzimləməsini həyata keçirən səlahiyyətli şəxsdir. Görəsən hansı zərurətdən doğub bu dəyişiklik?
 
Bəs kimdir bu milli inzibatçı, hansı qurum və ya hüquqi şəxsdir?
 
Ən maraqlı məqam elə bundan ibarətdir ki, milli inzibatçının kim olması heç bir hüqüqi-normativ aktda, nə Telekommunikasiya haqqında qanunda, nə Nazirlər Kabinetinin “Milli domen adlarının qeydiyyatı və istifadəsi Qaydalarında”, nə də Nazirliyin sənədlərində yoxdur. Maraqlıdır ki, adı heç bir hüququi sənəddə qeyd olunmayan bir kimsə Azərbaycan İnterneti ilə bağlı məsələni, ölkənin milli təhlükəsizliklə bağlı məsələsini necə tənzimləyəcək?
 
PA-nın müvafiq şöbəsinə, NRYTN və DTX-ya sual vermək istərdim ki, heç bir hüququi sənəddə qeyd olunmayan bir şəxslə siz hüquqi proseduraları gələcəkdə necə müəyyən edəcəksiniz?
 
Bəs əslində, faktiki olaraq milli inzibatçı kimdir?
 
İnternet ictimaiyyətinə məlumdur ki, 27 ildir ki, milli inzibatçı səlahiyyətini İNTRANS şirkətinin və NRYTN-nin Elektron Təhlükəsizlik Xidmətinin rəhbəri Faiq Fərmanov həyta keçirir.
 
Bu sahədə uzun illərdir ki, inhisarçılıq və qeyri-şəffaf mühit, milli domenlərin qeydiyyatı ilə bağlı yüksək qiymətlər hökm sürür. Qeydiyatla bağlı xarici və yerli qeydiyyat şirkətlərindən toplanan böyük vəsaitlər üzərində hər hansı dövlət və ictimai nəzarət yoxdur. İnternet ictimaiyyəti bu proseslərdə iştirak etmir.
Milli domenin yeni təklif olunan qeydiyyat modeli kimə məxsusdur, burada separat sövdələşmə olubmu?
 
Yeni təklif olunan modeldə, yəni adı heç bir yerdə olmayan birisinə külli-ixtiyar səlahiyyətlər, yerli və hətta xarici qeydiyyatçıları da müəyyən etmək, reyestri müəyyən etmək səlahiyyəti , toplanan vəsaitləri dövlət və ictimai nəzarətdən yayındırmaq səlahiyyətlərinin verilməsi onu deməyə əsas verir ki, bu prosesdə böyük, gizli sövdələşmə olub.
 
Açıq-aşkar görünür ki, dövlətin özü milli domenin tənzimlənməsi prosesindən kənarda qalıb.
 
Kimlərsə, 27 il ərzində qeyri-qanuni, beynəlxalq normalara uyğun olmayan bir proseduranı qanunləşdirməklə öz şəxsi maraqlarına uyğun bir sistem formalaşdırmağa çalışıblar.
 
Reallıq ondan ibarətdir ki, Nazirlik və internet ictimaiyyəti yeni dəyişiklikdən sonra milli domenlərin qeydiyyatı və istifadəsi prosesində iştirak etməyəcəklər.
 
Yəni, sistem elə qurulub ki bu proses üzərində dövlət və ictimai nəzarət mümkünsüzdür.
 
Nazirik yalnız qeydiyyatla bağlı ödənişin məbləğinin müəyyən olunmasında iştirak edə biləcək.
 
Düşünürəm ki, maraqlı tərəflər nazir Ramin Quluzadənin bu sahədən xəbərsizliyindən istifadə edərək , milli domenlə bağlı səlahiyyətləri kollegial quruma deyil, heç olmasa Nazirliyə deyil, hansısa bir fiziki şəxsə veriblər.
 
Burada daha çox maddi maraqların üstünlük təşkil etməsi gözə görünsə də, istisna etmirəm ki, bu cür strateji əhəmiyyət kəsb edən sahədə digər maraqlar da olmamış deyil.
 
Milli domen məsələsi dayanıqlı milli internet infrastrukturu üçün çox əhəmiyyət kəsb edən məsələdir, burada ən diqqət yetiriləcək məqamlardan biri də milli təhlükəsizliklə bağlıdır. Diqqət yetirdikdə , statistikaya baxdıqda görmək olar ki, milli resursların böyük əksəriyyəti son zamanlar milli deyil, beynəlxalq domenlərə üstünlük verirlər.
 
Sual oluna bilər ki, əslində necə olmalıydı?
 
Beynəlxalq normalar tələb edir ki, milli domen qeydiyyatının tənzimlənməsi üçün dövlət və özəl sektorun (Provayderlər , İT şirkətlər və s.), həmçinin internet ictimaiyyətinin maraqlarına uyğun kollegial bir qurum formalaşdırılmalıydı. Hansı ki, bunu Nazirlik etməliydi.
 
.az domeninin Registrantlarını bu qurum akreditasiyadan keçirməliydi. Reyestrlər, datalar bu qurumun kontrolunda olmalıydı. Şəffaf və rəqabətli bir milli domen bazarı formalaşmalıydı. Toplanan vəsaitlərdən Azərbaycan İnternetinin inkişafı üşün istifadə olunmalıydı.
 
Ümid edirəm, hökumət, xüsusən də NRYTN və DTX bu məsələyə aydınlıq gətirəcək".
 
Azərbaycan İnternet Formunun Prezidenti, ekspert Osman Gündüz
ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Bu gün .az milli domeninin 30 yaşı tamam olur

25-08-2023

Milli domenin milli inzibatçısı kimdir, milli inzibatçı səlahiyyətini ona kim verib?

02-05-2024

Ekspert domen almaq qaydalarının dəyişdirilməsindən danışdı

01-03-2019

Milli domenə maraq niyə azdır?

06-08-2013

Azərbaycanda domen adlarının milli inzibatçısı müəyyənləşdirilir

20-06-2020

Ambisiyalar milli domenin gələcəyini sual altında qoyur-EKSPERT

13-07-2018

Milli domen qeydiyyatı üzrə 12 qurumu kim yaradıb və haradadır bu qurumlar ?

11-09-2014

Ekspert: az domeni hələ də Azərbaycan yurisdiksiyasından kənardadır

12-11-2025

Milli domenlərin qeydiyyatında problemlər hələ də qalır

02-02-2016

NRYTN-ə yeni səlahiyyət verilib

26-05-2021

“Telekomnukasiya haqqında” qanuna 2 yeni maddə əlavə olunub

11-08-2020

Milli İnternet ünvanların legitimləşdirilməsi ilə bağlı məsələ müzakirə ediləcək

03-02-2010

AİF rəhbəri Milli İnternet ünvanların qeydiyyatının tənzimlənməsi məsələsi ilə bağlı Əli Abbasova məktub ünvanlayıb

18-02-2010

İnternetlə bağlı qanuna dəyişikliklər təsdiqlənib

17-03-2017

Milli domenlərin qeydiyyatı sahəsində dözülməz vəziyyət hələ də qalmaqdadır

20-09-2012

Son iki ayda Azərbaycanda 60 yeni milli domen qeydiyyata alınıb

07-07-2010

Azərbaycanın milli “*.az” domeninin 20 illik yubileyinə həsr edilmiş konfrans keçiriləcək

22-08-2013

Osman Gündüz: "Milli domenin qeydiyyatında ciddi problemlər var"

11-04-2014

Azərbaycanın milli domen adlarının stop-vərəqəsi genişləndirilir

14-03-2013

Onlayn qeydiyyatı Azərbaycanda domen adlarının sayına təsir edəcək

06-03-2013

.az domeninin monitorinq sistemi hazırlanıb

16-12-2014

Azərbaycan əlifbasını dəstəkləyən domenlərin qeydiyyat sistemi yaxın bir il ərzində istifadəyə veriləcək.

10-09-2014

“.az” domen zonasında 17705 domen adı qeydiyyatdan keçib

01-03-2013

Milli internet ünvanların qeydiyyatının dövlət qurumunun nəzarətinə keçməsi yerli və beynəlxalq normalara ziddir

30-01-2009





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə