Previous Next
Bağla

Sosial mediada netiket qaydaları necə tənzimlənir ?

16-06-2015 15:06
Sosial mediada netiket qaydaları necə tənzimlənir ?

İnternetdə etik prinsiplərin qorunması və əməl olunması üçün müxtəlif “reseptlər” təklif olunsa da son nəticədə vahid fikrə gəlmək mümkün olmayıb. İnternetdə etik tənzimlənmə ilə bağlı ilk cəhdlər İnternetin “qədim” vaxtlarında mövcud olub. “Netiket” adlandırlan bu qaydalar toplusu 80-ci illərdə populyar olan “Fidonet” şəbəkəsinin üzvləri tərəfindən müəyyənləşib. Sonralar şəbəkənin inkişafı nəticəsində bu qaydalar dəyişikliklərə uğrayıb.

İnternetlə bağlı ilk etik kodeks “RFC1855” ((«Request for Comments) 1995-ci ildə Beynəlxalq “İnternet Sosiety” Təşkilatı tərəfindən dərc olunub. Bu kodeks şəbəkə istifadəçiləri arasında bir sıra situasiyaları dəyərləndirmək, şəxsiyyət əleyhinə təhqirlə yanaşı, yalan informasiya, plagiat və reklama qarşı mübarzəni özündə ehtiva edirdi.

Bir neçə il əvvəl Web.2.0 konsepsiyanın müəllifi Tim Oreyli və Vikipediya”sisteminin yaradıcısı Cimmi Uels tərəfindən “bloggerin davranış Kodeksi” i təqdim olundu. Kodeks 7 bənddən ibarətdir. Ən mühüm cəhətlərindən biri “yolverilməz məzmun” anlayışındadır: Bu anlayışa görə, informasiya- əgər insanı təhqir və təhdid edirsə, yalandırsa, müəllif hüququnu pozursa, məxfilik öhdəliyini dağıdırsa, üçüncü tərəfin şəxsi həyatına müdaxilə edirsə “yolverilməz məzmun” sayılır.

Azərbaycan qanunvericiliyində sosial mediada netiket qaydalarının tənzimlənməsi məsələsi öz əksini tapıbmı? Bu sahədə hansı problemlər var?

Hüquqşünas Ələsgər Məmmədlinin sözlərinə görə, sosial şəbəkədə vahid etik davranış qaydası olmasa da, media etik qaydaları sosial şəbəkə üçün də keçərlidir. Bu məsələ KİV-dən sui-istifadəyə görə yaranan məsuliyyətlə eynidir. Onun sözlərinə görə, əgər məlumatda qəsdən olmayan təhqir elementi varsa, Mülki Məcəllənin 23-cü maddəsinə görə, həmin şəxsə qarşı kompensasiya tələb edilə bilər: “Əgər təhqir qəsdən törədilibsə, o zaman Cinayət Məcəlləsinin 148, böhtan varsa, CM-nin 147-ci maddəsi ilə cinayət işi açıla bilər. Başqa bir ölkədə yaşayıb Azərbaycandakı şəxsi təhqir edirsənsə və sənin yaşadığın ölkənin qanunlarında bu söz azadlığıdırsa, onda sənə qarşı cinayət işi qaldırıla bilməz”.

Sosial şəbəkələr üçün etik qaydaların müəyyən edilməsini təklif edən Ə.Məmmədli bildirib ki, təhqir edilən şəxsin iddia qaldırması, bunun araşdırılması və sübut edilməsi üçün müəyyən proseslərin reallaşması tələb olunur: Amma bir sual ortaya çıxır. Sosial şəbəkə, məsələn, "Facebook" ABŞ-da yerləşir. Amerikada olan bir şəxsin Azərbaycanda kimisə təhqir etməsi necə tənzimlənəcək? Facebook ABŞ qanunlarına görə yaranıb və fəaliyyət göstərir. ABŞ-da təhqirə görə həbs cəzası yoxdur. Siz profil açdınız. Azərbaycanda yaşayırsız və burdakı profilinizdə birini təhqir etsəniz, bizdə təhqir cinayət məsuliyyəti yaradır. Deməli, sizi burda həbs edə bilərlər. Amma biri həmin platformanı Gürcüstanda açsa orda ifadəyə (təhqirə) görə cinayət məsuliyyəti olmadığı üçün onun məsuliyyəti yaranmayacaq.

“Bu prosesin İnternetdə yayımlanan xəbər saytları və bloqlara aid edildiyini deyən Ələsgər Məmmədli bildirib ki, məsələ bəzən özünü saytlarda xəbər şərhlərində göstərir”.

Belə təklif olunur ki, əgər təhqir elementi xəbərin özündədirsə, buna sayt rəhbərliyi məsuliyyət daşıyır. Amma xəbərdə deyil, onun şərh bölümündə gedibsə, o zaman sayta məlumat verilir ki, filan xəbərin şərhində mən təhqir olunmuşam. Əgər rəhbərlik onu silməzsə, onda sayt məsuliyyət daşıyır. Sosial şəbəkələrdə bunu tətbiq etmək olmur. Çünki milyardlarla profil var və buna tam nəzarət etmək mümkün deyil. Əgər sosial şəbəkədə yazan şəxsin həqiqətən konkret bir şəxsə aid olduğu sübut olunarsa, həmin şəxsə qarşı cinayət işi qaldırıla bilir".

“Sosial mediada  təhqir və ya söyüş görsəm, hökmən həmin şəxsin mənim dostluğumda olub-olmamasına baxıram. Dost siyahımda varsa, onu blok edirəm yoxdursa o zaman sadəcə Facebookun ümumi qaydalarına görə şikayət edirəm. Əslində, ən effektiv metod məncə budur :  ictimai qınaq”.

 

Sevinc Çəltikova

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

«Sosial şəbəkələrdə yayılan neqativ məlumatlara görə cinayət işi açıla bilər»

04-04-2013

“Azərbaycanda sosial medianın əhəmiyyəti artıb”

05-06-2015

Ekspert kibercinayətkarlıqla mübarizədən danışdı

23-07-2018

İnternetdə təhqirə görə cəza…

06-06-2013

Saxta profillərlə yalan məlumat yayanlar cinayət məsuliyyətinə cəlb ediləcək

15-11-2016

İnternetdə təhqirə görə cinayət məsuliyyəti tətbiq ediləcək

07-07-2015

Saxta profillərdən xaricdə istifadə edilməsinin qarşısı necə alınacaq?

02-12-2016

Deputat saxta profilin cinayət məsuliyyəti yaratmasına aydınlıq gətirib

16-11-2016

Sosial şəbəkədə qeyri-etik paylaşım edənlər məsuliyyətə cəlb ediləcək

24-11-2025

İnsanlar sosial şəbəkələrdə mənəvi terrora məruz qalırlar

14-02-2019

Sosial şəbəkələrdə söyüş, təhqir və böhtana YOX deyək adlı dəyirmi masa keçirilib

20-09-2019

Baş prokuror: “Mediada insanların şərəf və ləyaqətini təhqir edən məlumatlar olmamalıdır”

22-02-2022

İnternetdə böhtan və təhqirə görə cərimələr artırlır

19-04-2017

Sosial mediada hansı paylaşmalar qıcıq yaradır?

10-07-2015

Osman Gündüz : "‘Bu qanunun nəsə bir fayda verəcəyini düşünmürəm’"

30-04-2013

“Facebook”da polisi təhqir edən sürücü həbs edildi

06-10-2010

“Tiktok”da təhqirə məruz qalan şəxs hansı məhkəməyə müraciət etməlidir?

29-05-2025

“İdeal” qəzetinin təsisçisi və baş redaktorunun məhkəməsində zərərçəkənlər ifadə verib

15-12-2009

Azərbaycan İnternetinin azadlığı üçün təhlükə varmı?-Ekspert rəyləri

15-11-2016

Youtube yenə Türkiyəni təhqir etdi

03-11-2010

fanat.az saytına qarşı iddia əsasında keçiriləməli olan məhkəmə prosesi təxirə salındı

07-08-2009

Facebook profilinin təhlükəsizliyini necə qoruyaq?

03-05-2016

Seçkilər zamanı sosial şəbəkələr bağlanacaq?

08-02-2018

Əli Abbasov : “İnternetin hüquqi bazasının inkişafına böyük ehtiyac var”

06-05-2013





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə